Horadiz Seheri - Wikipedia
Horadiz (müxtəlif adlarla Qoradiz və Qaradiz) — Azərbaycan Respublikasının Füzuli rayonunun Horadiz şəhər inzibati ərazi dairəsində şəhər.[2] Araz çayının sol sahilində, düzənlikdədir. Oykonim İran dillərindəki oura (qala, möhkəmləndirilmış yer) və dizə (qala) sözlərindən ibarətdir, "qala kənd" mənasındadır.[3]
Şəhər | |
Horadiz | |
---|---|
azərb. Horadiz rus. Горадиз | |
39°26′52″ şm. e. 47°20′11″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Region | Füzuli rayonu |
Rayon | Füzuli rayonu |
Başçı | Alı Alıyev |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 160 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 7.600[1] nəfər (2019) |
Milli tərkibi | azərbaycanlı |
Rəsmi dili | Azərbaycan dili |
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | AZ1900 |
Vikianbarda əlaqəli mediafayllar |
1993-cü ildə Ermənistan Silahlı Qüvvələrinin işğalına məruz qalıb. Azərbaycan Milli Ordusunun 1994-cü ildə keçirdiyi Horadiz əməliyyatı zamanı işğaldan azad edilib.
Adı Sovet dövründən Qoradiz və ya Qaradiz deyə adlandırıldığından, yerli əhali hələ də şəhəri belə adlandırır.
Etimologiyası
redaktəArxiv sənədində Yuxarı Qarabağın Dizaq nahiyəsində Horadis kimi qeyd olunmuşdur. "Qoradüz" adının danışıqda təhrifidir. Türk dillərində kora, qora, qura, monqolca xürz "yarım oturaq həyat tərzi keçirən maldarların qışlaq yerində müvəqqəti evləri və təsərrüfat", "gecələr malqara salqmaş üçün hasırlanmış yer" və düz (düzən yer) sözlərindən ibarətdir. Cənubi Qafqazın türk toponimiyasında kora (qora) sözü sonralar "kara" və "qara" formalarında bir sıra dərə, təpə və düzən adlarında əksini tapmışdır. XVII əsrdə Naxçıvanda Kürədiz. Şamaxı rayonunda Horadil (kora, qora və ərəb dilində tel "təpə" sözlərindən) dağ adında və Abşeronda Goradil (kora, qora və ərəbcə tel "təpə" sözlərindən) kənd adları mənaca eynidir.[4]
Tarixi
redaktəRusiya İmperiyasının tərkibində Horadiz (Горадизъ) yaşayış məntəqəsi XIX əsrin sonunda Yelizavetpol Quberniyasının Şuşa qəzasının tərkibinə daxil olub[5]., sonra isə müxtəlif vaxtlarda Cəbrayıl qəzasının və Karyagin qəzasının tərkibində olub.
Sayahıyaalma sənədi olan "Qafqaz təqvimi"nin 1902-ci ilə aid qeydində yazılıb ki, Horadizdə 1424 nəfər qafqaz tatarı (azərbaycanlılar) yaşayır[6].
1921-ci il Azərbaycan SSR kənd təsərrüfatı siyahıyaalma sənədlərində qeyd edilib ki, Azərbaycan SSR Karyagin qəzasının Horadiz kənd icmasında 437 təsərrüfatda 2185 nəfər türk (Azərbaycanlı) yaşayır[7].
1929-cu il inzibati-ərazi ishalatı nəticəsində Horadiz Azərbaycan SSR Füzuli rayonunun tərkibinə daxil edilib.
Azərbacyan SSR Ali Sovetinin Rəyasət Heyətinin 24.09.1947-ci il tarixli qərarı ilə Horadiz stansiyasının kəndinə Horadiz qəsəbəsi statusu verilib[8].
Birinci Qarabağ müharibəsi dövründə qəsəbə ərazisində ağır döyüşlər gedib, qəsəbədəki bir çox evlər dağılıb, təsərrüfata böyük ziyan dəyib.
