Harri Potter Ve Azkaban Mehbusu Roman - Wikipedia
Bu məqalə "Harri Potter və Azkaban Məhbusu" romanı haqqındadır. Eyniadlı film haqqında məqalə üçün Harri Potter və Azkaban Məhbusu (film, 2004) səhifəsinə baxın. |
Harri Potter və Azkaban Məhbusu (ing. Harry Potter and the Prisoner of Azkaban) — Coan Roulinq tərəfindən yazılmış Harri Potter romanlar seriyasından olan üçüncü romandır. Kitabda gənc sehrbaz Harri Potterin Sehrbazlıq və Ovsun məktəbi Hoqvartsda üçüncü ili təsvir olunur. Dostları Ron Uizli və Hermiona Qreyncer ilə birlikdə Harri, Azkabandan qaçmış və Lord Voldemortun köməkçisi olduğuna inandığı Sirius Blekin kimliyini araşdırır.
Harri Potter və Azkaban Məhbusu | |
---|---|
Harry Potter and the Prisoner of Azkaban | |
Müəllif | Coan Roulinq |
Janr | fentezi |
Orijinalın dili | ingiliscə |
Ölkə | |
Orijinalın nəşr ili |
8 iyul, 1999 (BK) 8 sentyabr, 1999 (ABŞ) |
Tərcüməçi | Fərid Hüseynli |
Rəssam |
Klif Rayt (BB) Meri QrandPri (ABŞ) |
Seriya | Harri Potter |
Nəşriyyat |
Bloomsbury Scholastic Qanun |
Səhifə |
317 (BB) 435 (ABŞ) 456 Azərbaycan |
Əvvəlki | Harri Potter və Sirlər Otağı |
Sonrakı | Harri Potter və Alov Kuboku |
Kitab Birləşmiş Krallıqda 8 iyul 1999-cu ildə "Bloomsbury" nəşriyyatı, ABŞ-də isə 8 sentyabr 1999-cu ildə "Scholastic Inc." Nəşriyyatı tərəfindən[1][2][3][4], Azərbaycanda isə 2014-cü ildə nəşr edilmişdir. Roulinq kitabın yazılmasının öhdəsindən çox rahatlıqla gəlmiş və cəmi bir il içində tamamlamışdır. Birləşmiş Krallıqda üç gün ərzində 68,000 nüsxə ilə satılan kitab, ümumilikdə ölkə ərazisində 3 milyon nüsxədən çox satılmışdır.[5] 1999-cu ildə Kosta Kitab Mükafatı, Brem Stoker Mükafatı, 2000-ci ildə Lokus Ən Yaxşı Fentezi Romanı Mükafatına layiq görülən roman, Hüqo mükafatı da daxil olmaqla bir çox nüfuzlu ədəbiyyat mükafatlarının qısa siyahısına salınmışdır.
Romanın 2004-cü ildə çıxarılmış film adaptasiyası $796 milyon gəlir əldə etmiş və tənqidçilər tərəfindən əsasən müsbət qarşılanmışdır. "Harri Potter və Azkaban Məhbusu" romanı əsasında müxtəlif platformalar üçün nəzərdə tutulmuş oyunlar da hazırlanmışdır.
Məzmunu
redaktəRoman Harri Potterin Durslilərin evinə dönməsi ilə başlayır və burada o, maqlların televizorunda Sirius Blek adlı məhbusun qaçdığını görür. Març xalanın Durslilərə qonaq gəlməsindən sonra evdə vəziyyət daha da gərginləşir, Harri valideynlərinin təhqir edilməsindən sonra sehrdən istifadə edir və evdən qaçır. Hara gedəcəyini bilmədiyi halda qəfildən Cəngavər Avtobus onun yanına gəlir. Harri Çəp Xiyabana gəlir, burada Sehr Naziri Kornellius Facla qarşılaşır və nazir dərslərin açılmasına kimi qalmış üç həftəni burada keçirməyi təklif edir.
Hoqvartsa getməmişdən bir gün əvvəl Harri öyrənir ki, qaçmış məhbus Sirius Blek təhlükəli qatildir və hər kəs onun Harrini öldürmək istədiyini düşünür. Hoqvarts qatarına dementor giri və bu Harriyə pis təsir edir, lakin yeni qara qüvvələrdən müdafiə müəllimi Professor Lüpin uşaqların köməyinə çatır, Ron, Hermiona və Harri, Sehr Nazirliyinin qərarı ilə bu il dementorların Hoqvartsı qoruyacağını öyrənirlər. Hoqvartsda, Qviddiç zamanı baş verən qəza da daxil olmaqla, bir neçə xoşagəlməz hal baş verir, Harri 50 fit yüksəklikdən yıxılaraq uçan süpürgəsini sındırır, bu hadisədən sonra Professor Lüpin dərsdən kənar Harriyə dementorları uzaqlaşdırmaq üçün Patronus tilsimindən istifadə etməyi öyrədir.
