Halikarnas Baliqcisi - Wikipedia
Halikarnas Balıqçısı (türk. Halikarnas Balıkçısı) və ya əsl adıyla Cavad Şakir Qabaağaclı (türk. Cevat Şâkir Kabaağaçlı; 17 aprel 1890[1], Krit – 13 oktyabr 1973, İzmir) — Türkiyə hekayə və roman yazıçısı, karikaturisti.
Halikarnas Balıqçısı | |
---|---|
türk. Cevat Şakir Kabaağaçlı | |
Təxəllüsü | Halikarnas Balıkçısı, The Fisherman of Halicarnassus |
Doğum tarixi | 17 aprel 1890[1] |
Doğum yeri | |
Vəfat tarixi | 13 oktyabr 1973 (83 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | sümük xərçəngi[d] |
Uşağı | 5 |
Atası | Mehmed Şakir Paşa |
Anası | İsmət xanım |
Təhsili |
|
Fəaliyyəti | jurnalist, yazıçı |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktə17 aprel 1890-cı ildə Krit vilayətində dünyaya gəldi. Atası Osmanlı diplomatı Şakir Paşa, anası isə yerli ailələrdən birinə mənsub İsmət xanımdır. Eyni zamanda məşhur Osmanlı sədrəzəmi Əhməd Cavad Paşa onun əmisi, məşhur rəssam Fahrelnisə Zeyd və qravür ustası Aliyə Berqer də bacılarıdır. Uşaqlıq illəri atasının vəzifəsi səbəbilə Afinada keçən Cavad bəy ilk təhsilini İstanbuldakı Robert Kollecində aldı və ardından Yaxın dövr tarixi üzrə təhsil alması üçün Oksford Universitetinə göndərildi.
İstanbuldakı siyasi həyatın dəyişdiyi 31 mart hadisələrinin ardından atası tərəfindən geri çağırılsa da, Cavad bəy İngiltərədəki təhsilini yarım buraxaraq Romaya getdi. Burada İncəsənət Akademiyasına yazıldı və tanış olduğu Aniyesi adlı italyan əsilli bir fotomodellə evləndi. Ardından dünyaya gələn Mutarra adlı qızı və xanımıyla birlikdə 1913-cü ildə İstanbula qayıtdı.
İstanbula döndükdən sonra bəzi qəzet və jurnallar üçün məqalələr yazan, karikaturalar çəkən Cavad bəy 28 iyul 1914-cü ildə atası Şakir Paşanı Afyondakı imarətində güllələnərək qətlə yetirdi. Qətlin səbəbi tam olaraq bilinməsə də, bu barədə fərqli versiyalar mövcuddur. İlk versiyaya görə, olduqca soyuq münasibətləri olan atasının onun israfçı olması və həddindən artıq olan xərcləmələri səbəbilə aralarında münaqişə çıxmış və nəticədə qətl hadisəsi baş vermişdir. Daha çox inanılan və bəzi ailə fərdlərinin də xatirələrində yazdığı digər versiya isə Şakir Paşanın italyan əsilli gəliniylə gizli eşq yaşadığı və oğlunun bu münasibəti öyrənməsi ilə bağlıdır.[2]
Qətlin ardından 14 il həbs cəzası alan Cavad bəy həbsdə ikən tutulduğu vərəm xəstəliyi səbəbilə 7 il sonra azadlığa buraxıldı. 1921-ci ilin yanvarında azadlığa buraxılan Cavad bəy İstanbula qayıtsa da, ailə fərdləri tərəfindən qəbul edilmədi. Üsküdarda yaşayan dayısının yanına gedən Cavad bəy bu illər ərzində bir yandan qəzetlərdə məqalələr yazır, digər yandan isə bəzi əsərləri ingiliscədən tərcümə edirdi. Yanında yaşadığı dayısının qızı Hamdiyə xanımla evləndi və bu evlilikdən bir oğlu dünyaya gəldi.
Resimli Hafta jurnalının 13 aprel 1925 tarixli nömrəsində yazdığı bir məqalə səbəbilə məhkəməyə verildi və 28 aprel günü baş tutan məhkəmənin ardından Bodruma sürgün edildi. Burada keçirdiyi illər isə onun həyatında mühüm rol oynadı. Sürgündə xanımıyla münasibəti pisləşdi və qısa müddət sonra Hamdiyə xanım oğlunu da alaraq Muğlaya köçdü. Çox keçmədən cütlük boşandı.[3]
Üçüncü evliliyi isə Xədicə xanımla baş tutan Cavad bəyin bu nikahdan 3 övladı dünyaya gəldi. 23 il boyunca Bodrumda yaşayan Cavad bəy bu illər ərzində yazdığı əsərlərlə məşhurlaşdı. Antik dövrdəki adı Halikarnassos olan Bodruma sevgisi səbəbilə Halikarnas balıqçısı ləqəbini aldı.
1948-ci ildən etibarən İzmirdə yaşayan Cavad bəy 13 oktyabr 1973-cü ildə İzmirdə vəfat etdi. Cənazəsi vəsiyyətinə əsasən, Bodrumda torpağa verildi.
Ailəsi
redaktəÜmumilikdə 3 dəfə ailə həyatı quran Cavad bəyin bu evliliklərdən 5 övladının olduğu bilinir. İlk evliliyi 1912-ci ildə italyan əsilli fotomodel Aniyesi ilə baş tutdu və Mutarra adlı bir qızı dünyaya gəldi. Ancaq atasıyla baş verən hadisə və həbsə düşməsinin ardından xanımından ayrıldığı ehtimal olunur. Qızıyla bağlı başqa məlumat yoxdur.
İkinci evliliyi həbsdən çıxdıqdan sonra dayısı qızı Hamdiyə xanımla baş tutdu. Bu evlilikdən Sina adlı bir oğlu dünyaya gəldi. Bodruma sürgün olunmasından qısa müddət sonra cütlük boşandı.
Üçüncü evliliyi isə Xədicə xanım adlı biriylə baş tutdu. Cütlüyün bu nikahdan İsmət Ayşə xanım, Suat bəy və Aliyə xanım adlı 3 övladı dünyaya gəldi.
Mənbə
redaktəİstinadlar
redaktəƏdəbiyyat
redaktə- Şakir Paşa Ailesinin Sanatçı Üyelerinin Türk Sanatına Katkıları, Şirin Zerey Koç. Yüksek Lisans Tezi. TC Çankırı Karatekin Üniversitesi. Çankırı 2019
- Sadrıazam Ahmed Cevad Paşa, Mehmet Ercan. Doktora Tezi. TC Marmar Üniversitesi. İstanbul 1998