Hocaz Cayi - Wikipedia
Hocaz Cayi - Wikipedia - Haqqında Məlumat
Hocazsu, Hocazsuçay, Hoçaz çayı — Həkəriçayın sağ qoludur. Laçın rayonu ərazisindən axır. Mənbəyini Qarabağ vulkanik yaylasından (3000 m) alır. Yuxarı axımında İldırımsu, aşağı axınında Qaranlıqçay adlanır. Çay öz başlanğıcını Hocaztəpə dağından alır.[2]
Hocazsu çayı | |
---|---|
Ölkə | |
Keçdiyi ərazilər | Azərbaycan |
Uzunluğu | 63 km |
Hövzəsinin sahəsi | 414 km² |
Ümumi məlumat
redaktəUzunluğu 63 km, hövzəsinin. sahəsi 414 kvadrat km-dir. Axımı əsasən qar (35%), yeraltı (55%), qismən də yağış (20%) sularından əmələ gəlir. Çayın orta illik su sərfi 6,59 kub m/san.-dir. Bunun çox hissəsi yaz (35%), yay (30%), az hissəsi isə payız (20%) və qış (15%) fəsillərində keçir. İntensiv suvarma dövründə (iyul-avqust aylarında) illik axımının 15–17%-i axıdılır. Hocazsuçaydan suvarma işlərində istifadə edilir.
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ 1 2 GEOnet Names Server. 2018.
- ↑ Hocazsu // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-155-3.