Heyrati - Wikipedia
Bu məqalə Heyratı muğamı haqqındadır. Digər mənalar üçün Heyratı (dəqiqləşdirmə) səhifəsinə baxın. |
Heyratı – Azərbaycan zərbi muğamı və bu muğam üzərində qurulmuş unudulmuş Azərbaycan rəqsi.
Mənası
redaktə"Heyratı" sözü Herat coğrafi adının təhrif olunmuş biçimidir. Hazırda Herat İranda şəhər və Əfqanıstanda İranla həmsərhədd olan vilayətin adıdır. Amma vaxtılə orada Səfəvilər dövlətinin önəmli mərkəzlərindən biri olan Herat bəylərbəyliyi olub.[1] Əfrasiyab Bədəlbəylinin "İzahlı monoqrafik musiqi lüğəti"ndə "Kabili" sözü bu muğamın başqa bir adı kimi göstərilmişdir.[2]
Özəllikləri
redaktəMahur-hindi muğamı kökündə gümrah, nikbin və cəngavər əhvali – ruhiyyəli zərbi muğam. Rast məqamına əsaslanır [3][4]. Özü də "do" mayeli rast lad-məqamına əsaslanır. Heyratı zərbi muğamı "Mahur – hindi" muğam dəstgahının ayrı-ayrı melodik dönəmlərini özündə birləşdirən sərbəst improvizəyə malikdir. Ölçüsü 4/2-dir. Heyratı nikbin, mərd, qəhrəmani əhval yaradandır. Bütün ifa variantlarında qəzəllə oxunur. Ən mahir ifaçısı Xan Şuşinski hesab olunur. Xanəndə Heyratı oxuyan zaman çox miqdarda nəqarətvari sözlərdən istifadə etmişdir. [mənbə göstərin]
Bu muğam üzərində rəqs də mövcud olub, ancaq unudulub. Xalq musiqisini dərindən bilən Cabbar Qaryağdıoğlu Heyratı rəqsini bilirdi.[5]
Heyratı muğam XX əsrin əvvəllərində Türkiyəli musiqişünas Rauf Yektabəyin təşəbbüsü və Məşədi Cəmil Əmirovun köməyi ilə ilk dəfə nota salınıb.[6]
Heyratı bəstəkar musiqisində
redaktəÜzeyir Hacıbəyov heyratı muğamını "Leyli və Məcnun" operasına da daxil etmişdir [3].
Bəstəkar Əfrasiyab Bədəlbəyli isə simfonik zərbi-muğam Heyratını bəstələmişdir.[7]
Qaynaq
redaktə- ↑ "Fərahim Sadıqov. Rast muğamı". 2014-06-16 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-03-16.
- ↑ Əfrasiyab Bədəlbəyli. İzahlı monoqrafik musiqi lüğəti - Kabili Arxivləşdirilib 2021-04-23 at the Wayback Machine
- ↑ 1 2 "Muğam Ensiklopediyası - Heyratı". 2019-09-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-05-11.
- ↑ "Üzeyir Hacıbəyov elektron dərs vəsaiti - Heyratı". 2021-04-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-05-11.
- ↑ Mustafa Səmənli. İlk Azərbaycan rəqs ansamblı.[ölü keçid] “Qobustan”.-2009.-№3.-S.39-46.
- ↑ Rafael Musayev. Muğamların not yazılarına dair Arxivləşdirilib 2022-01-23 at the Wayback Machine. "Musiqi dünyası" jurnalı.
- ↑ Əfrasiyab Bədəlbəyli. Əfrasiyab Bədəlbəylinin arxiv fondu Arxivləşdirilib 2021-10-25 at the Wayback Machine
Video
redaktəXarici keçidlər
redaktə- Muğam festivalı Arxivləşdirilib 2016-03-13 at the Wayback Machine