Harri icazəsiz halda (Gözəgörünməzlik paltosu və Corc və Fred Uizlilər tərəfindən hədiyyə edilmiş Morderlərin xəritəsi sayəsində) Hoksmit kəndinə gələn Harri burada müəllimlərindən bir neçəsinin söhbətini eşidir və öyrənir ki, Sirius Blek əslində Harrinin valideynlərinin dostu olub, daha sonra isə onları Lord Voldemorta sataraq ölümlərinə səbəb olub, daha sonra isə 13 maqlı və köhnə dostu Piter Pettiqryunu öldürüb, buna görə də sehrbazlar üçün nəzərdə tutulmuş Azkaban həbsxanasına salınıb. Ron Hermionanın pişiyi Kurkşenksin siçovul skabbersi yediyinə inanır və onların dostluğu soyuyur. Milad bayramına harri sirli şəkildə ən son model uçan süpürgə — "İldırım" hədiyyə alır. Hermiona süpürgənin sehrlənmiş ola biləcəyindən və Harriyə zərər vurmasından ehtiyat edərək hədiyyə barəsində professor MakQonoqala xəbər verir, bu isə dostların arasında münasibətin daha da pisləşməsinə gətirib çıxarır.
Haqridin tədris etdiyi sehrli canlılara qulluq dərsində Malfoy hippoqriflərdən birini təhrik edir və heyvan öz zərbəsi ilə onu yaralayır. Ron, Hermiona və Harri Haqridin bu hərəkətə görə ölüm cəzasına məhkum edilmiş hippoqriffi Bakbeki xilas etməyə çalışırlar. Onların cəhdləri boşa çıxır və hippoqrif edam edilir. Dostlar Haqridin evindən qayıdarkən qara nəhəng it onlara hücum edir və Ronu sürüyərək ağacın altındakı dəlikdən içəri dartır. Dostlar da onun ardınca dəliyə girirlər və bu dəliyin əslində Sızıldayan daxmaya aparan yolun başlanğıcı olduğunu öyrənirlər. Daxmada dostlar qara köpəyin əslində Sirius Blek olduğunu öyrənirlər. Bir müddət sonra Professor Lüpin və Severus Sneyp də daxmaya gəlir. Harri əslində Blekin yox, Piter Pettiqryunun valideynlərini satdığını və uzun illərdir siçovul cildində Ron Uizlinin yanında gizləndiyini öyrənirlər. Həmçinin tələbəlik illərində dostları Lüpinin canavar adam olduğunu öyrənmələrindən sonra, Ceyms Potter, Sirius Blek və Piter Pettiqryunun animaqlığı (heyvan cildinə girmə bacarığı) öyrəndikləri və bu bacarıqlarını gizli saxladıqları üçün nazirliyin qeydiyyatına düşmədikləri aydın olur.
Hoqvartsa qayıdarkən ayın bədrləndiyini görən Professor Lüpin canavar adama dönərək meşəyə qaçır, Blek onun ardınca meşəyə gedir və bu zaman fürsətdən istifadə edən Piter Pettiqryu siçovula çevrilərək qaçır. Dementorlar axtarışda olan Bleki tutmağa çalışırlar. Bu zaman Potterin patronusu dementorları qovur.
Harri ayıldıqda xəstəxanada olduğunu və bir neçə dəqiqə sonra Blekin "dementor öpüşü" ilə cəzalandırılacağını öyrənir. Dambldor Harri və Hermionaya zaman çevirədən istifadə etməyə icazə verir, dostlar üç saat geri qayıdaraq hippaqriffi xilas edirlər və Sirius Blekin qaçmasına şərait yaradırlar. Qriffindor fakültəsi Qviddiç kubokunu qazanır və bal sıralamasında birinci olur. Harri Durslilərin yanına qayıdır.
