Hirkan Bigeveri - Wikipedia
Hirkan bigəvəri (lat. Ruscus hyrcanus) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin qulançarkimilər fəsiləsinin bigəvər cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU A2c+3c. Nadir relikt növdür.
Hirkan bigəvəri | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Cins: Növ: Hirkan bigəvəri |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
||||||||
|
Qısa morfoloji təsviri
redaktə20-40 (60) sm boyunda yarımkoldur, dərili, tikanlı kaldodiləri və 4-9 topa-topa düzülmüş budaqları vardır. Budaqları yanlara və aşağıya əyilmişdir və üzərləri kladodilərlə sıx örtülmüşdür. Kladodiləri uzunsov-yumurtavari və ya uzunsov-lansetvaridir, yaşıl rəngdədir, sərtdir, 12-28(30) mm uzunluğunda, 8–12 mm enindədir. Çiçəkləri yaşılımtıldır, adətən kladodinin orta xətti üzərində 2-5–i bir yerdə olmaqla və ya az-az hallarda tək-tək düzülmüşdür, pərdəciyəoxşar çiçəkatlığının qoltuğundadır. Giləmeyvəsi qırmızıdır, kürəvari, diametri 7–9 mm-dir.
Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri
redaktəAprel-may aylarında çiçəkləyir. Sentyabr-oktyabr aylarında meyvə verir. Tozlanması anemofildir. Toxumla və vegatativ yolla çoxalır. Həyat forması nanofanerofitdir. İstisevən və kölgəyə davamlıdır. Mexaniki tərkibi orta dərəcədə olan təzə və zəngin torpaqlarda daha yaxşı inkişaf edir. Hirkan dəmirağacı meşələri kolluqlarında, əsasən aşağı dağlıq qurşağının dağ çayları dərələrində, vadilərində, sarı-gilli, azgilli torpaqlarda bitir. Dəmirağacı meşələrində hirkan bigəvəri alçaqboylu həmişəyaşıl meşəaltı bitki rolunu oynayır və müəyyən meşə tipini (Parrotitetum ruscosum) xarakterizə edir. Belə meşələr üçün xəzər bənövşəsi, çoxçiçəkli novruzçiçəyi, oxotu, quşüzümü, ayıdöşəyi, pteris və s. Növlərti xarakterikdir. Hirkan Milli Parkının aşağı düzən meşəsində, Xanbulaqçay ətrafında qrup halında rast gəlinir. Dekorativ bitkidir. Budaqlarından səbət toxunur.
Ümumi yayılması
redaktəAzərbaycanda yayılması
redaktəAstara və Lənkəran rayonları ərazilərində yayılmışdır. Lənkəran ovalığı (Astara rayonunun Digo, Maşxan, Təngərud kəndləri, Lənkəran rayonunun Bürcəli və Xanbulaq kəndləri).
Bitdiyi yer
redaktəƏsasən kölgəli meşələrdə rast gəlinir.
Təbii ehtiyatı
redaktəTəbii ehtiyatı Azərbaycanda çox deyildir.
Qəbul edilmiş qoruma tədbirləri
redaktəBəzi Milli Park və Dövlət qoruq¬larında qorunur və Azərbaycanın "Qırmızı kitab"ına daxil edilmişdir. Hirkan Milli Parkında mühafizə olunur.
Sayı və tendensiyası
redaktəHirkan Milli Parkının ərazisində ehtiyatı azdır, kiçik qruplar şəklində rast gəlinir, qapalı yarus yaratmır. Mənfi təsirlərə məruz qalması azalma tendensiyasına səbəb olur.
Zəruri qoruma tədbirləri
redaktəArealı geniş olan yerlərdə yasaqlıqların yaradılması vacibdir.
Məhdudlaşdırıcı amillər
redaktəMeşə sahələrindən kənd təssərüfatı əkinləri üçün, budaqlarının əhali tərəfindən buket, əklil və bəzək üçün istifadə edilməsi.