Himalay Qonur Ayisi - Wikipedia
Himalay qonur ayısı (lat. Ursus arctos isabellinus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin ayıkimilər fəsiləsinin ayı cinsinin qonur ayı növünə aid heyvan yarımnövü.
Himalay qonur ayısı | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Tipüstü: Tip: Klad: Yarımtip: İnfratip: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Sinifüstü: Klad: Klad: Sinif: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Yarımsinif: Klad: İnfrasinif: Maqndəstə: Dəstəüstü: Klad: Qranddəstə: Mirdəstə: Klad: Klad: Klad: Dəstə: Yarımdəstə: İnfradəstə: Fəsilə: Yarımfəsilə: Triba: Cins: Növ: Yarımnöv: Himalay qonur ayısı |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Pamir, Tyan-Şan və Himalay dağları ərazisində yayılmışdır. Qonur ayıların orta ölçüyə malik yarımnövüdür. Uzunluqları 140 sm, çəkiləri isə 300 kq olur. Bununla belə aralarında iri fərdlərə də rast gəlinir. Buna misal kimi Moskva şəhərinin zooparklarının birində 2005-ci ildən 24 yaşlı (2017) bir fərd yaşayır. Bu fərdin çəkisi 700 kq-dır. Hər şeylə qidalanırlar. Əsas fərqləndirici xüsusiyyəti ön ətraflarında uzun və parlaq caynaqların olmasıdır. Doğuş qışda, ayının kahasında olur. Bu yarımcinsin nümayəndələri əsasən 1 və ya iki bala verir.
Statusu: 3 kateqoriya. Nadir növ, areal və sayında azalma.
XX əsrin 40-cı illərində Mərkəzi Asiyanın Sırdərya Karatausunda soyu tükənmişdir.
Qonur ayının Qazaxıstanda yayılmış iki yarımnövündən biridir. Aksu-Cabaqlı, Alma-Ata qoruqları və Alma-Ata, Lepinski, Toktinski yasaqlıqlarında qorunur.
İstinadlar
redaktə- ↑ Integrated Taxonomic Information System (ing.). 2003.
- ↑ Mammal Species of the World (ing.): A Taxonomic and Geographic Reference. / D. E. Wilson, D. M. Reeder 3 Baltimore: JHU Press, 2005. 35, 2142 p. ISBN 978-0-8018-8221-0