Çıxarılması və qəbulu
redaktəÇıxarılmadan əvvəlki tarixi
redaktəHarri Potter və Azkaban Məhbusu Harri Potter romanlar seriyasından olan üçüncü romandır. Həmin seriyadan olan ilk roman Harri Potter və Fəlsəfə Daşı (ABŞ nəşrində Harri Potter və Sehrbaz Daşı) 26 iyun 1997-ci ildə, ikinci roman Harri Potter və Sirlər Otağı isə 2 iyul 1998-ci ildə "Bloomsbury" nəşriyyatı tərəfindən yayımlanmışdır.[6] Roulinq Azkaban Məhbusunu Sirlər Otağının tamamlanmasından bir gün sonra yazmağa başlamışdır.[7]
Romanlar seriyasına daxil olan ilk üç kitab arasında Azkaban Məhbusu ən qısa müddətdə yazılanıdır: Fəlsəfə Daşının tamamlanması beş il, Sirlər Otağı iki il, Azkaban Məhbusunun yazılması isə cəmi bir ilə yekunlaşmışdır.[8] Roulinqin bu romandakı əsas uğuru Remus Lupin obrazının yaradılmasıdır.[8] Əlavə olaraq, yazıçı qeyd edir ki, "Harri Potter və Azkaban Məhbusu bu vaxta kimi yaşadığım ən yaxşı yazıçılıq təcrübəsi idi…Yazı yerim həddən artıq rahat idi. Bütün maddi problemlər geridə qalmışdı və mətbuatın diqqəti kifayət qədər idi."[9]
Tənqidçilərin mövqeyi
redaktə"The New York Times"dan Qreqori Makuayr yazır ki, "yenə də süjetin planlanması və kitbın tərtibində yeni heç nə yoxdu, lakin onlar bunu çox parlaq ediblər…yenə də, çox gözəldir."[10] Həmin qəzetdə bildirilir ki, Azkaban məhbusu ola bilsin ki, bu vaxta kimi yazılmış ən yaxşı Harri Potter romanıdır.[11] "Kidsreads.com" uşaq ədəbiyyatı portalında dərc edilmiş şərhdə qeyd edilir ki, "Bu zəngin işlənmiş fentezi romanı sizi Roulinqin üzərində işlədiyi növbəti dörd kitabı gözləməyə vadar edəcək. Harrinin üçüncü ili çox maraqlıdır. Onu əldən verməyin."[12] "Kirkus Reviews" romana ulduzlu şərh verməsə də, "kitabda əsas personajların macəraları davam etdirilsə də, o qədər az hadisələr baş verir ki, kitab onun səhifələrindən daha az təsir bağışlayır: əgər oxuyucu fanatdırsa vaxt ayıracaq, əgər deyilsə yox." deyə qeyd edir.[13] "The Horn Book Magazine"də yazılmış şərhdə Marta V. Parravano romanı "kifayət qədər yaxşı" adlandırır.[14] "Publishers Weekly"də nəşr edilmiş şərhdə deyilir ki, "İstər sehrli aləmdə işlər olsun…istərsə də cəld zarafatlar…Roulinqin zəkası heç vaxt onu ələ vermir…Potterin tilsimi sizi uzun müddət özünə bağlı saxlayacaq."[15]
Roman Kosta Mükafatına namizəd olduğu zaman münsiflər heyətinin üzvü olan Antoni Holden roman haqqında mənfi fikir bildirərək qeyd edir ki, obrazlar "tamamilə ağ-qaradır" və "hekayə xətti təxmin edilən, gərginlik minimaldır, hər səhifədəki sentimentallıq isə ürəkbulandırıcıdır."[16]
Mükafatlar
redaktə"Harri Potter və Azkaban Məhbusu" aralarında 1999-cu il "Kitab Siyahısı Redaktorlarının Seçimi Mükafatı"[17], 1999-cu il Gəncə Oxucular üçün Ən Yaxşı Kitab nominasiyasında Brem Stoker Mükafatı[18], 1999-cu il FCGB Uşaq Kitabı Mükafatı[19], 1999-cu il Ən Yaxşı Uşaq Kitabı nominasiyasında Kosta Kitab Mükafatı[20] və 2000-ci il Ən Yaxşı Fentezi romanı üçün Lokus Mükafatı[21] da daxil olmaqla bir çox mükafatlara layiq görülmüşdür. Roman 2000-ci ildə Ən Yaxşı Roman nominasiyasında Hüqo mükafatına namizəd göstərilsə də, mükafatı Vernor Vincin "Səmadakı dərinlik" romanı qazanmışdır.[22] Azkaban Məhbusu 2004-cü ildə "Indian Paintbrush" Kitab Mükafatına[23] və "Colorado Blue Spruce Young Adult" Kitab Mükafatına da layiq görülmüşdür.[24]
