Heybetulla Hacieliyev - Wikipedia
Heybətulla Hacıəliyev (30 iyun 1991, Dərbənd rayonu, Dağıstan) — Azərbaycanı təmsil edən boksçu.[1]
Heybətulla Hacıəliyev | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Şəxsi məlumatlar | ||||||||
Tam adı | Heybətulla Mahiroviç Hacıəliyev | |||||||
Vətəndaşlığı |
Rusiya → Azərbaycan |
|||||||
Doğum tarixi | 30 iyun 1991 (33 yaş) | |||||||
Doğum yeri | ||||||||
Boyu | 170 sm. | |||||||
İdman növü | Boks | |||||||
Medallar
|
Karyerası
redaktə2010-cu ildə Heybətulla Hacıəliyev Azərbaycan vətəndaşlığını qəbul elədi və beynəlxalq turnirlərdə Azərbaycanı təmsil elədi. Heybətulla Hacıəliyev 2010-cu ilin iyununda Rusiyada baş tutan Avropa Çempionatında mübarizə apardı.[2] Heybətulla Hacıəliyev turnirin 1/8 final mərhələsində Almaniya nümayəndəsi Denis Maharova 1:10 hesabı ilə məğlub oldu və Avropa Çempionatında mübarizəsini başa vurdu.[2]
Daha sonra Heybətulla Hacıəliyev 2011-ci ilin iyununda Ankara şəhərində baş tutan Avropa Çempionatında mübarizə apardı.[3] Heybətulla Hacıəliyev turnirin 1/16 final mərhələsində Latviya nümayəndəsi Arturs Əhmədova 22:12, 1/8 final mərhələsində isə Çexiya nümayəndəsi Zdene Çladeya 20:11 hesabları ilə qalib gəldi və Avropa Çempionatının 1/4 final mərhələsinə adladı.[3] Bu mərhələdə onun rəqibi İsveç nümayəndəsi Antoni Yiğit oldu.[3] Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Heybətulla Hacıəliyev rəqibi üzərində 18:14 hesabı ilə qələbə qazandı və Avropa Çempionatının yarım-final mərhələsinə adladı.[3] Finala gedən yolda isə onun rəqibi İrlandiya nümayəndəsi Raymond Moylet oldu.[3] Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Heybətulla Hacıəliyev rəqibinə 16:18 hesabı ilə məğlub oldu və Avropa Çempionatını bürünc medalla başa vurdu.[3]
2011-ci ilin əsas turniri sentyabrıdna Azərbaycanda baş tutan Dünya Çempionatı oldu.[4] Bu Heybətulla Hacıəliyevin Dünya Çempionatlarında debütü oldu.[4] Turnirin 1/32 final mərhələsində Heybətulla Hacıəliyev Misir nümayəndəsi Eslam Ali üzərində 15:8 hesabı ilə qələbə qazandı və turnirin 1/16 final mərhələsinə adladı.[4] Bu mərhələdə onun rəqibi son Dünya Çempionatının bürünc medalçısı olan Gürcüstan nümayəndəsi Koba Pçaxadze oldu.[4] Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Heybətulla Hacıəliyev rəqibinə 18:15 hesabı ilə qalib gəldi və turnirin 1/8 final mərhələsinə adladı.[4] Bu mərhələdə isə o, Özbəkistan nümayəndəsi Sanjarbəy Rahmonov üzərində 33:22 hesabı ilə qələbə qazandı və Dünya Çempionatının 1/4 final mərhələsinə adladı.[4] Bu mərhələdə onun rəqibi Ukrayna nümayəndəsi Denis Berinçi oldu.[4] Həmin görüşdə Heybətulla Hacıəliyev rəqibinə 20:33 hesabı ilə məğlub oldu və Dünya Çempionatını beşinci pillədə başa vurdu.[4] Heybətulla Hacıəliyev medalın bir addımlığında mübarizəsini dayandırsa da, olimpiya lisenziyasına sahib oldu.[4]
