Hind Musiqi Aletleri - Wikipedia
Tarixi
redaktəHind musiqi alətlərinə dair ən qədim materiallar, möhür və [[piktoqramlar üzərində simli, zərb musiqi alətlərinə bənzər təsvirlər, quş səsi çıxaran alətlər Hind vadisində aparılmış arxeoloji qazıntılar zamanı üzə çıxarılmışdır, bu materiallar Harappa sivilizasiyasına (e.ə.III minillik) aid olunur.
E.ə.II-I minilliklərdə veda dönəmində musiqi alətləri incəsənətin ümumi inkişafı əsasında daha da təkmilləşmişdir. Veda mətnlərində arfaya bənzəyən (“bana vina”, “kanda vina”, “qodha vina”), “bhumi dun lubhp” (heyvan dərisi ilə örtülmüş) zərb musiqi alətləri (“vanaspati”, “lamqla”), fleytalar (“tunava” və s.) adları çəkilmişdir.
Maqadha-Mauri imperiyası dövründə hind musiqi nəzəriyyəsinə dair bir sıra əsərlər yazılmış, musiqilər, mahnılar, musiqi alətləri qruplaşdırılmışdır. Müdrik Bharata “Natyaşastra” (e.ə.IIb.e.II əsr) əsərində “tata” (simli), “avan” (örtülmüş, baraban), “qhana” (çubuqlar, dəmir lövhələr), “suşira” (nəfəs) terminləri ilə alətlərin təsnifatını aparmışdır, “vadhya” sözü isə bütün musiqi alətlərini ifadə etmək üçün istifadə edilmişdir. Qədim traktatların və müasir materialların təhlili göstərir ki, Hindistanın musiqi alətləri əsrlər ərzində müəyyən dəyişiklərə uğramışdır.
Təsnifatı
redaktəHindistanda musiqi alətləri (“vadya”) dörd qrupa ayrılır: “taqavadya” (simli), “suşiravadya” (nəfəs), “avanaddhavadya” (barabanlar), “qhanavadya” (zınqrovlar, dəmir lövhələr, çubuqlar və s.) aiddir. “Taqavadya” qrupuna “vina”, “sitar”, “tambur” və s., yaylı “saranqi”, “dilrubu”, “suşiravadya”ya müxtəlif tipli fleytalar, “şenai”, “nafern”, “naqasvar”, “avanaddhavadya”ya “tabla”, “pakhavac”, “mridanq” və s. aiddir. Zərb musiqi alətlərinə bənzəyən zənglər, çubuqlar və s. adətən klassik konsert heyətlərinə daxil edilmirlər.
Musiqi alətləri
redaktəVedalarda adı çəkilən qədim “vina” (və ya “vine”, “veena” [1]) aləti əvvəlcə on simli arfaya bənzəyirdi, yayla ifa olunurdu. Qupta imperiyası dövründə isə bu musiqi alətinin forması dəyişərək armud formasını almış, barmaq və ya mizrabla ifa olunmağa başlamışdır. Sitara bənzəyən, amma ahəng telləri olmayan “veena”da nizamlana bilən pərdələr yoxdur. Bu alətdən daha çox “karnatak” musiqisində istifadə edilir.[2]. Simli alət olan “vina”lar arasında ən geniş yayılanı “Sarasvati vina” deyilən növdür. Bilik, təhsil, şeir himayədarı olan tanrı Sarasvati həmişə bu alətlə birgə təsvir edilir. Uzun bir sapın hər iki ucunda su balqabağı vardır, sonunda yuxarı qıvrılır. Simlər isə sapın üzərinə bağlanır. Bəzi “vina”ları çalmaq üçün quş yumurtası kimi yonulmuş, oval, parlaq daşdan istifadə olunur.
“Şankha” (balıqqulağı borusu) min illərdir ki, istifadə olunan musiqi alətidir, üflənəndə güclü səs çıxarır. Savaşlarda düşməni qorxutmaq, xəbərləşmək üçün istifadə edilirdi. Dini mərasimlərin əvvəlində və sonunda “şankha” çalınırdı. “Bhagavadgita”da Arcuna və qardaşları döyüşdən əvvəl bu musiqi alətindən istifadə edirlər, hər birinin “şankha”sının xüsusu adı da vardır.
İplə boyundan asılan, belə bağlanan, qucaqda tutulan “dholak” (baraban, davul) qədimdən Hindistanın hər yerində istifadə olunan alətdir, yüzdən çox növü vardır. Hər bölgənin özünün “dholak”ı olur. Məsələn, Benqaliyada nəhəng ölçüsü ilə seçilən bu alət “dhak” adlanır.[3][4][5] Tanrı Şivanın “tandava” rəqsini oynarkən çaldığı isə “damaru” adlanan və “dholak”a bənzəyən barabandır. Qədimdə olduğu kimi, indi də kiçik barabanlar barmaqlarla ifa olunur. Böyük barabanlar müxtəlif növ qonq, zənglər, dəmir lövhələrlə birgə istifadə edilir. Böyük silindrik bаrаbаn olan “dhо- lak” (dhok) sаğ əl bаrmаqlаrı və оvuclа, sаdə mеtаl bоşqаba bənzəyən “thаlа” isə nаzik çubuqla çаlınır.
Hindistanda musiqiçilər “sarod”, “sandır”, dördtelli “tambura”, forfor qablardan ibarət “calataranq”, “saranqi”, “harmomiya”, metal pərdələrdən ibаrət “min”, iki barabandan (“tiz”, “bas”) ibarət “tabaq”, karnatak musiqisində istifadə edilən ikitərəfli “mridanqam” (baraban), bambuk fleyta aləti “bansuri” (“venu” və ya “kuzhal”), “şehnayi” (“naqasvaram”) və s. alətlərdən istifadə edir.
İstinadlar
redaktə- ↑ Veena Arxivləşdirilib 2018-07-16 at the Wayback Machine, Oxford Dictionaries
- ↑ Bruno Nettl; Thomas Turino; Isabel Wong; və b. Excursions in World Music. Taylor & Francis. 2015. səh. 691. ISBN 978-1-317-35029-3. 2020-02-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-15. (#explicit_et_al)
- ↑ Courtney, David. "Dholak - North Indian Hand Drum". Chandrakantha.com. 2012-05-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-03-03.
- ↑ "Dholak Sounds pi". Soundsnap.com. 2021-09-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-03-03.
- ↑ "Information about Dholak, Indian Percussion Instrument". Dholak.com. 2021-09-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-03-03.