Haci Mehemmedhuseyn Xan Isfahani - Wikipedia
Hacı Məhəmmədhüseyn xan İsfahani (?-?)—Mirzə Məhəmmədşəfi Mazandaranindən sonra Qacarlar dövlətinin baş naziri, Sədri.
Hacı Məhəmmədhüseyn xan İsfahani | |
---|---|
fars. محمدحسینخان صدر اصفهانی | |
1819 – 1819 | |
Əvvəlki | Mirzə İbrahim Kələntər |
Sonrakı | Abdulla xan Əminüddövlə |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1771 |
Doğum yeri | İsfahan, İran |
Vəfat tarixi | 1823 |
Vəfat yeri | Tehran, İran |
Fəaliyyəti | siyasətçi |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəHacı Məhəmmədhüseyn xan İsfahan şəhərində anadan olmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Sədr-əzəm Mirzə Məhəmmədşəfi Mazandaranindən sonra, 1819-cu ildə Qacarlar dövlətinin vəziri-əzəmi təyin olunmuşdu.Əminüddövlə ləqəbini daşıyırdı.
1816-cı ildə Qacarlar sarayına səfarətdə iştirak etmiş Pyotr Berje "A. P. Yermolovun İrana səfirliyi" adlı kitabında yazır: "Yermolovun gəlişi zaman Mirzə Şəfinin 80 yaşı vardı. O, 19 ramazan 1234 (1818 – 1819) ildə Qəzvin şəhərində Sultaniyədən qayıdarkən vəfat etmişdi və Kərbəlada dəfn olunmuşdu. Onun davamçısı, birinci nazir vəzifəsilə, daxili işlər nazirini Nizamüddövlə Məhəmmədhüseyn xan oldu. O, Ağaməhəmməd xanın yanında xidmətə başlamışdı və bəzi vaxtlarda Kaşanın, Qum və İsfahanın hakimi idi, orada isə onun haqqında çox xoş xatirələr qalmışdır. Bütün cismanı ilə torpağa bağlı idi və çox zaman özünün şəxsi hərəkəti ilə kəndlinin əməyini qiymətləndirməsi ona çoxlu pul qazandırmışdı, onları da bütünlüklə kasıblara və xeyriyyəçilik işlərinə sərf etmişdi".[1]
Hacı Məhəmmədhüseyn xan İsfahani Hacı Mirzə İbrahim Kələntərin yeznəsi, Mirzə Əbülhəsən xan Şirazinin bacanağı idi.
Hacı Məhəmmədhüseyn xan İsfahani oğlu Abdulla xan Əminüddövlə iki dəfə Qacarlar dövlətinin vəziri-əzəmi olmuşdu.
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ Berje, Pyotr. A.P. Yermolovun İrana səfirliyi / P. Berje ; tərc. M. İ. Qacar, tərt., red., ön sözün müəl. Ə. Çingizoğlu. - Bakı : Mütərcim, 2014. - 80 s.
Xarici keçidlər
redaktə