Hacixanli - Wikipedia
Hacıxanlı (əvvəlki adı: Zorkeşiş) — Azərbaycan Respublikasının Laçın rayonu Hacıxanlı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Laçın rayonunun Şəlvə kənd Sovetinin Zorkeşiş kəndi Hacıxanlı kəndi adlandırılmışdır. Hacıxanlı kəndi Şəlvə kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Hacıxanlı kənd Soveti yaradılmışdır.[1]
Hacıxanlı | |
---|---|
39°51′26″ şm. e. 46°16′18″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Etimologiyası
redaktəKənd XIX əsrin əvvəllərində gəlmə ermənilər yerləşdirildikdən sonra salındığı ərazinin adı ilə Zorkeşiş adlandırılmışdı. Kəndin ərazisi əvvəllər mənşəcə qarabayramlı tayfasının hacıxanlı tirəsinin qışlaqlarından biri olmuş, sonralar daimi yaşayış məntəqəsinə çevrilmişdir.[2]
Tarixi
redaktə28 aprel 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süquta uğramasından və bolşeviklərin işğalına məruz qalmasından sonra, 1923-cü ilin iyulunda Yelizavetpol quberniyasının Cavanşir və Zəngəzur qəzalarının bir hissəsindən Kürdüstan mahalı (sonradan qəza) təsis edilmişdir. Hacıxanlı kəndi mahalın bir hissəsi olmuşdur.[3] Kürdüstan qəzası ləğv edildikdən sonra Hacıxanlı Laçın rayonunun tərkibinə daxil edilmişdir.[4]
1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir.[5] Kənd 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçmişdir.[6]
Əhalisi
redaktəKəndin əhalisi kürd mənşəli[7][8][9] hacısamlı camaatındandır.[10]
İstinadlar
redaktə- ↑ "Azərbaycan Respublikasının Bakı, Gəncə və Sumqayıt şəhərlərinin, Abşeron, Ağdaş, Ağsu, Ağcabədi, Balakən, Bərdə, Beyləqan, Vartaşen, Quba, Qutqaşen, Daşkəsən, İmişli, Yevlax, Kəlbəcər, Kürdəmir, Gədəbəy, Goranboy, Laçın, Lerik, Lənkəran, Mirbəşir, Puşkin, Saatlı, Füzuli, Cəbrayıl və Şamxor rayonlarının, Dağlıq Qarabağ Muxtar Vilayəti Şuşa rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı". 2022-05-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-21.
- ↑ Hacıxanlı // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. səh. 312. ISBN 978-9952-34-155-3.
- ↑ Из протокола заседания Президиума ЦК АКП (б). 30 июля 1923 г. ПААФ ИМЛ. Ф. 1. On. 74. Д. 133. Л. 3 об.
- ↑ Азербайджанская ССР. Административно-территориальное деление на 1 января 1977 года (4-е изд.). Баку: Азербайджанское гос. изд-во. 1979. 7.
- ↑ Vendik, Yuri. "Армяне оставляют Лачин, несмотря на конец войны в Карабахе и прибытие российских миротворцев". BBC Russian Service (rus). 17 November 2020. 16 January 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 December 2020.
- ↑ "Azərbaycan Müdafiə Nazirliyi Laçında dövlət bayrağının asılması barədə video yayıb". BBC Azerbaijani Service (az.). 1 December 2020. 30 August 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 December 2020.
- ↑ Gəncə-Qarabağ əyalətinin müfəssəl dəftəri (az.). Şuşa. 2000. səh. 471. 2023-08-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-13.
- ↑ Гейбуллаев, Гиясаддин Аскер оглы. Топонимия Азербайджана (rus). Баку: Элм. 1986. səh. 101–102.
- ↑ "M. R. Izady: Khurasani Kurdish Exclave in the 19th Century". 2021-08-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-30.
- ↑ Ənvər Çingizoğlu, Hacısamlı camaatı, "Soy" dərgisi, Bakı, 2009.
Həmçinin bax
redaktə Laçın rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |