Hacilar Gedebey - Wikipedia
Hacilar Gedebey - Wikipedia - Haqqında Məlumat
Hacılar — Azərbaycan Respublikasının Gədəbəy rayonunun Hacılar kənd inzibati ərazi dairəsində kənd.[2]
Hacılar | |
---|---|
40°42′49″ şm. e. 45°26′26″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Gədəbəy rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 589 (2009) nəfər |
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | AZ2128[1] |
Tarixi
redaktəYaşayış məntəqəsi qızılbaşların zülqədər tayfasının hacılar tirəsinə mənsub ailələrin məskunlaşması nəticəsində yarandığı üçün belə adlandırılmışdır. Etnotoponimdir. Gədəbəy rayonunun Hacılar kəndi. Dağətəyi ərazidədir. Yerli məlumata görə, yaşayış məntəqəsinin İmamverdi oğlu Hacı Həzrətqulu adlı şəxs saldığı üçün belə adlanır. Hacının babası Qüdrətqulu xan iranın Güney kəndindən gəldiyi üçün kəndin adı el arasında Güneykənd kimi də işlədilir.
Toponimikası
redaktə- Hacılar oyk., sadə.
- Ağdaş r-nunun Yuxarı Nemətabad i.ə.v.-də kənd. Şirvan düzündədir;
- Ağcabədi r-nunun Boyat i.ə.v.-də kənd. Düzənlikdədir;
- Bərdə r-nunun Mustafaağalı i.ə.v.-də kənd. Qarabağ düzündədir. Yerli əhali arasında Hacallı kimi işlənir;
- Dağətəyi ərazidədir. Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsini İmamverdi oğlu Hacı Həzrətqulu adlı şəxs saldığı üçün belə adlanır. Hacının babası Qüdrətquluxan İranın Güney kəndindən gəldiyi üçün kəndin adı el arasında Güneykənd kimi də işlənir;
- Xaçmaz r-nunun Qalağan i.ə.v.-də kənd. Samur-Dəvəçi ovalığındadır;
- Laçın r-nunun eyniadlı i.ə.v.-də kənd. Qarabağ yaylasındadır. XIX əsrdə Qarıqışlaq kəndinin binə yerlərindən biri olan bu ərazidə Hacı qəbri adlanan yer də var;
- Tovuz r-nunun Çatax i.ə.v.-də kənd. Əsrik çayının (Axınca çayının qolu) sahilində, Kiçik Qafqaz dağlarının yamacındadır. Yaşayış məntəqələri qızılbaşların zülqədər tayfasının hacılar tirəsinə mənsub ailələrin məskunlaşması nəticəsində yarandığı üçün belə adlandırılmışdır. Etnotoponimdir.[3]
Əhalisi
redaktə2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 589 nəfər əhali yaşayır.[4]
İqtisadiyyatı
redaktəƏhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
İstinadlar
redaktə- ↑ Azərpoçt. "İndekslər" (az.). www.azerpost.az. 2016-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-19.
- ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
- ↑ Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
- ↑ Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629