Helmintler - Wikipedia
Helmintlər
Təbiətdə yüz növdən artıq helmintlər mövcuddur. Onlar insan organizmində yaşayır və inkişaf edirlər. Bu parazit qurdlar insan sağlamlığına zərər verirlər. Özlərini müxtəlif formada göstərən bu qurdlar miqdarlarından asılı olaraq organizmin sahibi kimi çıxış edirlər. Yəni, helmintlər yediyini yeyir, istədiyi kimi qidalanır, istədiyi kimi hərəkət edir və həm də öz zəhərini organizmə buraxırlar. Bunun da nəticəsində insanlarda müxtəlif mənfi əlamətlər - çəki itirilməsi, halsızlıq, baş ağrısı və əsəbilik əmələ gəlir. Qurdların miqdarı bağırsaqda çoxaldıqda qəbizlik, ürək bulanma və qusma baş verir.
Məsələn, orqanizmdə lyamblya qurdu öd kisəsinin çıxacağında yerləşərsə bu sarılıq xəstəliyinə səbəb olar, ağ ciyərdə yerləşərsə öskürək yaranır və burundan su axır. Ümumi nəticədə isə insanın əmək qabiliyyətini əlindən alır, uşağın fiziki və əqli inkişafını azaldır. Yəni, uşağın boyu artmır, cinsi inkişaf çox zəif olur, yaddaşı zəifləyir.
Hər bir qurdun yoluxma qaydası müxtəlifdir.