Hadi Recebli - Wikipedia
Hadi Musa oğlu Rəcəbli (Rəcəbov) (25 oktyabr 1947, Viravul, Lənkəran rayonu – 17 aprel 2024, Bakı) — Azərbaycan Respublikasının Milli Məclisinin I–V çağırış deputatı (1995–2020), Əmək və Sosial Siyasət Komitəsinin sədri, siyasi elmlər doktoru, professor.
Hadi Rəcəbli | |
---|---|
24 noyabr 1995 – 10 mart 2020 | |
7 dekabr 1983 – 26 noyabr 1988 | |
Əvvəlki | Nurəddin Mustafayev |
Sonrakı | Azər Mustafazadə |
1980 – 1981 | |
Əvvəlki | Əliddin Qurbanov |
Sonrakı | Mirsəmid Abbasov |
Şəxsi məlumatlar | |
Doğum adı | Rəcəbli Hadi Musa oğlu |
Doğum tarixi | 25 oktyabr 1947 |
Doğum yeri | |
Vəfat tarixi | 17 aprel 2024 (76 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | ürək tutması |
Dəfn yeri | |
Partiya | |
Təhsili | |
Fəaliyyəti | alim, siyasətçi |
Elmi fəaliyyəti | |
Elmi dərəcəsi |
|
|
|
Təltifləri |
Həyatı
redaktəHadi Musa oğlu Rəcəbli 1947-ci il oktyabrın 25-də Lənkəran rayonunun Viravul kəndində anadan olmuşdur. Moskva Yeyinti Sənayesi İnstitutunun texnologiya fakültəsini və Bakı Ali Partiya məktəbini bitirmişdir. 1963-cü ildən Lənkəran çörək zavodunda fəhlə, mühasib, texnoloq, iqtisadçı işləmişdir. 1971-ci ildən Lənkəran Şəhər Komsomol Komitəsinin ikinci katibi, 1972-ci ildən birinci katibi, 1978-ci ildən "Bakinski raboçi" qəzetinin xüsusi müxbiri, 1980-ci ildən Lənkəran Şəhər İcraiyyə Komitəsinin sədri olmuşdur. 1981-ci ildən Azərbaycan KP MK-nın inspektoru, 1983-cü ildən Şəki Şəhər Partiya Komitəsinin birinci katibi, 1989–1995-ci illərdə Azərbaycan Respublikasının Nazirlər Kabinetində referent, aparıcı mütəxəssis, bölmə müdiri, şöbə müdirinin müavini, şöbə müdiri vəzifələrində çalışmışdır.
Ehtiyatda olan mayor olmuşdur. 9 kitabın və 220-dən çox elmi-publisistik məqalənin müəllifidir. Azərbaycanda ilk siyasi elmlər namizədidir.
Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü olmuşdur. On birinci çağırış Azərbaycan SSR Ali Sovetinin, birinci, ikinci, üçüncü, dördüncü və beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmişdir.
17 aprel 2024-cü ildə vəfat edib.[1] İkinci Fəxri Xiyabanda dəfn olunub.[2]
Təltifləri
redaktə- "Əmək igidliyinə görə" medalı (1976),
- "Əmək rəşadətinə görə" medalı (1977),
- "Şərəf" nişanı (1986),
- "Şöhrət" ordeni (2007),
- İkinci dərəcəli "Vətənə xidmətə görə" ordeni (2017) ilə təltif edilmişdir.
Ailəsi
redaktəEvlidir, 4 övladı, 10 nəvəsi var. Bakı Slavyan Universitetinin sabiq rektoru Nurlana Əliyeva ilə qudadır.[3] Deputat Fariz İsmayılzadənin dayısıdır.[4]
Mənbə
redaktəMedia forum. Hadı Rəcəbli "Şöhrət" ordeni ilə təltif olunub. [ölü keçid]
İstinadlar
redaktə- ↑ "Hadi Rəcəbli vəfat etdi — Yenilənib". 2024-04-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-17.
- ↑ "Hadi Rəcəbli ilə vida mərasimi başa çatıb - YENİLƏNİB". Report İnformasiya Agentliyi (az.). 2024-04-17. 2024-04-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-17.
- ↑ "Arxivlənmiş surət". 2022-07-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-17.
- ↑ "Hadı Rəcəblinin bacısı oğlu namizəd oldu". 2024-09-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-02.