Harrods - Wikipedia
"Harrods" — Londonda yerləşən dəbdəbəli mağaza. Hal-hazırda Qatar Əmirliyinin mülkiyyətindədir[1]. "Harrods" brendi altında Harrods Bankı, Harrods Aviasiyası və s. müəssisələrə aiddir.
Harrods | |
---|---|
Harrods | |
Ümumi məlumatlar | |
Sənaye | pərakəndə |
Məhsulları | keyfiyyətli və lüks məhsullar |
Təsis tarixi | 1834 |
Baş qərargahın yeri | |
İqtisadi göstəriciləri | |
Ümumi kapital | £126 million (2015) |
Ümumi aktivlər | £769 million (2015) |
Struktur | |
İşçi sayı | 12,000 (2013 |
Rəhbərlik | |
Təsisçi | Çarles Henri Harrods |
harrods.com/en-gb | |
Vikianbarda əlaqəli mediafayllar |
Mağazanın sahəsi 20 000 kvadrat metrdir və 90 000 kvadrat metr ərazidə 330 mağazanı özündə cəmləşdirir.[2]
Harrods mağazasının devizi latın dilində olan Omnia Omnibus Ubique ifadəsidir, “hər şey hər yerdə hami üçün” kimi tərcümə olunur.[3] Mağazanın bəzi şöbələri, eləcə də Milad şöbəsi və qida zalları əhali arasında daha populyardır. Harrods mağazası Böyük Britaniya Parlamenti və Big Bendən sonra Londondakı üçüncü ən məşhur yer sayılır.
Tarixi
redaktəŞirkət 1824-cü ildə 25 yaşlı Çarlz Henri Harrod tərəfindən təsis edilib və ilk fəaliyyətinə kiçik bir baqqal mağazası olaraq başlayıb. 1849-cu ildə Harrod Brompton Yolu üzərində kiçik bir mağazanı satın aldı. Buradakı iki satıcısı ilə fəaliyyətinə davam edir. Harrodsun oğlu Çarles Diqbi Harrods 1880-ci ildə 100 nəfərlik heyət ilə mağazanın fəaliyyətini böyüdür.
1883-cü ilin dekabr ayında bina tamamilə yanaraq kül olur, buna baxmayaraq, Harrods Milad bayramı ərəfəsində satış rekordu əldə edir. 1898-ci ilin noyabrında Böyük Britaniyada ilk dəfə Harrods mağazasının daxilində eskalator açıldı. 1922-ci ildə Harrods satıldı, ancaq tarixi adını qorudu.
1985-ci ildə mağazanı Misir milyarderi Məhəmməd əl-Feyed almış, 2010-cu ildə isə onu dövləti "Qatari İnvestisiya Fondu" na 1,5 milyard funt sterlinqə satmışdı.
Məhsullar və xidmətlər
redaktəQadınlar, kişilər, uşaqlar və azyaşlılar üçün elektronika, zərgərlik, idman malları, toy məhsulları, ev heyvanları üçün məhsullar, oyuncaq, yemək, sağlamlıq və gözəllik məhsulları, müxtəlif geyim və xidmətlər təklif edən 300-dən çox şöbə və bölməsi var.
Mağazanı gün ərzində 300 mindən çox müştəri ziyarət edir. Bu İngiltərədə ən çox adam qəbul edən ticarət mərkəzidir.
İstinadlar
redaktə- ↑ "Qatar investor buys UK department store Harrods" Arxivləşdirilib 2022-01-24 at the Wayback Machine. Reuters. 2010. Retrieved 2017-06-05.
- ↑ La Nación newspaper, Buenos Aires, Harrods, the return of an icon of Bienos Aires, April 2010 Arxivləşdirilib 2010-08-08 at the Wayback Machine (in Spanish)
- ↑ "History of Harrods department store" Arxivləşdirilib 2022-09-03 at the Wayback Machine. BBC News. 2010-05-08. Retrieved 2017-07-03.