Hovannes - Wikipedia
Hovannes - Wikipedia - Haqqında Məlumat
Bu məqalə Müaviyə ibn Səhl ilə demək olar ki, eyni mövzudan bəhs edir və hər ikisinin eyni başlıq altında birləşdirilməsi mümkündür. |
Hovannes (doğum və ölüm tarixləri bilinmir) – Xaçın knyazı. Səhl ibn Sunbatın böyük oğlu və varisi.[1] 838-ci ildə atası Səhl ibn Smbat tərəfindən tutulmuş Babək Xürrəmini ərəblərə təhvil vermişdir.[1] Onun adından yazılmış və 853-cü ilə aid edilən kitabə dövrümüzə çatmışdır.[2] Bir müddət sonra Hovannes və qardaşı Atrnerseh (ərəb dilli mənbələrdə Adərnərsə) Ərəb Xilafətinə xəyanətdə günahlandırılaraq Babəkin edam edildiyi Samirə şəhərinə aparılmışlar. Samirədən yalnız Atrnerseh qayıtmış və hakimiyyəti ələ almışdır.[1] Bəzi mənbələrdə Səhl ibn Sunbatın varisinin kiçik oğlu Atrnerseh olduğu qeyd edilir.[3]
Hovannes | |
---|---|
II Xaçın knyazı | |
Əvvəlki | Səhl ibn Sunbat |
Sonrakı | Atrnerseh |
Şəxsi məlumatlar | |
Doğum tarixi | ? |
Vəfat tarixi | təx. 850lərin sonları |
Atası | Səhl ibn Sunbat |
Dini | xristian |