Haciturali - Wikipedia
Hacıturalı — Azərbaycan Respublikasının Ağdam rayonunun Əfətli kənd inzibati ərazi dairəsində kənd.[1]
Həsənxanlı | |
---|---|
40°01′05″ şm. e. 47°07′14″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Ağdam rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 177 m |
Saat qurşağı | |
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | AZ0217 |
Tarixi
redaktəKənd "Hacı Turalu" adı ilə Rusiya İmperiyasının siyahıyaalma kitabı olan "Qafqaz təqvimi"nin 1913-cü il üzrə qeydlər hissəsində Yelizavetpol qubermiyasının Şuşa qəzasının Əfətli kənd icmasının tərkibindəki kənd kimi qeyd edilib[2].
Azərbaycan SSR-in 1926-cı il taruxli inzaibati-ərazi bölgüsünə əsasən bu kənd Ağdam qəzasının Qarqar dairəsində yerləşir[3].
Azərbaycan SSR-da 1929-cu ildə aparılmış inzibati-ərazi ishalatı və qəzaların ləğvi nəticəsində Hacı Turalı kəndi Ağdam rayonunun Əfətli kənd Şurasına (Sovetliyinə) aid edilib.
1961 -1977-ci illlərdə də "Hacıturalı" adı (bir sözlə yazılış) ilə kənd Əfətli Sovetliyinin tərkibində göstərilib.
Azərbaycan Respublikasının 29.06.2004-cü il tarixli 715-IIQ nömrəli Qanunu[4] ilə Əfətli bələdiyyəsinin əhatə etdiyi Hacıturalı, Həsənxanlı və Qəhrəmanbəyli kəndlərində Hacıturalı bələdiyyəsi təşkil edilmiş, onun ilk Nizanaməsi qəbul edilmişdir.
Hacıturalı Bələdiyyəsi 2004-cü ildə “Azərbaycan Respublikasında yerli özünüidarəetmə üzrə Əlaqələndirmə Şuraları haqqında” Əsasnaməyə[5] uyğun olaraq yaradılmış Ağdam rayonu Bələdiyyələrinin Əlaqələndirmə Şurasının üzvülüyünə qəbul edilib.
03.05.2005-ci il tarixli 903-IIQ nömrəli Qanunla təsdiq edilmiş "Bələdiyyələrin regional assosiasiyalarının Nümunəvi Əsasnaməsi"nə[6] uyğun olaraq, Hacıturalı Bələdiyyəsi Azərbaycan Kənd Bələdiyyələrinin Milli Assosiasiyasının üzvü olmuşdur.
Lakin, 2022-ci ildən sonra həmin bələdiyyənin real fəaliyyəti olmayıb (2024-cü ildə qəbul edilmiş birləşmə qərarından başqa, heç bir qərar qəbul etməyib).
2024-cü ilin oktyabr ayında Hacıturalı Bələdiyyəsinin Əfərtli Bələdiyyəsi ilə birləşməsi barədə qərar qəbul edilib.
18.11.2024-cü il tarixli 50-VIIQ nömrəli Qanuna[7] əsasən Hacıturalı bələdiyyəsinin torpaqları Əfətli bələdiyyəsinə birləşdirilərək, Hacıturalı bələdiyyəsi ləğv edildi.
İqtisadiyyatı
redaktəQarabağ müharibəsi nəticəsində kəndin təsərrüfatına ciddi ziyan dəymişdir. 2011-ci ilin oktyabrın 1-də isə kəndə ilk dəfə təbii qaz verilməsinə başlanılıb.[8]
İstinadlar
redaktə- ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
- ↑ Волостныя, станичныя, сельскія, гминныя правленія и управленія, а также полицейскіе станы всей Россіи съ обозначеніем мѣста ихъ нахожденія. Кіевъ: Изд-во Т-ва Л. М. Фишъ. 1913.
- ↑ Население Агдамского уезда на 1926 года Arxiv surəti 21 fevral 2018 tarixindən Wayback Machine saytında.
- ↑ Crocusoft. "E-QANUN". e-qanun.az (ingilis). 2024-07-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-11-04.
- ↑ Crocusoft. "E-QANUN". e-qanun.az (ingilis). İstifadə tarixi: 2024-11-01.
- ↑ Crocusoft. "E-QANUN". e-qanun.az (ingilis). 2024-05-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-11-04.
- ↑ "Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında Azərbaycan Respublikasının Qanunu » Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi". president.az (az.). İstifadə tarixi: 2024-11-26.
- ↑ Ağdam rayonunun 10 cəbhəyanı kəndinə təbii qaz verilib[ölü keçid]
Ağdam rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |