Hind Okeaninda Zelzele Ve Sunami 2004 - Wikipedia
Hind okeanında zəlzələ və sunami — 26 dekabr 2004-cü ildə baş vermiş zəlzələ[2].
Hind okeanında zəlzələ və sunami | |
---|---|
Tarix | |
Maqnituda | 9,3 bal |
Hiposentrin dərinliyi | 30 km |
Episentrin yeri | |
Ölənlər |
|
Xəsarət alanlar |
|
Xəritədə yeri | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
2004-cü ilin 26 dekabr tarixində Hind okeanında baş vermiş və gücü 9,1-9,3 bal təşkil etmiş zəlzələ müasir tarixin ən məhvedici təbii fəlakətlərindən biri kimi yadda qalan sunamiyə səbəb oldu.
Zəlzələnin episentri Hind okeanında, Sumatra (İndoneziya) adasının şimal-şərq sahilləri yaxınlığında qeydə alındı. Zəlzələdən sonra yaranmış sunami İndoneziya, Şri-Lanka, Hindistan və Tayland sahillərinə qədər çatdı. Dalğaların hündürlüyü 15 metrdən çox idi. Maraqlıdır ki, zəlzələ Yeni Zelandiyanın Oklend adalarının qərb sahillərinə yaxın və Avstraliyanın Makkuori adasının şimal sahili yaxınlığında 8,1 bal gücündə qeydə alınmış zəlzələdən 3 gün sonra baş verdi. Bu hadisənin qeyri-adiliyi ondan ibarət idi ki, alimlərin müşahidələrinə əsasən, 8 bal və daha güclü zəlzələlər, orta hesabla, ildə bir dəfə baş verir.
Hind okeanında baş vermiş zəlzələ nəticəsində yerin təkindən ixrac olunmuş enerji, təxminən, 2 ekocoul oldu. Bu enerji Yer planetinin hər bir sakini üçün 150 litr su qaynadılması üçün kifayətdir. Zəlzələ bütün planetə təsir etdi və hətta Amerika Birləşmiş Ştatlarında belə 3 mm vertikal tərpənmələrlə qeyd edildi.
Zəlzələ və sunami arasında bir neçə saat fərq olmasına baxmayaraq, fəlakət tam gözlənilməz baş verdi. Hind okeanında sunaminin qeydə alınması sistemi və ən əsası, sahilboyu ərazilərdə yaşayan əhalinin ümumi xəbərdar edilməsi sistemi olmadığından, minlərlə insan fəlakət qarşısında aciz qaldı. Zəlzələ və onun nəticəsində baş vermiş sunami cənub-şərqi Asiyaya və xüsusilə, İndoneziya, Maldiv adaları, Myanma, Malayziya, Tayland və digər ölkələrə ciddi zərər vurdu. Sunami nəticəsində, təxminən, 225-300 minə qədər insan həlak oldu. Həlak olanların dəqiq sayı məlum deyil, çünki cəsədlərin bir hissəsi okean sularına qərq oldu.
İstinadlar
redaktə- ↑ http://www.tsunami-evaluation.org/NR/rdonlyres/2E8A3262-0320-4656-BC81-EE0B46B54CAA/0/SynthRep.pdf. S. 35.
- ↑ "Hind okeanında 2004-cü il zəlzələsi — Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin rəsmi informasiya portalı". 2021-09-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-01-21.