Hicaz Kralligi - Wikipedia
Hicaz krallığı — Səudiyyə Ərəbistanının Hicaz bölgəsində yaranmış dövlət. Haşimilər sülaləsi tərəfindən idarə olunan Hicaz krallığı 1916-cı ildən 1925-ci ilə qədər mövcud olmuşdur.
Krallıq | |||||
Hicaz krallığı | |||||
---|---|---|---|---|---|
ərəb. الحجازمملكة | |||||
|
|||||
|
|||||
|
|||||
Paytaxt | Məkkə | ||||
Rəsmi dilləri | Ərəb dili | ||||
Dövlət dini | İslam | ||||
Əhalisi |
|
||||
İdarəetmə forması | Monarxiya | ||||
Kral | |||||
• 1916-1924 | Hüseyn ibn Əli əl-Haşimi | ||||
• 1924-1925 | Əli ibn Hüseyn əl-Haşimi | ||||
Vikianbarda əlaqəli mediafayllar |
Krallıq öncəsi Hicaz
redaktə1517-ci ildə Misiri ələ keçirən Osmanlı sultanı I Səlim Hicaz bölgəsini də Osmanlı torpaqlarına daxil etdi. Osmanlıların dövründə Hicazın idarə edilməsi Məkkə şəriflərinə tapşırılmışdır. 1807-ci ildə xəvariclərin çıxışlarını yatırdığı üçün Misir hakimi Mehmed Əli Paşanın idarəçiliyinə verilir. 1845-ci ildə Osmanlı İmperiyası ilə Misir arasında bağlanan müqaviləyə əsasən Hicaz təkrar Osmanlı torpaqlarına daxil olur.
Krallığın yaranması
redaktəOsmanlı dövlətinin II konstitusiyasının elan edilməsindən sonra Hicaza şərif təyin olunan Hüseyn ibn Əli əl-Haşimi I Dünya müharibəsinin əvvəllərində Osmanlı hakimiyyətinə və Osmanlı sultanına bağlı olaraq görsənsə də sonradan hakimiyyətini möhkəmləndirmək, bütün ərəbləri hakimiyyəti altında salmaq üçün Osmanlılara qarşı Böyük Britaniya ilə əməkdaşlığa başladı[1]. Böyük Britaniya Osmanlılara qaşrı döyüşlərdə Hicaz ordusundan istifadə etmək məqsədilə Hüseyn ibn Əli əl-Haşimiyə Osmanlılara qarşı döyüşəcəyi təqdirdə silahlı yardım edəcəyi, xəlifələrin Məhəmmədin soyundan olmasını təmin edəcəyini bildirdi. Hüseyn ibn Əli əl-Haşiminin oğulları Feysəl ibn Hüseyn və Abdullah ibn Hüseyn ilə Misirdəki Britaniya nümayəndəsi Henri MakMahon ilə diplomatik əlaqələrini davam etdirməklə yanaşı, Osmanlı İmperiyasının Fələstində olan IV Ordu komandanı Camal Paşa ilə də razılığa gəlmək üçün yollar axtarırdı. Ancaq Camal paşanın Beyrutda və Şamda bəzi ərəb milliyətçilərini dövlətə xəyanətdə ittiham edərək edam etməsi ilə münasibətlər dəyişdi.
Hüseyin ibn Əli 5 iyun 1916-cı ildə krallığını elan etməi ilə ərəblərin Osmanlı ordusuna qarşı hücumları başladı[2]. 16 iyun tarixində Ciddəni Britaniya ordusu ələ keçirdi. Hüseyin ibn Əlinin hakimiyyəti yalnız İngilislər tərəfindən tanındı. İngilislərin dəstəyi ilə Akabeni 1917-ci ildə ələ keçirdikdən sonra demək olar ki, bütün Hicaz osmanlılardan azad edilmiş oldu. Hicaz hakimi Qalib Paşa Taifdə Abdullah ibn Hüseyinə təslim olmasına baxmayaraq Mədinə hakimi Ömər Fəxrəddin Paşa Mudros barışığına qədər şəhəri mühafizə etdi. 13 yanvar 1919-cu ildə Sultanın əmri ilə şəhəri Hicazlılara təhvil verdi.
Krallığın süqutu
redaktəHicaz kralı Hüseyin ibn Əli Nəcd əmiri Əbdüləziz ibn Səuda qarşı Yəmən imamı və Bin Rəşd ilə razılığa gəldi. 1921-ci ildə Nəcd əmiri Əbdüləziz ibn Səud Şammar Krallığını işğal etdikdən sonra Hicaz ordusunu da məğlub etdi. Hicaz kralı Hüseyn Səudilərlə Küveyit Konfransında (noyabr 1923-aprel 1924) bir razılığa gələ bilmədi. Fələstində Yəhudi dövlətinin yaranmasında tərəfsiz qalması üzərində Böyük Britaniya Hüseynə olan dəstəyini çəkdi.
3 mart 1924-cü ildə Türkiyədə xəlifəlik ləğv edildi. Bundan sonra Hüseyn özünü xəlifə elan etdi. Əbdüləziz ibn Səud Hicaza hücum etməyi qərarlaşdırdı. Vəhhabilər, 1924-cü ilin avqustunda Taifə hücum edərək qətliam törətdilər. Nəcd əmiri Əbdüləzizin ordusu Hicaza girməmişdən, 5 oktyabr 1924-cü ildə Hicaz əmiri Hüseyn ibn Əli hakimiyyəti oğlu Əliyə buraxaraq ölkədən qaçaraq İordaniya kralı Abdullah ibn Hüseynin yanına sığındı. Nəcd ordusunun Məkkə və Mədinəni ələ keçirməsi ilə Əli ibn Hüseyn Ciddəyə tərəf çəkildi. Daha sonra krallıqdan imtina edərək İraq kralı olan qardaşı Feysəl ibn Hüseynin yanına qaçdı. Bununla da, Ərəbistan yarımadasında Haşimilərin hakimiyyətinə son qoyuldu. Hicaz krallığına son qoyan Əbdüləziz ibn Səud özünü 1926-cı ildə Hicaz kralı və Nəcd Sultanı elan edir[3]. Daha sonra 1932-ci ildə Nəcd, Şammer və Hicaz torpaqlarında öz müstəqil Səudiyyə Ərəbistanı dövlətini qurur[4]. Haşimilər sülaləsi isə Britaniyanın köməyi ilə Mesopotamiyada və İraqda hakimiyyətlərini davam etdirdilər.
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ "Müslüman Türk'e İhanetin Adı; Mekke Şerifi Hüseyin". 2016-03-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-11-17.
- ↑ Teitelbaum, Joshua (2001), The rise and fall of the Hashimite Kingdom of Arabia, New York University Press,
- ↑ Yamani, Mai (2009), Cradle of Islam : the Hijaz and the quest for an Arabian identity (Pbk. ed.), I.B. Tauris,
- ↑ Madawi Al-Rasheed. A History of Saudi Arabia. Cambridge, England, UK: Cambridge University Press, 2002.