Hetq Online - Wikipedia
Hetq (erm. Հետք; azərb. İz) — Araşdırmaçı Jurnalistlər qeyri-hökumət təşkilatının İrəvanda nəşr etdiyi onlayn qəzet. İlk dəfə 2001-ci ildə erməni dilində, 2002-ci ildən isə ingilis dilində də nəşr olunur.[1]
Hetq | |
---|---|
Ölkə | |
Təsis edilib | 2001 |
Təsisçi | |
Dili | erməni dili, rus dili, ingilis dili |
Baş qərargahi | |
Veb-saytı | hetq.am |
Ermənistanın Araşdırmaçı Jurnalistləri QHT 29 iyul 2000-ci ildə təsis edilmiş qeyri-hökumət təşkilatıdır və əsas məqsədi Ermənistanda araşdırmaçı jurnalistikanın inkişafına kömək etmək, söz azadlığı və demokratik prinsipləri gücləndirmək və inkişaf etdirməkdir.
Tarixi
redaktə2001-ci ildən təşkilat müxtəlif layihələr çərçivəsində ətraf mühit, sosial, təhsil, mədəniyyət, məhkəmə, enerji, bank sistemi və digər mövzularda araşdırma filmləri və məqalələr hazırlayıb. Bu araşdırmalar nəticəində dövlət və yerli hökumətlər tərəfindən müxtəlif sui-istifadə halları, habelə insan hüquqlarının pozulması aşkar edilib.
2001-ci ildən təşkilat Hetq Online internet qəzetini nəşr etdirir. Hetq Online-ın ingilis dilində versiyası 2002-ci ilin sentyabr ayından nəşr olunur.
Hetq Online-ın araşdırma məqalələri Ermənistanın aparıcı gündəlik qəzetləri tərəfindən yenidən dərc olunur. Hetq Online Ermənistanda etik kodeksi qəbul edən ilk nəşrdir.
Üzvlüyü
redaktəQəzet aşağıdakı təşkilatların üzvüdür:
- 2003: Qlobal Araşdırmaçı Jurnalistika Şəbəkəsi
- 2005: Avropa Jurnalistləri Assosiasiyası
- 2007: Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı Layihəsi
İstinadlar
redaktə- ↑ Founded 2001. "Investigative Journalists of Armenia (HETQ)". Global Investigative Journalism Network (ingilis). 2019-12-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-12-13.