Hiks Teleb Funksiyasi - Wikipedia
Mikroiqtisadiyyatda istehlakçının Hiks tələbinə müvafiqliyi ona təyin edilmiş fayda gətirən və xərclərini minimallaşdıran məhsulların dəstəsinə tələbi bildirir. Əgər bu müvafiqlik müəyyən bir funksiyadır, onda ona Hiks tələb funksiyası, və ya əvəzini verən tələb funksiyası deyilir. Funksiya Con Hiks (John Hicks) şərəfinə adlandırılmışdır. Riyazi şəkildə[1]:
Harda ki h(p,u) Hiks tələb funksiyasıdır, və ya tələb olunan məhsul dəstəsidir, p qiymətləri səviyyəsidir, və faydadır. Burda p qiymətlərin vektorudur, və X tələb olunan miqdarların vektorudur. Deməli bütün pixi cəmi X məhsullarına gedən ümumi xərcdir[2].
Digər funksiyalar ilə əlaqələr
redaktəHiks tələb funksiyaları riyazi hesablarda işlətmək asandır çünki onlar gəlirin olduğunu tələb etmirlər. Əlavə olaraq, minimallaşdırılmış olmalı funksiya üzrə xəttidir, və bu optimizasiya problemini asanlaşdırır. Amma verilmiş p qiymətləri və gəliri ilə tələbi təsvir edən Marşal tələb funksiyasını birbaşa müşahidə etmək daha asandır. Hər ikisi bir biri ilə adi şəkildə əlaqədədir[3]:
Harda məxaric funksiyasıdır (verilmiş fayda əldə etmək üçün minimal gəliri göstərən funksiya)
Harda vasitəli fayda funksiyasıdır (verilmiş qiymətlər və müəyyən gəlir ilə əldə edilən faydanı göstərən funksiya). Onların törəmələrinin əlaqəsi daha ətraflı Slatski düsturu ilə ifadə olunur.
Deməli Marşal tələbi faydanı maksimallaşdırmaq problemindən gəlir, Hiks tələbi isə xərci minimallaşdırmaq problemindən. Beləliklə hər iki problem ikitərəflidir, və İkitərəflik Teoremı yuxarıda qeyd olunmuş əlaqələri sübut etməyin üsulunu təklif edir[4].
Hiks tələb funksiyası çox xərc funksiyasından asılıdır. Əgər istehlakçının fayda funksiyası aralıqda doydurulmayan və sırf qabarıqdırsa, onda
İstinadlar
redaktə- ↑ Jonathan Levin; Paul Milgrom. "Consumer Theory" (PDF). səh. 12. 2024-09-15 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-10-01.
- ↑ Varian, Hal R. "Chapter 8: Slutsky Equation." Essay. In Intermediate Microeconomics with Calculus, 1st ed., 155–56. New York, NY: W W Norton, 2014.
- ↑ Silberberg E. (2008) Hicksian and Marshallian Demands. In: Palgrave Macmillan (eds) The New Palgrave Dictionary of Economics. Palgrave Macmillan, London. https://doi.org/10.1057/978-1-349-95121-5_2702-1
- ↑ Mas-Colell, Andreu; Whinston, Michael; Green, Jerry. Microeconomic Theory. Oxford: Oxford University Press. 1995. ISBN 0-19-507340-1.
İqtisadiyyat haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |