Hakaton - Wikipedia
Hakaton (ing. Hackathon) — haker neologizmi, proqramçıların birləşərək müxtəlif problemləri həll etdikləri, layihələr hazırladıqları və yarışdıqları tədbirlər silsiləsidir. Sözün mənşəyi ingiliscə "hack" və "marathon" sözləri ilə bağlıdır və "haker marafonu" mənasını verir. Hakatonun əsas məqsədi keçirildiyi müddət ərzində müxtəlif proqramların və alətlərin yaradılması, bununla da proqramçı və hakerlərin öz aralarında rəqabət şəraitində biliklərini yoxlama və yeni biliklər qazanmalarına şərait yaratmaqdır.[1]
Azərbaycanda
redaktəHakaton hərəkatı Azərbaycanda əvvəli "Baku Google Technology User Group" ilə birgə həyata keçirilmiş, sonra sərbəst fəaliyyətə keçək "Hackathon Azerbaijan" adlı layihə ilə təmsil olunur. Layihənin əsas məqsədi yerli proqramçı və texnologiya həvəskarlarının öz biliklərini yoxlama, bir-birləri ilə yarışma, yeni və praktiki biliklər qazanmasını təmin etməkdir.
Bu layihə çərçivəsində aşağıdakı istiqamətlərdə yarışma və olimpiadaların təşkili nəzərdə tutulur:
- İnformasiya təhlükəsizliyi;
- Android proqramlaşdırma;
- Windows Mobile proqramlaşdırma;
- Veb proqramlaşdırma;
- Veb təhlükəsizlik;
- Chrome üçün proqram əlavələrinin yazılması;
- Google API.
- IoT — Əşyaların İnterneti
- Game Jam — 3D oyun proqramlaşdırması[2]
- Aquahack — Su mövzusunda keçirilən hakaton[3]
Təşkil olunan yarışma və olimpiadalarda qaliblərə qiymətli hədiyyələr verilir.[4] Azərbaycanda Hakatonlar keçirildikdən sonra bir çox dəyişikliklər hiss edilməyə başlandı. Bunlara nümunəolaraq ilk Android Hakatonlardan sonra yaradılmış mobil tətbiqlər[5][6], 3D oyunlar[7], yaradıcı qruplar, şirkətlərin yaradılmasını göstərmək olar.
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ "OpenBSD hackathons". 2022-07-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-12-26.
- ↑ "Game Jam". 2021-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-12.
- ↑ "Aquahack". 2022-08-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-12.
- ↑ "Hackathonazerbaijan.org — Haqqımızda". 2021-09-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-11-24.
- ↑ ""Android Erası" yarışması çərçivəsində yazılmış layihələr". 2022-03-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-12.
- ↑ ""Android Erası 2″ müsabiqəsində yazılmış tətbiqlər". 2021-05-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-12.
- ↑ "Game Jam müsabiqəsində yazılan oyunlar". 2022-03-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-12.