Hekayeti Molla Ibrahim Xelil Kimyager - Wikipedia
Hekayəti Molla İbrahim-Xəlil kimyagər — dramaturq Mirzə Fətəli Axundovun 1850-ci ildə yazdığı ilk komediyası sayılır[1]. Elə ilk komediya da müəllifinin feodal cəmiyyətinin çürümüş mənəvi-əxlaqi problemlərinə, fanatizmə, nadanlığa, miskin həyat tərzinə, kiflənmiş düşüncə tərzinə qarşı mübarizə mövqeyində durduğunu göstərib. Dramaturq sadə süjet əsasında qurulmuş həyati hadisələrini və o hadisələr içərisində formalaşan bədii xarakterləri, koloritli personajları bütün tipik səciyyələri ilə təqdim edib.
Hekayəti Molla İbrahim-Xəlil kimyagər | |
---|---|
| |
Janr | Komediya |
Müəllif | Mirzə Fətəli Axundov |
Orijinal dili | Azərbaycan dili |
Yazılma ili | 1851 |
Nəşr ili | 1851 |
Hekayəti Molla İbrahim-Xəlil kimyagər Vikimənbədə | |
Vikianbarda əlaqəli mediafayllar |
Komediyada qoyulan kəskin ictimai-sosial, mənəvi-əxlaqi problemlər dramaturqun sonrakı dram əsərlərində daha mürəkkəb həyat hadisələri zəminində, daha kəskin konfliktlər əsasında işlənib. "Dərviş Məstəli şah" dramının qəhrəmanı mənəvi baxımdan Molla İbrahimxəlillə qohumdur, ona doğmadır. Dramaturq bu bənzərliyi mənəvi cəhətdən götürüb, obrazın bədii təsvirinə görə isə fal qurub cadu-piti ilə cibləri soyan Məstəli şah milli dramaturgiyamızda orijinal dramaturji obrazdır.
Məzmun
redaktəŞəhər əhli eşitdiyi xəbərdən başını itirib: misi gümüşə döndərən kimyagər "peyda" olub. Var-dövlətini itirən, yüngül yolla qazanc əldə etmək istəyən, hər cür alçaqlığa razı olan cahillər yalançı kimyagərin "möcüzəsinin işığına" yığışırlar. Molla İbrahimxəlil camaatın sadəlövhlüyündən istifadə edərək, soyğunçuluğa başlayır və qarşısında yaltaqlıq, ikiüzlülük edib, onun rəğbətini qazanmağa can atan nadanları asanlıqla toruna salır.[2]
Personajlar
redaktə- Əfradi-əhli-məcalis:
- Molla İbrahimxəlil — kimyagər, kəldəkli.
- Molla Həmid — onun şəyirdi, samuxlu.
- Dərviş Abbas — onun nökəri, iranlı.
- Hacı Kərim — zərgər, nuxulu.
- Ağa Zaman — həkim, nuxulu.
- Molla Salman — mərhum Molla Cəlil alimin oğlu, nuxulu, mərtub, qəviheykəl.
- Məşədi Cabbar — tacir, nuxulu.
- Səfər bəy — mülkədar, nuxulu.
- Şeyx Salah — xaçmazlı.
- Hacı Nuru — şair, nuxulu[3].
İstinadlar
redaktə- ↑ "Molla İbrahimxəlil kimyagər">"Mirzə Fətəlinin ilk komediyası" (PDF). 2022-07-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2014-11-22.
- ↑ "Sujet xətti". 2022-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-11-22.
- ↑ "Personajlar" (PDF).