Hornblend - Wikipedia
Hornblend — monoklinik sinqoniya. Rast gəlmə tezliyi şkalası: hər yerdə rast gələn.
Hornblend | |
---|---|
Ümumi məlumatlar | |
Kateqoriya | Mineral |
Vikianbarda əlaqəli mediafayllar |
Növ müxtəliflikləri
redaktəMineraləmələgətirən komponentlərin miqdarının dəyişkənliyindən asılı olaraq çoxsaylı növ müxtəliflikləri vardır.
Xassələri
redaktəRəng – açıq-yaşıldan tünd-yaşıla- və qarayadək; Mineralın cizgisinin rəngi – müxtəlif çalarlı yaşıl; Parıltı – şüşə, ipəyi (asbestdə); Şəffaflıq – qeyri-şəffaf, yarımşəffaf; Sıxlıq – 2,91-3,4; Sərtlik – 5,5-6; Kövrəkdir; Ayrılma – {110} üzrə 56° bucaq altında mükəmməl; Sınıqlar – pilləli-qeyri-hamar; asbestəoxşar əmələgəlmələrdə – tikanlıyadək; Morfologiya – kristallar: prizmatik, sütunvari, bəzən izometrik; İkiləşmə: {100} üzrə; sadə və polisintetik; Mineral aqreqatları: dənəvər, çubuq- və yelpikvari, şüalı, lifli, naziklifli kütlələr, avqit yaxud diopsid üzrə uralit adlanan psevdomorfozalar.
Mənşəyi və yayılması
redaktəMaqmatik hornblend intruziv süxurlarda – siyenit, diorit, qranodioritlərdə geniş yayılmışdır. Peqmatitlərdə də qeyd edilir. Mineralın bazaltik hornblend adlanan növ müxtəlifliyi əsasən effuziv süxurların tərkibində iştirak edir. Məxsusi amfibol süxurlarının – amfibolitlərin əsas süxurəmələgətirən mineralı və epidot-amfibol və qlaukofan şistlərinin mühüm tərkib hissəsi olan hornblend başqa metamorfik süxurlarda – qranulit, qneys və ekloqitlərdə də geniş yayılmışdır; Hornblendin yığınları kontakt-metasomatik əmələgəlmələrdə də qeyd edilmişdir. Birlikdə rast gəldiyi minerallar: qranat, epidot, hedenbergit, kalsit, xlorit, maqnetit, kvars və b. Mineralın tapıldığı yerlər: çoxsaylıdır. Azərbaycanda əsası və orta tərkibli intruziv əmələgəlmələrdə, Kiçik Qafqazın ofiolit qurşağının ultraəsasi süxurlarında, Daşkəsən rayonunun skarnlarında, Konqur-Alangöz intruzivində və s. qeyd olunur.
İstinadlar
redaktəMənbə
redaktə- Azərbaycan mineralları. Bakı: Nafta-Press, 2004.