Əlavə olaraq, kitab 2000-ci ildə[25] Amerika Kitabxanalar Assossasiyası tərəfindən yeniyetmələr üşün nəzərdə tutulmuş ən yaxşı kitablardan biri adlandırılmışdır.[26] Harri Potter romanlar seriyasından olan əvvəlki iki kitab kimi, Azkaban Məhbusu" da "Nestlé Smarties" Kitab Mükafatının 9–11 yaşlılar üçün Qızıl Medalına layiq görülmüş və New York Times Best Seller Siyahısının zirvəsinə yüksələ bilmişdir.[27] Hər iki halda roman Harri Potter seriyasından olan romanlar arasında bu nəticəni göstərən sonuncu əsərdir.[28] Halbuki, 2000-ci ilin iyulunda "Harri Potter və Alov Kuboku"nun çıxarılmasından qısa müddət əvvəl Bestseller Uşaq Kitablarının siyahısı tərtib olunmuşdu.[29] 2003-cü ildə BBC tərəfindən keçirilmiş "The Big Read" sorğusuna əsasən roman 24-cü yerdə qərarlaşmışdır.[30]
Satışlar
redaktəAzkaban Məhbusu satışa çıxarılmasının ilk üç günündə 68,000 nüsxədən çox satılmışdır ki, bu da kitabı həmin dövrdə BK-da ən sürətli satılan kitab kimi tarixə salmışdır.[5] "The Guardian"ın verdiyi məlumata görə, 2012-ci ilə kimi roman ümumilikdə 3,377,906 nüsxə ilə satılmışdır.[31]
Nəşrlər
redaktəHarri Potter və Azkaban Məhbusu bərk üz qabığı ilə 8 iyul 1999-cu ildə Birləşmiş Krallıqda[32], 8 sentyabr 1999-cu ildə isə ABŞ-də[33] nəşr edilmişdir. Yumşaq üz qabıqlı nəşri Britaniyada 1 aprel 2000-ci ildə[34], ABŞ-də isə 2 oktyabr 2001-ci ildə satışa çıxarılmışdır.[35] Kitab Azərbaycanda 2014-cü ildə yumşaq üz qabığı ilə nəşr edilmişdir.[36]
"Bloomsbury" nəşriyyatı müxtəlif üz dizaynları ilə 2004-cü ilin oktyabrında kitabı bərk üz qabığı ilə[37], 10 iyul 2004-cü ildə isə yumşaq üz qabığı ilə böyüklər üçün nəşr etmişdir.[38] Yaşıl sərhəddli və imzalı bərk üzlü xüsusi buraxılış 8 iyul 1999-cu ildə təqdim edilmişdir.[39] 2004-cü ilin may ayında "Bloomsbury" nəşriyyatı mavi və bənövşəyi xəttli yubiley nəşrini satışa çıxarmışdır.[40] 1 noyabr 2010-cu ildə həmin nəşriyyat Klara Mellinskinin illüstrasiyaları ilə on illik yubiley nəşri, 2013-cü ilin iyulunda isə Endryu Devidsonun böyüklər üçün illüstrasiyaları ilə yeni nəşri təqdim edilmişdir. Hər iki nəşr "Webb & Webb Design Limited" studiyası tərəfindən dizayn edilmişdir.[41]
27 avqust 2013-cü ildə "Scholastic" nəşriyyatı romanların on beş illik yubileyi münasibətilə yeni üz qabıqları dizaynı ilə yumşaq üzlü nəşrini hazırlamışdır.[42] Üz qabıqları Kazu kibuişi tərəfindən dizayn edilmişdir.[43]
Adaptasiyalar
redaktəFilm
redaktəRomanın Alfonso Kuaronun Stiv Klovzun ssenarisi əsasında çəkdiyi film adaptasiyası 2004-cü ildə çıxarılmışdır.[44] Film kassalarda birinci yerdə debüt etmiş və bu mövqeyini iki həftə qorumuşdur.[45] Film of $796.7 gəlir əldə etmişdir ki[46], bu da həmin filmi "Şrek 2" filmindən sonra 2004-cü ilin ən çox gəlir gətirən ikinci filmi etmişdir, lakin Harri Potter romanları əsasında çəkilmiş filmlər arasında Azkaban Məhbusu ən az gəlir gətirən filmdir.[47] "Empire " jurnalının 2008-ci ildə nəşr etdiyi bütün zamanların 500 ən böyük filmi siyahısında Azkaban Məhbusu filmi 471-ci yerdə qərarlaşmışdır.[48]
Videooyun
redaktə2004-cü ilin may və iyun aylarında filmlə eyni dövrdə roman əsasında müxtəlif versiyalı oyun da çıxarılmışdır.[49][50][51] Oyun PC, Game Boy Advance, Xbox, Playstation 2, və GameCube platformaları üçün nəzərdə tutulub.[52] Oyun ümumilikdə yaxşı qəbul edilmiş, ən aşağı reytinq PC platforması üçün IGN tərəfindən verilən 6/10 göstəricisi olmuşdur.[53] Oyuna ən yaxşı reytinq GameSpot tərəfindən Game Boy Advance versiyasına verilmiş a 7.5/10 göstəricisidir.[54]
İstinadlar
redaktə- ↑ "Harry Potter and the Prisoner of Azkaban by J.K. Rowling (Book 3)". about.com. 2013-05-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 30 mart 2015.
