Homo Longi - Wikipedia
Əjdaha adamı və ya elmi adı ilə Homo longi – 1933-cü ildə kəşf edilmiş, lakin ancaq 2018-ci ildə paleoantropoloqlar tərəfindən məlum olan arxaik insan növü.[2]
Homo longi | ||||||
---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. ???: Homo longi |
||||||
Beynəlxalq elmi adı | ||||||
|
Taksonomiya
redaktəKəşfi
redaktəNövün kəşfinə səbəb olan kəllə sümüyü fosili 1933-cü ildə Çinin Harbin şəhəri yaxınlığındakı Sunqari çayı üzərindəki Dontsziyan körpüsünün tikintisi zamanı bir fəhlə tərəfindən tapılmışdır. Bu kəşf 1929-cu ildəki Pekin adamı fosilinin kəşfindən cəmi 4 il sonra olduğu üçün işçi tapıntının elmi əhəmiyyət kəsb edəcəyini düşünərək onu tərk edilmiş bir quyunun içində gizlətmişdir. Ölümündən qısa müddət öncə işçi kəşfi barədə 3-cü nəsil ailəsinə bəhs etmişdir və ailə 2018-ci ildə fosilin yerini taparaq quyudan çıxarmışdır. Daha sonra Hebei Universitetinin palentologiya professoru Tsi Qyan fosilin universitet muzeyinə bağışlanması üçün ailəni razı sala bilmişdir.[2]
Kəllə sümüyü çox yaxşı qalsa da, kəşfi zamanı heç kim onun hansı növə aid olduğunu müəyyənləşdirə bilməmişdir. Kəllə sümüyü Homo sapiensdəkindən böyük olsa da, beyin ölçüsü eyni idi. Uzun müddətdən sonra aparılan araşdırmalardan sonra fosili analiz edən 3 ayrı elmi məqalə "The Innovation" jurnalında yayımlanmış və növə Homo longi, yəni Əjdaha adamı adı verilmişdir. Bunun səbəbi fosilin kəşf edildiyi Heyluntszyan (çin. 黑龍江) bölgəsinin çin dilində "Qara əjdaha çayı" mənasına gəlməsidir.[2]
Fosilin digər əhəmiyyəti isə bu Əjdaha adamının Homo sapiensə Neandertal insandan daha yaxın ola biləcəyi ehtimalını ehtiva etməsidir.[2]
Yaşı
redaktəFosilin əvvəlcə 200-400 min yaşında olduğu təxmin edilirdi. 2018-ci ildən Çin, Avstraliya və İngiltərə alimlərinin əməkdaşlığı ilə aparılan araşdırmalar nəticəsində fosilin 146 min əvvələ aid olduğunu göstərmişdir.[2]
Fosilin yerinin dəyişdirilməsi və geoloji əlaqəsinin itməsi fosilin yaşının hesablanmasında çətinlik yaratmışdır. 2021-ci ildə çinli geoloq Qinfen Şao və əməkdaşları X şüaları flüoresans analizi, nadir torpaq elementi və strontium izotopu analizlərindən istifadə edərək bu kəllə sümüyündən və körpü inşaatı qalıqlarından çıxarılan digər bəzi məməli fosillərini araşdırmışdır. Bunun sayəsində bu sümüklərin hamısının Dontsziyanın torpaq səviyyəsinin 12 metr altında, Yuxarı Huanşan quruluşunun 30 metr altına uyğun gələn dərinliyə, yəni 138-309 min əvvələ aid süxurlara uyğun gəldiyini müəyyən etdilər. Sonradan aparılan uranium-torium metodu ilə sümüyün fərqli hissələrinin 62-296 min əvvələ aid olduğunu aşkar etdilər. Bu geniş aralığın səbəbinin uran sızması olduğu düşünülür. Əldə olunan məlumatlar statistiki olaraq analizi nəticəsində ən böyük ehtimallı tarixin 146 min əvvələ aid olduğunu ortaya çıxarmışdır. Bu rəqəm gələcəkdəki araşdırmalar nəticəsində dəyişə bilər.[2]
Klassifikasiya
redaktəƏvvəlcə kompüter analizi sayəsində kəllə sümüyünün 600-dən çox xüsusiyyətinin (qaş kəmərinin uzunluq və qalınlığı, ağıl dişlərinin olub olmaması və s.) ölçümü aparılmış, daha sonra isə bu məlumatlar indiyə qədər sinifləndirilmiş 95 Homo cinsinin kəlləsi, çənəsi və dişlərindən əldə olunan 55 xüsusiyyətlə müqayisə olunmuşdur. Kompüter modeli bu məlumatlardan istifadə edərək təkamül ağacı çıxarmış və yeni fosilin 130-789 min il əvvəl yaşamış bir insan növünün budaqlanmasının bir hissəsi olduğunu göstərmişdir.[2]
Bəzi alimlər fosilin yeni insan növünə aid olmadığını, digər arxaik insan növü olan Denis insanına aid olduğunu iddia etməkdədirlər.[2]
Anatomiya
redaktəHomo longi ensiz və uzun kəllə sümüyünə, geriyə çəkilmiş alına, çox geniş üst üzə, geniş burunla uyğun olan burun dəliklərinə, böyük göz yuvalarına, şişmiş və qalın qaşlara, düz almacıq sümüklərinə geniş damaq və böyük diş yuvalarına, geniş ağıza və geniş kəllə dabanına malikdir.[2]
Bu kəllə sümüyü mütləq uzunluq və supraorbital torus uzunluğu baxımından ən böyük arxaik insan kəlləsidir. Homo longi müasir insanlar və Neandertal insanlar istisna olmaqla, məlum olan bütün insan növləri arasında ən böyük beynə sahib insan növüdür. Ümumilikdə, kəllə sümüyünün arxasındalı oksipital sümük daha qədim Homo erectus və Homo heidelbergensis insanlarında və hətta daha sonrakı Neandertal insanlarda olduğu kimi bir sıra arxaik xüsusiyyətləri qorumuşdur. Müasir insanlar və neandertallardan fərqli olaraq başın üstündəki pariental sümüklər əhəmiyyətli şəkildə genişlənmir və ya çıxıntıya səbəb olmur. Üz çox geniş olsa da, olduqca düzdür və bu hal müasir insanlara yox, daha arxaik insan növlərinə xasdır. Fosili araşdıran ilk şəxslər onun digər arxaik insanlarda olan çənəyə sahib olmadığını düşünsələr də, kəllənin alt çənə sümüyü tapılmadığı üçün bu iddia şübhəli qalmaqdadır.[2]
Kəllənin çox güclü və böyük olması, diş aşınmasının dərəcəsi onun 50 yaşında olan bir kişiyə aid olduğunu göstərir. Fərdin yaşadığı coğrafi şərait və ətrafdakı digər arxaik insan növlərindən toplanan materiallar bu növün tünd dəri, saç və gözə sahib olduğunu deməyə əsas verir.[2]
İstinadlar
redaktə- ↑ https://www.cell.com/the-innovation/abstract/S2666-6758(21)00057-6.
- ↑ 1 2 3 4 5 6 7 8 9 10 11 Çağrı Mert Bakırcı. "Ejderha Adamı (Homo longi): Bize, Neandertaller'den Bile Yakın Akraba Olan Yeni Bir İnsan Türü Keşfedilmiş Olabilir!". Evrim Ağacı (türkcə). 26 iyun 2021. Archived from the original on 2022-09-11. İstifadə tarixi: 23 iyul 2021.