Hosimin Meqberesi - Wikipedia
Hoşimin məqbərəsi (vyet. Lăng Chủ tịch Hồ Chí Minh) — Şimali Vyetnamın ilk prezidenti Ho Şi Min məqbərəsi. Memarlıq abidəsi 2 sentyabr 1945-ci ildə Vyetnamın Hanoy şəhərinin Badin meydanında Ho Şi Min tərəfindən Vyetnamın müstəqilliyini elan etdiyi yerdə yerləşir.
Hoşimin məqbərəsi | |
---|---|
Lăng Chủ tịch Hồ Chí Minh | |
Ümumi məlumatlar | |
Ölkə | |
Koordinatlar | 21°02′12″ şm. e. 105°50′05″ ş. u.HGYO |
Vikianbarda əlaqəli mediafayllar |
Məqbərə Prezident Ho Şi Min məqbərəsi memarlıq ansamblının bir hissəsidir, onun ərazisində Ho Şi Minin dirəkli evi və muzey də var. Həmçinin, ansamblın ərazisində birsütunlu paqoda yerləşir.[1]
Tarixi
redaktə1967-ci ildə, Ho Şi Minin ölümündən iki il əvvəl Vyetnam Kommunist Partiyası öz liderindən gizli olaraq cəsədləri balzamlamağı öyrənmək üçün Moskvaya göndəriləcək üç həkim seçmişdir. Ho Şi Min 2 sentyabr 1969-cu ildə vəfat etmiş və külünü Vyetnam üzərinə səpərək yandırılmağı vəsiyyət etmişdir, lakin onun varisi Le Zuan fərqli qərar almışdır.[2] Əvvəlcə Ho Şi Minin mumiyalanmış cəsədi onu Vyetnam müharibəsi zamanı Amerikanın bombardmanlarından qorumaq üçün gizli bir yerdə saxlanılırdı və ABŞ 1973-cü ildə müharibədən çıxdıqdan sonra məqbərənin tikintisinə başlanılmışdır. Məqbərənin baş memarı Leninin xatirə layihəsinin müəlliflərindən biri və daha sonra Hanoyda Ho Şi Min Muzeyinin dizayneri kimi tanınan sovet memarı Harold İsakoviç olmuşdur.[3][4] 28 avqust 1975-ci ildə açılışı keçirilmişdir.[5][6]
İstinadlar
redaktə- ↑ "Архитектурный ансамбль мавзолея Президента Хо Ши Мина". Иллюстрированный журнал Вьетнам. 2014-01-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-01-07.
- ↑ "Российские ученые помогут Вьетнаму сохранить тело Хо Ши Мина". BBC News Русская служба. 2022-07-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-02.
- ↑ "Их знают и помнят во Вьетнаме". Общество российско-вьетнамской дружбы. 2014-01-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-01-07.
- ↑ "У мавзолея и Мемцентра — один архитектор". Улпресса. 2014-01-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-01-07.
- ↑ "Архитектурный ансамбль мавзолея Президента Хо Ши Мина". Иллюстрированный журнал Вьетнам. 2014-01-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-01-07.
- ↑ "Ho Chi Minh's Mausoleum | Hanoi, Vietnam Attractions". Lonely Planet (ingilis). 2022-07-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-02.