Heyder Eliyev Adina Herbi Lisey - Wikipedia
Heydər Əliyev adına Hərbi Lisey (1998-2004-cü illərdə: C.Naxçıvanski adına hərbi liseyin Naxçıvan filialı) — Azərbaycan Respublikası Prezidentinin 13 mart 1998-ci il tarixli Sərəncamı və müdafiə nazirinin 09 aprel 1998-ci il tarixli əmri ilə 1998-ci ildə Naxçıvan Muxtar Respublikasında Cəmşid Naxçıvanski adına Hərbi liseyin Naxçıvan filialı.[2]
Heydər Əliyev adına Hərbi Lisey | |
---|---|
Şüar | Bütöv Azərbaycan naminə |
Əsası qoyulub | 2004 |
Tip | Hərbi Lisey |
Direktor | Məhəmməd Həsənov[1] |
Şəhər | Naxçıvan |
Ölkə | |
Ünvan | Naxçıvan Muxtar Respublikası |
5 mart 2022-ci ildə Milli Müdafiə Universitetinin tabeliyinə verildi.
Erkən tarixi
redaktəHələ Sovetlər İttifaqı dövründə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Cəmşid Naxçıvanski adına Respublika Hərbi Təyinatlı Orta İnternat Məktəbi yaradılmışdır. Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işlədiyi dövrdə ilk dəfə Naxçıvanda milli ordu hissələri yaradılmış, ölkəmizdə ikinci dəfə siyasi hakimiyyətə qayıtdıqdan sonra isə milli ordu quruculuğu sahəsində daha geniş tədbirlər görülmüş, Azərbaycan Respublikasının Silahlı Qüvvələri formalaşmışdır. Heydər Əliyevin 1998-ci il 13 mart tarixli Sərəncamı ilə Cəmşid Naxçıvanski adına hərbi liseyin Naxçıvan filialının yaradılması da bu sahədə görülən işlərin prioritetidir.[3]
1999-cu ilin oktyabrında filialın yeni tədris korpusunun açılışında iştirak edən Ümummilli Lider bu hərbi təhsil müəssisəsinin yaradılması zərurətindən danışaraq demişdir:
Tarixən naxçıvanlı gənclər zabit peşəsinə yiyələnməyə meylli olublar. Tarixi vərəqləyin, görün Naxçıvandan vaxtilə nə qədər böyük sərkərdələr çıxıbdır. Elə XIX-XX əsrlərin tarixini götürək. Naxçıvan xanları - Kəngərlilər sülaləsindən çar Rusiyasının ordusunda altı general var idi. Onlardan sonuncusu Cəmşid xan Naxçıvanski idi. Əgər sonrakı dövrü, sovet hakimiyyəti dövrünü götürsək, Naxçıvandan yüksək rütbəli, çox dəyərli zabitlər çıxıbdır. ... Ona görə də burada olan gəncləri hərbi peşəyə cəlb etmək üçün hərbi liseyin filialının yaradılması çox zəruri idi".[3] |
Tarixi
redaktəAzərbaycan Respublikası Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin 27 fevral 2004-cü il tarixli sərəncamı ilə Cəmşid Naxçıvanski adına Hərbi liseyin Naxçıvan filialı ləğv edilmiş və onun əsasında Heydər Əliyev adına Hərbi lisey yaradılmışdır.[2][3]
Tədris
redaktəHeydər Əliyev adına Hərbi Lisey hərbiləşdirilmiş tam orta təhsil müəssisəsidir. Hərbi liseyə qəbul 15 yaşı tamam olmuş və 17 yaşına çatmamış 9-cu sinfi bitirmiş şagirdlər riyaziyyat, fizika, Azərbaycan dili və kimya fənlərindən Dövlət İmtahan Mərkəzi tərəfindən təşkil edilən test imtahanlarını verməklə qəbul olunurlar. Hərbi liseydə təhsil müddəti 2 ildir. 2 tədris ili ərzində kursantlara Azərbaycan Respublikası Təhsil Nazirliyinin təsdiq etdiyi tədris planına əsasən, 13 fənn tədris edilir. Liseydə kursantlar ümumtəhsil fənlərini öyrənməklə yanaşı, hərbi hazırlıq və idman dərslərində qabiliyyətlərini inkişaf etdirirlər.[2]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xüsusi Sərəncamı ilə Heydər Əliyev adına Hərbi Lisey 2008-2009-cu dərs ilində “İlin ən yaxşı ümumtəhsil məktəbi” adına layiq görülmüş, dəfələrlə Naxçıvan MR Ali Məclisi Sədrinin təşəkkürünü almışdır. Qısa tarix ərzində liseyi 5 kursant qızıl, 5 kursant gümüş, 12 kursant isə fərqlənmə attestatı ilə bitirmişdir. Onlarla məzun xarici dövlətlərdə, o cümlədən Rusiya Federasiyasında, Türkiyə və İtaliya respublikalarında təhsillərini davam etdirirlər. Liseyin 7 nəfər əməkdaşı xüsusi xidmətlərinə görə dövlətimiz tərəfindən müxtəlif fəxri adlar və təltiflərlə mükafatlandırılmışdır.[4]
2005-ci il iyunun 15-i Milli Qurtuluş Günündə Heydər Əliyevin adını daşıyan Hərbi Liseyin ərazisindəki yeni tikililərin, demək olar ki, yeni bir hərbi tədris şəhərciyinin təntənəli açılış mərasimi oldu. Kursantların, müəllim və zabit heyətinin, həmçinin fəxri qonaqlar hərbi liseyin həyətində Ümummilli liderin tunc büstünün açılışında iştirak etdilər. Qonaqlar həmçinin qərargah binasında yaradılmış “Heydər Əliyev muzeyini” də ziyarət etdilər.
