Hezarfen Ehmed Celebi - Wikipedia
Hezarfən Əhməd Çələbi[1] (osman. هزارفنّ أحمد چلبی; 1609, Konstantinopol – 1640, Əlcəzair) — XVII əsrdə Osmanlı imperiyasında yaşadığı güman edilən müsəlman türk alimi.
Hezarfən Əhməd Çələbi | |
---|---|
türk. Hezârfen Ahmed Çelebi osman. هزارفنّ أحمد چلبی | |
Doğum tarixi | 1609 |
Doğum yeri | |
Vəfat tarixi | 1640 |
Vəfat yeri |
Ümumi məlumat
redaktəHezarfən Əhməd Çələbinin düzəltdiyi qanadlarla Abbas ibn Firnasdan sonra uçmağı bacaran ilk insan olduğu deyilsə də, onun haqqında yeganə məlumat Səyahətnamədə var. 1623–1640-cı illər arasında IV Sultan Muradın hakimiyyəti dövründə uçma konstruksiyasını reallaşdırdığı üçün, həmçinin dərin elminə görə xalq arasında Hezarfən olaraq adlandırıldığı deyilir. Hezar fars mənşəli söz olub, 1000 deməkdir. Hezarfən isə "elmli", yəni "çox şeyi bilən adam" mənasını verir.[2]
Hezarfən Əhməd Çələbinin uçmaqla bağlı çalışmalarında Leonardo Da Vinçidən çox əvvəl bu mövzuda sınaqlar aparan, 10-cu əsrdə yaşamış müsəlman türk alimlərindən biri olan İsmayıl Cövhəridən ilhamlandığı deyilir. Cövhərinin əldə etdiyi nəticələri araşdıran və öyrənən Çələbi quşların uçuşunu tədqiq edərək tarixi uçuşundan əvvəl hazırladığı qanatların möhkəmliliyini ölçmək üçün Ox meydanında sınaqlar apardığı güman olunur.[3]
1632-ci il küləkli havada Qalata qülləsindən quş qanadlarına bənzəyən bir vasitə ilə özünü boşluğa buraxan və uçaraq Bosforu keçib 3358 metr kənarda Üsküdarda Doğancılara eniş etdiyi güman edilən Hezarfən Əhməd Çələbi türk aviasiya tarixinin ən diqqət çəkən adamlarından biridir. Bu uçuş haqqında sənədlər indiyə qədər sadəcə Övliya Çələbinin Səyahətnaməsində yer alır. Övliyə Çələbi əsərində bunları yazıb:[3]
Ox meydanının minbəri üstündən qartal qanadları ilə səkkiz, doqquz dəfə havada pərvazlanmışdı. Sultan Murad xan Sarayburnunda Sinan Paşa Köşkündən tamaşa edərkən Qalata qülləsindən uçaraq Üsküdarda Doğancılar meydanına enmişdir. Bu hadisə Osmanlı dövlətində əks-səda yaratdı və həmin dövrün padşahı IV Murad tərəfindən bəyənildi. Sonra Murad xan Hezarfən Əhməd Çələbiyə bir kisə qızıl hədiyyə etmişdir. |
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ Hezarfen Farsça kökenli bir sözcüktür. "Hezar" Farsçada "bin" anlamına gelir.[1] [ölü keçid] Hezarfen ise bin fenli (bilimli) yani elinden çok iş gelen, birçok bilimden anlayan anlamına gelir.[2] Arxivləşdirilib 2013-10-20 at the Wayback Machine
- ↑ hezarfen Arxivləşdirilib 2013-10-20 at the Wayback Machine TDK Büyük Türkçe Sözlük. Erişim: 26 Mayıs 2009
- ↑ 1 2 Evliya Çelebi Seyahatnamesi. C. 1, S. 670