Hindistanin Inzibati Erazi Bolgusu - Wikipedia
Hindistan Konstitusiyasına əsasən inzibati cəhətdən Hindistan Respublikası 29 ştat[1] və 7 ittifaq bölgəsindən[2] ibarətdir. İttifaq bölgələri bunlardır: Andaman və Nikobar adaları, Çandiqarx, Dadra və Naqar Haveli, Daman və Diu, Dehli, Lakşadvip, Pondiçeri.
Ştatların təsnifatlaşdırılması
redaktəHindistаn ştаtlаrı А, B, C kimi üç böyük qrupdа təsnifаtlаndırılmışdır.
A tipli ştatlar (Assam, Qərbi Benqal, Bihar, Bombey, Madhya Pradeş, Madras, Orissa, Pəncab və Uttar-Pradeş) öz seçkili parlamentləri və müstəqil formalaşmış idarəetmə orqanları fəaliyyət göstərir.
B tipli ştatları (Haydarabad, Sauraştra, Maysur, Travankar-Koçin, Madhya-Bharat, Vindhya-Pradeş, Patiali və Şərqi Pəncab ittifaq ştatları, eləcə də Racəstan) nominal monarx sayılan racapramukhamilər idarə edir.
C tipli ştatları (Dehli, Kuth, Himaçal-Pradeş, Bilaspur, Kurq, Bhopal, Manipur, Acmer və Tripura) idarə etmək üçün mərkəzi hökumət tərəfindən komissarlar təyin olunur. Cammu və Kəşmir isə xüsusi ərazilər elan olunmuşdur.
Ştatların səlahiyyətləri
redaktəMüasir dövrdə Hindistanda 29 ştat və 7 ərazi (6 ittifaq ərazisi, 1 paytaxt dairəsi) mövcuddur. Hər bir ştat dairələrə ayrılır. Bu ölkədə 642 inzibati dairə vardır. Hər bir ştatın özünün qanunverici və icraedici orqanı vardır. Ştatın qubernatorunu prezident təyin edir. Qubernator ştatın hökumətini formalaşdırır, baş naziri yerli seçkilərdə qalib gəlmiş partiya üzvündən təyin edir. Ştatlarda bir və ikipalatalı parlament vardır. Ştatın aşağı palatası "vidhan sabha" adlandırılır, qanunvericiliyə uyğun olaraq aşağı palatada 60- 500 üzvü olur.
Parlament 5 ildən bir seçilir. Parlamentin yuxarı palatası "vidhan parişad" adlandırılır, deputatlar 6 il müddətinə seçilir, hər 2 ildən bir yuxarı palatanın müəyyən hissəsi yenidən seçilir. Ştat parlamentləri Hindistan İttifaq parlamentinin səlahiyyətinə daxil olan xarici siyasət, müdafiə, vətəndaşlıq məsələlərindən başqa, bütün məsələlərlə bağlı müzakirələr apara, qanun qəbul edə bilər. İttifaq ərazilərini və milli paytaxt dairəsini Hindistan hökumətini təmsil edən komissarlar idarə edirlər. İttifaq ərazilərində federal qanunlar qüvvədədir.
Dünyada ən sıx məskunlaşmış 10 administrativ vahiddən 5-i Hindistan ştatlarıdır. Uttar Pradeş 180 milyon əhali ilə dünyada birinci yerdə, Maharaştra ikinci, Bihar altıncı, Qərbi Benqal səkkizinci, Andhra-Pradeş onuncu yerdə durur. Bəzi ştatlar məsələn, Racəstan ştatı ərazisinə görə Avropanın iri ölkələrindən olan Polşadan böyükdür. Ölkə üzrə əhalinin orta sıxlığı bir kv.km-ə 368,07 nəfərdir.
Xarici keçid
redaktəİslahatlar
redaktə- ↑ "В Индии появился новый штат, ставший по счету 29-м". 2014-06-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-30.
- ↑ "ru_india: Этносы Индии — интересная статья". 2014-01-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-30.