Heysem Ibn Xalid - Wikipedia
Heysəm ibn Xalid[1] – Ərəb Xilafətinin Ərməniyyə və Azərbaycanda valisi, Azərbaycanda Şirvanşahlar dövlətinin banisi, müstəqil Şirvanşah tiltulu daşıyan ilk hökmdar.
Heysəm ibn Xalid | |
---|---|
Şirvanşahlar Dövlətinin I hökmdarı | |
861 – | |
Əvvəlki | Məhəmməd ibn Xalid |
Sonrakı | Məhəmməd ibn Heysəm |
Şəxsi məlumatlar | |
Doğum yeri | Bərdə |
Atası | Xalidin ibn Yezid |
Uşağı | |
Ailəsi | Məzyədilər |
Fəaliyyəti
redaktəÜç dəfə Azərbaycan, Arran və Ərməniyyə hakimi təyin olunmuş Məhəmməd ibn Xalidin dövründə onun qardaşı Heysəm ibn Xalid Şirvanın hakimi idi, Məhəmməd özü isə Gəncədə hakimlik edirdi. H.247 (861)-ci ildə xəlifə Mütəvəkkil öldürüldükdən sonra Xilafətdə baş vermiş iğtişaşdan istifadə edən Heysəm özünü müstəqil elan etdi. O, təkhakimiyyətliliyə nail oldu və Şirvanşah titulunu qəbul etdi.[2][3] Ehtimal ki, Heysəm ərəblərin təyin etdiyi Şirvanşahın hakimiyyətinə son qoymuşdur. Beləliklə, Heysəm ibn Xalid Şirvanın Şirvanşah titulu daşıyan ərəb mənşəli Məzyədilər sülaləsindən ilk müsəlman hakimdir. Həmin vaxtdan etibarən V.F.Minorskinin qeyd etdiyi kimi, "...Yəzidilər sülaləsinin tarixi öz xarakterini dəyişir: onun əvvəllər Bağdaddan əmir vəzifəsinə təyin edilən nümayəndələri indi öz iqta torpaqlarında irsi vassallara çevrilirlər..." [4] Şirvanda sonralar baş verən hadisələr Məzyədi Şirvanşahlar dövlətinin tarixinə dair son dərəcə qiymətli mənbə olan "Tarix-i əl-Bab"da işıqlandırılır. Mənbələrdə Heysəm haqqında məlumat çox cüzidir. Onun Sərirdə "kafirlərlə" vuruşduğu xəbər verilir. Heysəmin ölüm ili məlum deyil. Görünür, o, az müddət hakimiyyət sürmüşdür.[5]
"Tarix-i əl-Bab"a görə Məhəmməd ibn Xalid Gəncənin əsasını qoyan, yəni Arran şəhərlərindən birinin hakimi olmuşdur. Onun qardaşı Heysəm ibn Xalid həmin vaxt Şirvanın hakimi idi və müstəqillik qazanaraq, Şirvanşah titulu qəbul etmişdi. "Tarix-i əl- Bab"da sonra deyilir:
"...Heysəm ibn Xalid Şirvanda müstəqillik əldə edəndə onun qardaşı Yezid ibn Xalid də Layzanda müstəqillik qazandı. Heysəm Şirvanşah, onun qardaşı Yəzid isə Layzanşah adlanırdı".[6]
İstinadlar
redaktə- ↑ Qafar CƏBİYEV. "Lahıc: tarixə hörmət, gələcəyə təminat". Xalq qəzeti. 2017-10-13. 2021-09-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-18.
- ↑ Mинopcкий, c.47 Дopн. Oпыт иcтopии, c.542-544
- ↑ B. B – Бар-тoльд. Шиpвaншax. Coч., т.II, ч.l. M., 1965, c.875.
- ↑ Mинopcкий, c.82
- ↑ S. Aşurbəyli – Şirvanşahlar dövləti, IV nəşri, Bakı, 2007, səh 87
- ↑ S. Aşurbəyli – Şirvanşahlar dövləti, IV nəşri, Bakı, 2007, səh 90
Həmçinin bax
redaktə
SƏLƏF Məhəmməd ibn Xalid |
Heysəm ibn Xalid Məzyədilər |
XƏLƏF Məhəmməd ibn Heysəm |