Qərargah binasının birinci mərtəbəsində yaradılmış “Heydər Əliyev muzeyi”ndə Ümummilli liderimizin həyat və fəaliyyətinə dair sənədlər, onun hərbi liseyi ziyarət etdiyi zamanlarda çəkilmiş fotoşəkilləri nümayiş etdirilir. Burada fəxri qonaqlar üçün nəzərdə tutulmuş rəy kitabı da maraqlı eksponatlar sırasındadır. 2005-ci ilin dekabrında Azərbaycan Respubliksının Prezidenti, Ali Baş Komandan İlham Əliyev liseydə olarkən və muzeyi ziyarət etdikdən sonra həmin rəy kitabında öz ürək sözlərini belə ifadə etmişdir:
Əziz kursantlar! Heydər Əliyev adına Hərbi Liseydə təhsil almaq həm böyük şərəf həm də böyük məsuliyyətdir. Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti Azərbaycan xalqına həsr edilmişdir. Müstəqil Azərbaycan Heydər Əliyevin şah əsəridir. Heydər Əliyev siyasətini əbədi yaşatmalıyıq. Ölkəmizi onun qoyduğu yolla irəliyə aparmalıyıq. Əziz kursantlar, yaxşı oxuyun, hərb işini mükəmməl öyrənin, ölkəmizin inkişafında fəal iştirak edin![4] |
Bu gün Heydər Əliyev adına Hərbi Liseyi bitirənlər Müdafiə Nazirliyinin birləşmələrində, Hərbi Dəniz və Hərbi Hava Qüvvələrində, Milli Qvardiya və Dövlət Sərhəd Xidmətində, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində müxtəlif vəzifələrdə qulluq edirlər. Fəaliyyəti dövründə liseyi 4 kursant qızıl, 4 kursant gümüş, 11 kursant isə fərqlənmə attestatı ilə bitirmişdir. Liseyin 5 nəfər əməkdaşı xüsusi xidmətlərinə görə dövlətimiz tərəfindən müxtəlif fəxri adlar və təltiflərlə mükafatlandırılmışdır.[3]
2020-ci il dekabr ayının 10-da, paytaxtımızın Azadlıq meydanında Vətən Müharibəsində qazanılmış şanlı qələbə münasibətilə keçirilən “Zəfər paradı”nda Heydər Əliyev adına Hərbi Liseyi onun rəisi, general-mayor Məhəmməd Həsənov başda olmaqla bir qrup kursant rəsmi keçidlə layiqincə təmsil etmişdir.[4]
İstinadlar
redaktə- ↑ "Məhəmməd Həsənov Heydər Əliyev adına Hərbi Liseyə rəis təyin olunub" (az.). https://ordu.az. Archived from the original on 2023-01-03.
- ↑ 1 2 3 "Heydər Əliyev adına Hərbi Lisey". 2022-06-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-18.
- ↑ 1 2 3 4 Mehri Qasımova. "Heydər Əliyev adına Hərbi Lisey ölkəmizdə ixtisaslı hərbçi kadr hazırlığına öz töhfəsini verir" (az.). https://ordu.az. Archived from the original on 2023-01-03.
- ↑ 1 2 3 MEHRİ QASIMOVA. "Heydər Əliyev adına Hərbi Lisey: Ulu Öndərin adının əbədiləşdiyi ilk ünvan" (az.). https://525.az. Archived from the original on 2021-04-16.
Xarici keçidlər
redaktə- MEHRİ QASIMOVA. "Heydər Əliyev adına Hərbi Lisey: Ulu Öndərin adının əbədiləşdiyi ilk ünvan" (az.). https://525.az. 03.01.2023 tarixində arxivləşdirilib.
- "Məhəmməd Həsənov Heydər Əliyev adına Hərbi Liseyə rəis təyin olunub" (az.). https://ordu.az. 03.01.2023 tarixində arxivləşdirilib.
- Mehri Qasımova. "Heydər Əliyev adına Hərbi Lisey ölkəmizdə ixtisaslı hərbçi kadr hazırlığına öz töhfəsini verir" (az.). https://ordu.az. 03.01.2023 tarixində arxivləşdirilib.