Hotsumi Ozaki - Wikipedia
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Hotsumi Ozaki (yap. 尾崎 秀実 Ozaki Hotsumi) — yapon jurnalist, kommunist, xəfiyyə və baş nazir katibi.
Hotsumi Ozaki | |
---|---|
yap. 尾崎 秀実 Ozaki Hotsumi | |
Doğum tarixi | |
Doğum yeri | Şirakava, Gifu, Yaponiya |
Vəfat tarixi | (43 yaşında) |
Vəfat yeri | Tokio, Yaponiya |
Vəfat səbəbi | asılaraq edam |
Vətəndaşlığı | Yaponiya |
Həyat yoldaşı | Eiko |
Uşağı | Yoko |
Milliyyəti | Yapon |
Təhsili | Tokio Universiteti |
Fəaliyyəti | jurnalist, casus |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəAsahi Shinbun qəzetinin əməkdaşı kimi çalışmış Ozaki dönəmin Yaponiya Baş Naziri Fumimaro Konoenin şəxsi məsləhətçisi vəzifəsinə qədər yüksəlməyi bacarmışdır. Hotsumi Ozakinin əsas xəfiyyəlik fəaliyyəti SSRİ ilə bağlıdır. Kommunist olması və sovet düşüncəsinə yaxın mövqe sərgiləməsi səbəbindən xəfiyyə Yaponiyaya xüsusi əməliyyata göndərilən Rixard Zorge ilə təmas yaratmış və onunla birlikdə hərəkət etmişdir. İkili tərəfindən Yaponiyanın daxili məlumatlarının sovetlərə ötürülməsi və Yaponiyada kommunist mühitin dəstəklənməsi yolunda gizli fəaliyyətlər icra olunmuşdur. Ozaki İkinci dünya müharibəsi dövründə Yapon hökuməti tərəfindən vətənə xəyanətdə ittiham edilərək asılan yeganə şəxsdir. Həbsxanada olduğu müddət ərzində həyat yoldaşına və qızına yazdığı şeirlər ölümündən sonra "Eşq bir ulduz yağışı kimi" adlı kitabda toplanmışdır.