Hind Okeaninda Britaniya Erazileri - Wikipedia
Britaniya Hind okeanı əraziləri (ing. British Indian Ocean Territory) — Böyük Britaniyadan asılı olan və Hind okeanında 55 adadan ibarət bölgə. Böyük Britaniyanın Hind okeanında yerləşən müstəmləkəsi olan bu bölgə ancaq Çaqos adalarından ibarətdir.
Britaniya Hind okeanı əraziləri | |||||
---|---|---|---|---|---|
British Indian Ocean Territory | |||||
| |||||
lat. "In tutela nostra Limuria" "Lemuriya bizim müdafiəmizdədir" |
|||||
Tarixi | |||||
• Yaranması | 1965 | ||||
Rəsmi dilləri | |||||
Paytaxt | Dieqo Qarsiya | ||||
İdarəetmə forması | Konstitusiyalı monarxiya | ||||
Monarx | II Elizabet | ||||
Qubernator | Peter Ays | ||||
Administrator | Tom Mudi | ||||
Sahəsi | |||||
• Ümumi | 54.400 km² | ||||
• Su sahəsi (%) | 99,89 | ||||
Əhalisi | |||||
• Əhali | 3.000 nəfər | ||||
Valyuta | ABŞ dolları, funt sterlinq | ||||
İnternet domeni | .io | ||||
ISO kodu | IO | ||||
Telefon kodu | +246 | ||||
Saat qurşaqları | |||||
Nəqliyyatın yönü | sağ[d] | ||||
Vikianbarda əlaqəli mediafayllar |
Bölgəyə aid Dieqo Qarsiya adası 1966-cı ildə imzalanan müqaviləyə görə 50 illiyinə ABŞ-yə kirayəyə verilmişdir.
Coğrafiya
redaktəBölgə bir çoxunda yaşayış olmayan 55 adadan ibarətdir. Britaniya Hind okeanı ərazilərinin ən böyük adası Dieqo Qarsiya adasıdır. Bu adadan başqa Böyük Çaqosbank adası, Peros Banhos adası, Solomon adası, Eqmont adası ilə ancaq aşağı dəniz səviyyəsində görünən Blenheym rifi də bölgəyə aiddir. Britaniya Hind okeanı ərazilərinin sahəsi 54.400 km² olsa da çox böyük hissəsi su olub torpaq sahəsi cəmi 60 km²-dir.
Əhali
redaktəAdanın yerlisakinləri olan çaqoslular 1960-cı illərdə Böyük Britaniya hökuməti tərəfindən güclə Mavriki, Seyşel adaları və Böyük Britaniya göndərilmişdir. Hazırda adalarda heç bir yerli yaşamır və 3.500 ABŞ və Böyük Britaniya əsgəri vardır.
Yerli xalqlar illər ərzində bu məcburi köçdən sonra ərazilərinə qayıtmaq üçün məhkəmə qaldırmış, amma yenə də qayıda bilməmişdirlər.[1]
Qalereya
redaktə-
Yerlilərin tərk etdiyi evlər
-
Çaqoslu (1971)
-
Dieqo Qarsiya adasında ABŞ hərbi bazası
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ Lordlar icazə vermədi Arxivləşdirilib 2013-05-30 at the Wayback Machine (en)