Hesabat Jurnal - Wikipedia
Hesabat Jurnal - Wikipedia - Haqqında Məlumat
Hesabat jurnalı — 23 aprel, 2005-ci ildə təsis edilib. "Hesabat" jurnalında cəmiyyətdə mövcud olan problemlər: korrupsiya, rüşvətxorluq, vergi yayınmaları, məmur özübaşınalığı və s. barədə məqalə və şərhlər dərc olunur.
Hesabat | |
---|---|
Baş redaktor | Mir Şahin |
Növ | Aylıq jurnal |
Format | A4 |
Tiraj | 3000 |
Təsisçi | ANS-PRESS Nəşriyyat Evi |
Təsis tarixi | 2005—2013 |
Qərargah | Azərbaycan, Bakı şəhəri, 1128-ci keçid, 504-cü məhəllə, AZ1073. |
Dil | Azərbaycan dili |
Səhifə | 48 |
Qiymət | 2 manat |
Tarixi
redaktəJurnalın ilk sayı qalmaqalla müşayiət olundu.[1] Azərbaycanın ən varlı adamlarının siyahısı, siyahıda məmurların, eləcə də hakim ailə üzvlərinin adlarının olması birmənalı qarşılanmadı. Dövlət başçısının əmisi Cəlal Əliyevin Milli Məclisdəki təhqirlə dolu çıxışı da məhz həmin siyahıdan qaynaqlanmışdı.
2017-ci ildə jurnal fəaliyyətini dayandırıb.[2]
İstinadlar
redaktə- ↑ "ANS-in İKİ JURNALI BAĞLANDI". musavat.com. musavat.com. 29 June 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 December 2015.
- ↑ "ANS-in jurnalları niyə bağlandı? - Teleşirkətdən cavab: "O qədər borclarımız var ki..."". mia.az. mia.az. 2021-10-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 aprel 2019.