- ↑ "The Harry Potter Books". Pottermore. 2013-07-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 30 mart 2015.
- ↑ Rogers, Simon. "The top 100 bestselling books of all time: how does Fifty Shades of Grey compare?". The Guardian. London. 9 August 2012. 24 July 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 mart 2015.
- ↑ "Review: Another harrowing adventure for Harry". Atlanta Journal-Constitution. 2018-10-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 mart 2015.
- ↑ 1 2 "Longing for the clock to strike 12". The Telegraph. London. 2 May 2003. 8 March 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 mart 2015.
- ↑ "A Potter timeline for muggles". Toronto Star. 14 July 2004. 20 December 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 mart 2015.
- ↑ "About the Book". The Remembrall. 2013-12-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 31 mart 2015.
- ↑ 1 2 "Barnes & Noble chat transcript". Accio Quote!. 8 September 1999. 28 December 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 mart 2015.
- ↑ Puig, Claudia. "New 'Potter' movie sneaks in spoilers from upcoming books". USA Today. 27 April 2004. 2007-05-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 mart 2015.
- ↑ Maguire, Gregory. "Lord of the Golden Snitch". The New York Times. 5 September 1999. 22 April 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 mart 2015.
- ↑ Macpherson, Karen. "Rowling has magic touch with 'Prisoner'". The New York Times. 1 October 1999. 5 May 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 mart 2015.
- ↑ Maughan, Shannon. "Kidsreads.com — Harry Potter — The Prisoner of Azkaban". Kidsreads.com. 2010-10-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 31 mart 2015.
- ↑ "Harry Potter and the Prisoner of Azkaban review". Kirkus Reviews. 15 September 1999. 28 May 2011 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 31 mart 2015.
- ↑ Parravano, Martha V. "Harry Potter reviews". The Horn Book Magazine. November 1999. 2012-05-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 31 mart 2015.
- ↑ "Children's Review: Harry Potter and the Prisoner of Azkaban by J. K. Rowling". Publishers Weekly. 1 October 1999. 12 July 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 mart 2015.
- ↑ Holden, Anthony. "Why Harry Potter doesn't cast a spell over me". The Observer. UK. 25 June 2000. 11 February 2009 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 mart 2015.
- ↑ "Booklist Editors' Choice: Books for Youth, 1999 | Booklist Online". Booklist Online. 2022-03-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 mart 2015.
- ↑ "Bram Stoker Awards 1999". Horror Writers Association. 2013-04-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 31 mart 2015.
- ↑ "Awards for the Harry Potter Books". Bloomsbury. 2013-07-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 31 mart 2015.
- ↑ "Whitbread Prize 1999". The Guardian. London. 2010-12-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 mart 2015.
- ↑ "2000 Locus Awards". Locus. 2 July 2000. 3 October 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 31 mart 2015.
- ↑ "2000 Hugo Awards". World Science Fiction Society. 2018-10-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 mart 2015.
- ↑ "Indian Paintbrush Book Awards By Year 1986–2011" (PDF). Indian Paintbrush Awards. 2004. 2012-03-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 31 mart 2015.
- ↑ "Previous Winners | Colorado Blue Spruce Award". Colorado Blue Spruce Award. Blue Spruce Award Committee. 2013-05-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 31 mart 2015.
- ↑ "ALA Notable Children's Books All Ages". Scholastic. 6 November 2007. 16 July 2011 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 31 mart 2015.
