Heybe - Wikipedia
Heybe - Wikipedia - Haqqında Məlumat
Bu məqalənin ensiklopedik tələblərə cavab vermədiyinə dair şübhələr var. |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalədə heç bir məlumatın mənbəsi göstərilməmişdir. |
Heybə – kənd və dağlıq rayonlarda məişətdə istifadə edilir. Formasına görə xurcuna bənzəyir. Lakin ondan iki dəfə kiçikdir. Əsasən xovsuz xalça texnikasında toxunur. Cecimdən tikilmiş heybə də olur. Belə ki, heybənin ağız hissəsi bədii tikmələr, bafta və s. ilə bəzədilir. Onunla xırda əşyalar daşınır. Heybə türk dilli xalqlar arasında geniş yayılmışdır.
Torba kimi dirək deyilən dəzgahlarda toxunar, vəsaitləri eynidir. Bir metr uzunluğunda iki gözlüdür. Heyvanlarda yük daşımaq üçün istifadə edilər. Ayrıca toy, nişan, söz kəsmə kimi günlərdə hədiyyəlik əşyaların daşınmasında istifadə edilməkdədir. Torbalarda görülən eyni motivlər heybədə də işlənir.[1]
Mənbələr
redaktə- ↑ "Arxivlənmiş surət". 2008-12-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2009-06-15.