Azərbaycan Respublikası Prezidentinin 01.07.1992-ci il tarixli Fərmanına əsasən Horadiz qəsəbəsində Azərbaycan Respublikası Sərhəd qoşunlarının sərhəd dəstəsi yaradılıb[9].
24 oktyabr 1993-cü ildə Ermənistan ordusu qəsəbəni Füzuli rayonu ilə birlikdə işğal edib.
1994-cü il yanvarın 5-də Azərbaycan ordusunun əks-hücumu nəticəsində (bax: Horadiz əməliyyatı) Horadiz işğaldan azad edilib.
1994-cü ildən bəri Horadiz Dəmoryol Stansiyası Azərbaycan Dəmir Yollarının bu istiqamətdəki sonuncu stansiyasıdır.
1999-cu il bələdiyyələrin təsis edilməsi zamanı ayrıca Horadiz bələdiyyəsi[10] təşkil edilib, onun ilk Nizamnaməsi 2000-ci ildə qəbul edilib.
2000-ci ildə “Azərbaycan Respublikasında yerli özünüidarəetmə üzrə Əlaqələndirmə Şuraları haqqında” Əsasnaməyə[11] uyğun olaraq Horadiz şəhərində Füzuli rayonu üzrə Bələdiyyələrin Əlaqələndirmə Şurası yaradılmış, Şuranın mərkəzi Horadiz qəsəbəsi (indiki Horadiz şəhəri) olmuşdur.
03.05.2005-ci il tarixli 903-IIQ nömrəli Qanunla təsdiq edilmiş "Bələdiyyələrin regional assosiasiyalarının Nümunəvi Əsasnaməsi"nə[12] uyğun olaraq, Horadiz Bələdiyyəsi Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının üzvü olmuşdur.
Azərbaycan Respublikasının 23 oktyabr 2007-ci il tarixli 468-IIIQ nömrəli Qanunu[13] ilə qərara alınıb: "Horadiz qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Horadiz qəsəbəsinə şəhər statusu verilsin, Horadiz qəsəbə inzibati ərazi dairəsi Horadiz şəhər inzibati ərazi dairəsi hesab edilsin".
Bundan sonra Horadiz Bələdiyyəsi Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının üzvü olmuşdur.
İkinci Qarabağ Müharibəsindən sonra Azərbaycan Dəmir Yolları Horadiz Stansiyasını möhməmlədərək yeni dəmiryol xəttinin inşasına başlayıb.
Horadiz Bələdiyyəsi
redaktə"Bələdiyyə əraziləri tə torpaqları haqqında" Qanuna[14] əsasən Horadiz şəhəri Horadiz Bələdiyyəsinin (vergi kodu: 7513, statistika kodu: 60604007[15]) mərkəzidir. Həmin Bələdiyyənin ərazi hüquqlarına yalnız Horadiz şəhəri inzibati ərazi dairəsində yerləşən Horadiz şəhəri mövcuddur.
Horadiz Bələdiyyəsi “Azərbaycan Respublikasında yerli özünüidarəetmə üzrə Əlaqələndirmə Şuraları haqqında Əsasnaməyə”[16] uyğun olaraq yaradılmış Füzuli rayonu üzrə Bələdiyyələrin Əlaqələndirmə Şurasının üzvü və mərkəzidir.
"Bələdiyyələrin regional assosiasiyalarının Nümunəvi Əsasnaməsi"nə[17] uyğun olaraq, Horadiz Bələdiyyəsi Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının üzvüdür.