- ↑ "Best Books for Young Adults". American Library Association. 2000. 2011-12-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 mart 2015.
- ↑ "New York Times Best Seller Number Ones Listing". Hawes Publications. 2019-11-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 mart 2015.
- ↑ "Awards for the Harry Potter Books". Bloomsbury. 2013-07-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 31 mart 2015.
- ↑ "Bestseller Math". Houghton Mifflin Harbourt. 2013-05-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 mart 2015.
- ↑ "BBC – The Big Read" Arxivləşdirilib 2017-08-24 at the Wayback Machine. BBC. April 2003, İstifadə: 31 mart 2015
- ↑ Rogers, Simon. "The top 100 bestselling books of all time: how does Fifty Shades of Grey compare?". The Guardian. London. 9 August 2012. 24 July 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 mart 2015.
- ↑ Harry Potter and the Prisoner of Azkaban (Book 3) (Hardcover). Amazon.com. ISBN 0747542155.
- ↑ Harry Potter and the Prisoner of Azkaban (Book 3) (Hardcover). Amazon.com. ISBN 0439136350.
- ↑ Harry Potter and the Prisoner of Azkaban (Book 3) paperback. Amazon.com. ISBN 0747546290.
- ↑ "Harry Potter and the Prisoner of Azkaban (Book 3) Paperback". BargainBookStores.com. 2011-07-20 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 31 mart 2015.
- ↑ С. K. Roulinq HARRİ POTTER VƏ AZKABAN MƏHBUSU Arxivləşdirilib 2016-04-05 at the Wayback Machine, Qanun nəşriyyatı
- ↑ Harry Potter and the Prisoner of Azkaban (Book 3): Adult Edition (Paperback). Amazon.com. ISBN 0747574499.
- ↑ "Harry Potter and the Prisoner of Azkaban: Adult Edition". Bloomsbury.com. 2011-06-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 31 mart 2015.
- ↑ Harry Potter and the Prisoner of Azkaban (Book 3): Special Edition. Amazon.com. ISBN 0747545111.
- ↑ "Harry Potter and the Prisoner of Azkaban Celebratory edition". Bloomsbury. 2011-06-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 31 mart 2015.
- ↑ Harry Potter and the Prisoner of Azkaban Signature edition. Amazon.com. 2010-10. ISBN 1408810565.
- ↑ "Scholastic and Award-Winning Illustrator Kazu Kibuishi Unveil New Cover for Harry Potter and the Deathly Hallows in Celebration of Harry Potter 15th Anniversary" (Press-reliz). Scholastic. 31 July 2013. 3 August 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 mart 2015.
- ↑ Desta, Yohana. "Book Buzz: 'Harry Potter' gets a cover makeover". USA Today. 28 June 2013. 11 March 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 mart 2015.
- ↑ "Harry Potter and the Prisoner of Azkaban (2004)". IGN Entertainment, Inc. 1998–2009. 2013-09-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 mart 2015.
- ↑ "Harry Potter and the Prisoner of Azkaban". IGN Entertainment, Inc. 1998–2009. 22 February 2010 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 mart 2015.
- ↑ "Harry Potter and the Prisoner of Azkaban (2004)". Box Office Mojo. 2009-02-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 mart 2015.
- ↑ "2004 WORLDWIDE GROSSES". Box Office Mojo. 2009-02-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 mart 2015.
- ↑ "The 500 Greatest Movies of All Time". Empire. 2009-01-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 mart 2015.
- ↑ "Harry Potter and the Prisoner of Azkaban (2004)". Internet Movie Database. 2022-07-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 mart 2015.
- ↑ "Harry Potter and the Prisoner of Azkaban (PC CD)". Amazon.com. 2016-04-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 mart 2015.
- ↑ "Harry Potter and the Prisoner of Azkaban". Gamespot UK. 2012-10-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 31 mart 2015.
- ↑ "Harry Potter and the Prisoner of Azkaban". Amazon.com. 2022-05-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 mart 2015.
- ↑ "Harry Potter and the Prisoner of Azkaban". IGN. İstifadə tarixi: 31 mart 2015.
- ↑ "Harry Potter and the Prisoner of Azkaban Review". Gamespot. 24 June 2004. İstifadə tarixi: 31 mart 2015.[ölü keçid]
Xarici keçidlər
redaktə- "Qanun"da ayın ən çox satılan kitabları Arxivləşdirilib 2015-03-18 at the Wayback Machine