Hafiz Haqqi Pasa - Wikipedia
Hafiz Haqqı Paşa (24 aprel 1878, Ədirnə - 15 fevral 1915, Ərzurum) - Osmanlı ordusunda xidmət etmiş hərbçi.
Hafiz Haqqı Paşa | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Ədirnə, Osmanlı İmperiyası |
Vəfat tarixi | (36 yaşında) |
Vəfat yeri | Ərzurum, Osmanlı İmperiyası |
Vəfat səbəbi | səpmə yatalaq |
Vətəndaşlığı | |
Təhsili |
|
Hərbi fəaliyyəti | |
Qoşun növü | Quru Qoşunları |
Hərbi hissə | 3-cü Ordu |
Xidmət illəri | 1901-1915 |
Rütbəsi | General-mayor |
Döyüşlər |
Balkan müharibələri Birinci dünya müharibəsi |
Vikianbarda əlaqəli mediafayllar |
Hərb məktəbində Ənvər Paşa, Mahmud Kamil Paşa və Fəxrəddin Paşa ilə eyni sinifdə təhsil almışdır. Bu məktəbdə ilk sinifini ikinciliklə, 5 dekabr 1902-ci ildə son sinifini isə birinciliklə bitirmişdir. Sultan V Muradın nəvələrindən biri olan Behiyə Sultanla (Mehmed Səlahəddin Əfəndinin qızı) ailə həyatı qurmuşdur. 1912-ci ildə Balkan müharibələrində iştirak etmişdir. "Vicdani" təxəllüsü ilə qəzetlərdə müxtəlif məqalələrin müəllifi olmuşdur. "Şanlı Əsgər" adlı kitabın müəllifidir.
3-cü Ordunun tərkibində rus və erməni birləşmələrinə qarşı Sarıqamış döyüşündə iştirak etmişdir. Döyüş ərzində Ənvər Paşanın rəhbərliyi altında olan birliklərin qeyd olunan hədəflərə qısa müddət ərzində çatmasına baxmayaraq, Haqqı Paşanın rəhbərliyi altında olan birliklər əsas hədəflərinə çata bilmədi və nəticədə döyüş əməliyyatı türklər üçün uğursuz oldu. Bu məğlubiyyətdən sonra Ənvər Paşa 3-cü Ordunun idarəçiliyini Hafiz Haqqı Paşaya təhvil verərək İstanbula qayıtmışdır. Haqqı Paşa da bundan bir neçə həftə sonra 1915-ci ildə Ərzurumda vəfat etmişdir.