Mədəniyyəti
redaktəHoradizdə XIX əsrdə tikilmiş məscid yerləşir. Horadiz şəhərində 3 tam orta ümumtəhsil məktəbi, 1 xəstəxana, xalçaçılıq kombinatı, çörək kombinatı, 1 poliklinika, 2 uşaq baxçası, bayraq meydanı, gənclər evi, 4 istirahət parkı, avtovağzal, rəsm qalereyası, xatirə parkları, şadlıq evi, bazar, mehmanxana, olimpiya kompleksi və müxtəlif dövlət və qeyri dövlət müəssisələri, digər əhəmiyyətli obyektlər yerləşir.
Əhali
redaktəTexniki problemlərə görə qrafiklər müvəqqəti olaraq söndürülüb. |
|
İqtisadiyyatı
redaktəŞəhərdə son illər bir çox obyektlər tikilmişdir. İdman Olimpiya Kompleksi, Bayraq muzeyi, Muğam mərkəzi, Gənclər evi, H. Əliyev Mərkəzi, YAP-nın inzibati binası, Təhsil şöbəsinin binası, Polis şöbəsi, Kənd Təsərrüfatı İstehsalatı İdarəsinin binası, Aqrolizinq ASC-nin inzibati binası, Dövlət Sığorta İdarəsinin binası, Rəsm Qalereyası, Diyarşünaslıq Muzeyi, İcra Hakimiyyətinin inzibati binası, Qonaq evi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti İdarəsi, Statistika İdarəsi, Torpaq Xəritəçəkmə İdarəsi, DSMF, Qaz İstismar Sahəsinin binası, Seyesmoloji və elektrik stansiyası daxildir.
Qalereya
redaktə-
Füzuli Rayon İcra Hakimiyyəti binası
-
Gecə vaxtı Horadiz
-
Qışda Horadiz
-
Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidə
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ "Arxivlənmiş surət". 2020-06-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-03.
- ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
- ↑ Horadiz // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-155-3.
- ↑ B. Budaqov, Q. Qeybullayev Yuxarı Qarabağın Toponimləri Bakı,2005
- ↑ "Мир Мохсун ага Сеид Ибрагим оглы Шушинский родился 12 апреля 1889 года в селе Горадиз Шушинского уезда". 2018-11-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-01-18.
- ↑ Кавказский календарь на 1912 год. Часть 1. Тифлис. 141.
- ↑ Азербайджанская сельско-хозяйственная перепись 1921 года. Вып. 6. Карягинский уезд (Издание Аз. Ц. С. У.). Баку. 1922. 12–13.
- ↑ Азербайджанская ССР. Административно-территориальное деление на 1 января 1977 года (4-е изд.). Баку: Азербайджанское гос. изд-во. 1979. 10.
- ↑ "Sərhəd dəstəsində bir gün" (az.).[ölü keçid]
- ↑ Crocusoft. "E-QANUN". e-qanun.az (ingilis). 2012-01-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-11-05.
- ↑ Crocusoft. "E-QANUN". e-qanun.az (ingilis). İstifadə tarixi: 2024-11-01.
- ↑ Crocusoft. "E-QANUN". e-qanun.az (ingilis). 2024-05-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-11-05.
- ↑ Crocusoft. "E-QANUN". e-qanun.az (ingilis). İstifadə tarixi: 2024-11-05.
- ↑ Crocusoft. "E-QANUN". e-qanun.az (ingilis). 2012-01-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-11-05.
- ↑ BƏLƏDİYYƏLƏRİN STATİSTİK ƏRAZİ TƏSNİFATI 2015, Dövlət Statistika Komitəsi. (PDF) https://www.stat.gov.az/menu/5/source/Municipal_classifications.pdf (#bare_url_missing_title). 2022-03-04 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-11-05.
- ↑ Crocusoft. "E-QANUN". e-qanun.az (ingilis). İstifadə tarixi: 2024-11-04.
- ↑ Crocusoft. "E-QANUN". e-qanun.az (ingilis). 2024-05-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-11-04.
- ↑ https://www.stat.gov.az/menu/6/statistical_yearbooks/source/demoqraphy_2019.zip.