Heybətulla Hacıəliyev 2012-ci ilin avqustunda Azərbaycanı London şəhərində (Birləşmiş Krallıq) baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil elədi.[5] 64 Kq. turnirində çıxış edən Heybətulla Hacıəliyev olimpiadanın təsnifat mərhələsində Tunis nümayəndəsi Abderraza Huya ilə üz-üzə gəldi.[5] İyulun 31-də baş tutan həmin görüşdə Heybətulla Hacıəliyev rəqibinə 16:20 hesabı ilə məğlub oldu və olimpiada da mübarizəsini başa vurdu.[5]
Olimpiadadan sonra Heybətulla Hacıəliyev 2013-cü ilin iyununda Belarusda baş tutan Avropa Çempionatında mübarizə apardı.[6] Turnirin 1/8 final mərhələsində Heybətulla Hacıəliyev Ukrayna nümayəndəsi Vyaçeslav Kislitsin üzərində qələbə qazansa da (3:0), növbəti mərhələdə Moldova nümauəndəsi Dmitri Qalaqota gərgin idman mübarizəsi şəraitində baş tutan görüşün nəticəsində məğlub oldu (1:2) və medalın bir addımlığında mübarizəsini dayandıraraq Avropa Çempionatında beşinici pillədə başa vurdu.[6] Həmin ilin iyulunda isə Heybətulla Hacıəliyev Rusiyanın Kazan şəhərində baş tutan Universiada Oyunlarını 8-ci pillədə başa vurdu.
2013-cü ilin əsas turniri Qazaxıstanın Almatı şəhərində baş tutan Dünya Çempionatı oldu.[7] Heybətulla Hacıəliyev turnirin 1/32 final mərhələsində Filippin nümayəndəsi Dennis Qalvana qalib gəlsə də (3:0), 1/16 final mərhələsində Özbəkistan nümayəndəsi Sanjarbəy Rahmonova məğlub oldu (0:3) və Dünya Çempionatında mübarizəsini dayandırdı.[7]
Nəticələri
redaktəAvropa Çempionatı | Rusiya | |||
Avropa Çempionatı | Türkiyə | |||
Dünya Çempionatı | Azərbaycan | |||
Olimpiya Oyunları | Birləşmiş Krallıq | |||
Avropa Çempionatı | Belarus | |||
Dünya Çempionatı | Qazaxıstan |
İstinadlar
redaktə- ↑ Olympedia.org. "Heybətulla HACIƏLİYEV". www.olympedia.org (ingilis). 2022-08-30. 2022-06-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.
- ↑ 1 2 Amateur-boxing.strefa.pl idman portalı. "2010 Europen Championships — Results". www.amateur-boxing.strefa.pl ( (ing.)). 22.08.2022. 2022-08-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
- ↑ 1 2 3 4 5 6 Amateur-boxing.strefa.pl idman portalı. "2011 Europen Championships — Results" (PDF). www.amateur-boxing.strefa.pl ( (ing.)). 22.08.2022. 2022-08-20 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 22.08.2022.
- ↑ 1 2 3 4 5 6 7 8 9 Amateur-boxing.strefa.pl idman portalı. "2011 World Championships — Results" (PDF). www.amateur-boxing.strefa.pl ( (ing.)). 22.08.2022. 2022-08-20 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 22.08.2022.
- ↑ 1 2 3 Olympedia.org. "2012 Summer Olympics / Boxing / Light-Welterweight (64 Kilograms) / Men". www.olympedia.org (ingilis). 2022-08-30. 2022-04-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.
- ↑ 1 2 Amateur-boxing.strefa.pl idman portalı. "2013 Europen Championships — Results". www.amateur-boxing.strefa.pl ( (ing.)). 22.08.2022. 2022-08-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
- ↑ 1 2 Amateur-boxing.strefa.pl idman portalı. "2013 World Championships — Results". www.amateur-boxing.strefa.pl ( (ing.)). 22.08.2022. 2022-08-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.