Hayk Karkaryan - Wikipedia
Hayk Avetisoviç Karkaryan (erm. Հայկ Ավետիսովիչ Կարկարյան; 4 sentyabr 1904, Şavşeti[d], Batum vilayəti – 1988) — Azərbaycan-sovet dövlət xadimi, Azərbaycan SSR yeyinti sənayesi naziri (1949–1953), Azərbaycan SSR təmli məhsullar sənayesi naziri (1947–1949), Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üçüncü katibi (1939–1941), Dağlıq Qarabağ Muxtar Vilayəti Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin sədri (1937–1939).
Hayk Karkaryan | |
---|---|
erm. Հայկ Ավետիսովիչ Կարկարյան | |
19 mart 1949 – 18 aprel 1953 | |
Əvvəlki | Süleyman Şərifov |
Sonrakı | Nurulla Ağayev (yüngül və yeyinti sənayesi naziri kimi) |
24 mart 1947 – 19 mart 1949 | |
Əvvəlki | nazirlik yaradılıb |
Sonrakı | nazirlik ləğv edilib |
15 yanvar 1947 – 22 mart 1947 | |
Əvvəlki | nazirlik yaradılıb |
Sonrakı | nazirlik ləğv edilib |
16 may 1939 – sentyabr 1941 | |
Birinci katib | Mircəfər Bağırov |
30 sentyabr 1937 – 15 aprel 1939 | |
Əvvəlki | Suren Badamyan |
Sonrakı | Qriqori Petrosyan |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 4 sentyabr 1904 |
Doğum yeri |
|
Vəfat tarixi | 1988 |
Partiya | |
|
|
Təltifləri | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəHayk Avetisoviç Karkaryan 1904-cü ildə keçmiş Batum vilayətinin Şavşeti kəndində dəmirçi ailəsində anadan olmuşdur. Erkən yaşda valideynləri vəfat etdiyi üçün uşaq evinə verilmiş, burada komsomol yığıncaqlarına qoşulmuşdur. 1924-cü ildə komsomol sıralarına qatılmış, 3 ildən sonra isə komsomol təşkilatı tərəfindən işçi fakültəsinə[rus.] oxumağa göndərilmişdir. 1931-ci ildən ÜİK(b)P üzvü olmuşdur.[1]
1934-cü ildə işçi fakültəsindən məzun olduqdan sonra o, yeni açılmış Beriya adına mədənə (Zığ mədəni) işləməyə göndərilmişdir. O, burada qazma qrupunda həmkarlar ittifaqı komitəsinin sədri, sonra isə rayon mədən komitəsinin sədri vəzifələrində işləmişdir. Beriya adına mədəndən sonra qısa müddət ərzində Azərbaycan Kommunist Partiyası Kaqanoviç Rayon Komitəsində, sonra isə Qafqaz Neft Mədən İşçiləri Həmkarlar İttifaqının Mərkəzi Komitəsi aparatında işləmişdir. Kaqanoviç rayon partiya komitəsi plenumunun üzvü olmuşdur.[1]
Hayk Karkaryan 1937–1939-cu illərdə Dağlıq Qarabağ Muxtar Vilayəti Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin sədri, 1939–1941-ci illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üçüncü katibi işləmişdir. Sonra isə Mərkəzi Komitə katibinin yüngül sənaye üzrə müavini olmuş, Azərbaycan SSR yeyinti sənayesi naziri vəzifəsində çalışmışdır.[2]
Hayk Karkaryan 1988-ci ildə vəfat etmişdir.[2]
Təltifləri
redaktə- "Lenin" ordeni — 27 aprel 1940
- "Qırmızı əmək bayrağı" ordeni
- "Şərəf nişanı" ordeni — 22 yanvar 1944
- "Qafqazın müdafiəsinə görə" medalı
İstinadlar
redaktə- ↑ 1 2 Hajq Avetisovic Qarqaryan // Qommunist. № 272 (5200). 26 nojabr 1937. S. 3.
- ↑ 1 2 "Каркарян Гайк Аветисович". knowbysight.info. Справочник по истории Коммунистической партии и Советского Союза 1898–1991. 2021-12-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 sentyabr 2022.
Xarici keçidlər
redaktə- "Каркарян Гайк Аветисович" (rus). Память народа. İstifadə tarixi: 19 sentyabr 2022.