Harri Potter Ve Felsefe Dasi Film Musiqisi - Wikipedia
"Harri Potter və Fəlsəfə Daşı" (ABŞ, Hindistan və Pakistanda "Harri Potter və Sehrbaz Daşı") film musiqisi albomu 30 oktyabr 2001-ci ildə satışa çıxarılmışdır.
Harri Potter və Fəlsəfə Daşı | ||||
---|---|---|---|---|
Con Vilyams tərəfindən ifa olunmuş film musiqisi | ||||
Növü | film musiqisi | |||
Yayımlanma tarixi | 30 oktyabr 2001 | |||
Yazılma tarixi | sentyabr 2001 | |||
Janr | film musiqisi | |||
Müddət | 73:35 | |||
Leybl | Atlantic Records | |||
Con Vilyams albomlarının xronologiyası | ||||
|
Musiqi
redaktəFilm musiqisi Con Vilyams tərəfindən yazılmış və səsyazma zamanı orkestra rəhbərliyi də bəstəkar özü etmişdir. Con Vilyams tərəfindən bəstələnmiş musiqi, 74-cü Oskar Mükafatlarının təqdim edilməsi mərasimində Ən Yaxşı Orijinal Film Musiqisi Nominasiyasında mükafata namizəd göstərilmişdir.
Film musiqisinə bir çox xarakterlərə xas mövzular (leytmotiv) daxildir ki, onların da bəzilər sonrakı filmlərdə də, xüsusilə "Sirrli otaq" filmində istifadə olunmuşdur. Həmin mövzulara iki Voldemort mövzusu, iki Hoqvarts mövzusu, Çəp xiyaban mövzusu, Qviddiç mövzusu, uçuş mövzusu, dostluq mövzusu və filmin əsas mövzusu ("Hedwig's Theme") daxildir. Əsas mövzu Harri Potter filmlər seriyasına daxil olan bütün filmlərdə, demək olar ki, dəyişilməz şəkildə istifadə edilmişdir. 14 dekabr 2001-ci ildə film musiqisi albomu "Canadian Recording Industry Association" tərəfindən qızıl sertifikata (50.000 satış göstəricisi ilə) layiq görülmüşdür.[1] "Recording Industry Association of Japan" da albomu qızıl sertifikata (100.000 satış göstəricisi ilə) layiq görmüşdür.[2]
Film musiqisi Londondakı "Air Lyndhurst Studios" və "Abbey Road Studios"da yazılmışdır. Billboard 200 hit-paradında 48-ci yerdın daxil olan albom "Top Soundtracks Chart"da ikinci yerə kimi yüksələ bilmişdir.[3]
Kompozisiyaların siyahısı
redaktə№ | Başlıq | Müddət |
---|---|---|
1. | "Prologue" | 2:12 |
2. | "Harry's Wondrous World" | 5:21 |
3. | "The Arrival of Baby Harry" | 4:25 |
4. | "Visit to the Zoo and Letters from Hogwarts" | 3:23 |
5. | "Diagon Alley and the Gringotts Vault" | 4:06 |
6. | "Platform Nine-and-Three-Quarters and the Journey to Hogwarts" | 3:14 |
7. | "Entry into the Great Hall and the Banquet" | 3:42 |
8. | "Mr. Longbottom Flies" | 3:35 |
9. | "Hogwarts Forever! and the Moving Stairs" | 3:47 |
10. | "The Norwegian Ridgeback and a Change of Season" | 2:47 |
11. | "The Quidditch Match" | 8:29 |
12. | "Christmas at Hogwarts" | 2:56 |
13. | "The Invisibility Cloak and the Library Scene" | 3:16 |
14. | "Fluffy's Harp" | 2:39 |
15. | "In the Devil's Snare and the Flying Keys" | 2:21 |
16. | "The Chess Game" | 3:49 |
17. | "The Face of Voldemort" | 6:10 |
18. | "Leaving Hogwarts" | 2:14 |
19. | "Hedwig's Theme" | 5:11 |
Ümumi müddət: | 73:28 |
Digər təsirləri
redaktə"Hedwig's Theme" filmlər seriyasının leytmotividir.. Tez-tez filmlər seriyasının əsas musiqi mövzusu adlandırılan bu mövzu "Harri Potter və Fəlsəfə Daşı" film musiqisi albomuna "Prologue" adı ilə daxil olmuşdur. Həmin musiqinin konsert aranjimanı həm də filmin titrlərində istifadə olunub. "Hedwig's Theme" Harri Potter filmlər seriyasının film musiqisi Patrik Doyl, Nikolas Huper və Aleksadr Desplat tərəfindən bəstələnmiş filmlərində də əsas leitmotiv mövzu kimi istifadə olunmuşdur. Bu musiqi həmçinin, musiqisi Ceyms Hanniqan tərəfindən bəstələnmiş dörd Harri Potter video-oyunlarında da istifadə olunmuşdur. Populyar mədəniyyətdə xüsusi status qazanan "Hedwig's Theme" rinqton, treyler musiqisi və digər multimedia formalarında geniş yayılmışdır.
İstinadlar
redaktə- ↑ "Arxivlənmiş surət". 2007-08-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-12-21.
- ↑ "GOLD ALBUM 他認定作品 2002年1月度" (PDF). The Record (Bulletin) (Japanese). Chūō, Tokyo: Recording Industry Association of Japan. 508: 12. March 10, 2002. January 16, 2014 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 22 dekabr, 2014.
- ↑ Trust, Gary. "Weekly Chart Notes: Rihanna, Gwyneth Paltrow, the Beatles". Billboard. Nielsen Business Media, Inc. 24 November 2010. İstifadə tarixi: 22 dekabr 2010.