Hovard Sor - Wikipedia
Hovard Lesli Şor (ing. Howard Leslie Shore; 18 oktyabr 1946[1][2], Toronto[3]) — kanadalı bəstəkar və dirijor, çoxsaylı Hollivud filmləri üçün musiqi müəllifidir. Rejissor Devid Kronenberqla uzunmüddətli əməkdaşlıqıynan tanınır. Piter Ceksonun çəkdiyi «Üzüklərin Hökmdarı» və "Hobbit" trilogiyalarının həm də Conatan Demminin "Quzuların səssizliyi" filminin musiqi müəllifidir.
Hovard Şor | |
---|---|
| |
Ümumi məlumatlar | |
Doğum tarixi | 18 oktyabr 1946[1][2] (78 yaş) |
Doğum yeri | |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | bəstəkar, dirijor, film bəstəkarı, saksofonçu[d] |
Fəaliyyət illəri | 1978-ci ildən |
Musiqi aləti | saksofon |
Təhsili |
|
Mükafatları |
|
howardshore.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəHovard Şor 18 oktyabr 1946-cı ildə Kanadanın Toronto şəhərində yəhudi ailəsində anadan olub. Valideynləri Bernis və Mak Şordur. 8 və ya 9 yaşında musiqini öyrənməyə başlayıb. Bostonda Berkli Musiqi Kollecini bitirib. 70-ci illərin əvvəllərində bir növ mütərəqqi hard rok oynayan "Lighthouse" qrupunun saksofonçusu idi.
Qrupdan ayrıldıqdan sonra Şor illüzionist Doug Henning'in "Spellbound" şousunun musiqisini yazmışdı.
1975-ci ildən bəri Hovard, NBC-də məşhur "Saturday Night Live" komediya şousunun rejissoru və həmtəsisçisidir. Nadir hallarda kadrda görünürdü, lakin bəzən komediya musiqi nömrələrində iştirak edirdi.
1980-ci ildən bəri Hovard Şor bir bəstəkar kimi karyerasına diqqət ayırır. Əsas fəaliyyət sahəsi filmlər üçün musiqi yazmaq olur.
O vaxtdan bəri Hovard Şor, "Milçək", "Quzuların səssizliyi", "Doqma", "Ed Vud", "Nyu-York dəstələri", "Oyun", "Aviator" və "Alatoran. Saqa: Tutulma" daxil omaqnan 200-ə yaxın film üçün musiqi yazıb.
Filmoqrafiya
redaktəFilmin ili | Filmin azərbaycanca adı | Filmin orijinal adı | |
---|---|---|---|
1978 | f | Sənin üçün darıxıram, qucaqlayıb öpürəm | I Miss You, Hugs and Kisses |
1979 | f | The Brood | |
1981 | f | Skannerlər | Scanners |
1983 | f | Videodrom | Videodrome |
1984 | f | Heç bir şey əbədi deyil | Nothing Lasts Forever |
1985 | f | Gec saatlar | After Hours |
1986 | f | Fire with fire | |
1986 | f | Milçək | The Fly |
1987 | f | Göylər | Heaven |
1987 | f | Nadin | Nadine |
1988 | f | Köç | Moving |
1988 | f | Böyük | Big |
1988 | f | Möhkəm bağlantı | Dead Ringers |
1989 | f | Həyatın işarələri | Signs of Life |
1989 | f | Günahsız | An Innocent Man |
1989 | f | Lemon bacıları | The Lemon Sisters |
1989 | f | Şeytan qadın | She-Devil |
1990 | f | Uçurum kənarından açıqcalar | Postcards from the Edge |
1990 | f | Yerli stiqmatik | The Local Stigmatic |
1990 | q.f | Made in Milan | |
1990 | f | Sürətli dəyişiklik | Quick Change |
1991 | f | Ölümdən əvvəl öpmək | A Kiss Before Dying |
1991 | f | Quzuların səssizliyi | The Silence of the Lambs |
1991 | f | Çılpaq nahar yeməyi | Naked Lunch |
1992 | f | Öpüş prelüdiyası | Prelude to a Kiss |
1992 | f | Tənha ağ qadın | Single White Female |
1993 | f | Yonqar | Sliver |
1993 | f | Günah kimi müqəssir | Guilty as Sin |
1993 | f | M. Butterfly | |
1993 | f | Mrs. Doubtfire | |
1993 | f | Filadelfiya | Philadelphia |
1994 | f | Müştəri | The Client |
1994 | f | Ed Vud | Ed Wood |
1994 | f | Ağılsız yoxdur | Nobody's Fool |
1995 | f | Yeddi | Seven |
1995 | f | Ay işığı və Valentino | Moonlight and Valentino |
1995 | f | Ağ insanın yükü | White Man's Burden |
1996 | f | Riçardın axtarışında | Looking for Richard |
1996 | f | Əvvəl və sonra | Before and After |
1996 | f | Pişiklər və itlər barədə həqiqət | The Truth About Cats & Dogs |
1996 | f | Fidyə | Ransom |
1996 | f | Qəza | Crash |
1996 | f | Striptiz | Striptease |
1996 | f | That Thing You Do! | |
1997 | f | Polislər diyarı | Cop Land |
1997 | f | Oyun | The Game |
1998 | f | Оnun oyunu | He Got Game |
1999 | f | Qloriya | Gloria |
1999 | f | Mövcudluq | eXistenZ |
1999 | f | Bunu təhlil et | Analyze This |
1999 | f | Dóqma | Dogma |
2000 | f | Yüksək sədaqət | High Fidelity |
2000 | f | Yardlar | The Yards |
2000 | f | Esther Kahn | Esther Kahn |
2000 | f | Hüceyrə | The Cell |
2000 | q.f | Kamera | Camera |
2001 | f | The Score | |
2001 | f | Lent | Tape |
2001 | f | Üzüklərin hökmdarı: Üzük qardaşlığı | The Lord of the Rings: The Fellowship of the Ring |
2002 | f | Vahimə otağı | Panic Room |
2002 | f | Hörümçək | Spider |
2002 | f | Üzüklərin hökmdarı: İki qala | The Lord of the Rings: The Two Towers |
2002 | f | Nyu-York dəstələri | Gangs of New York |
2003 | f | Üzüklərin hökmdarı: Kralın qayıdışı | The Lord of the Rings: The Return of the King |
2004 | f | Aviator | The Aviator |
2005 | f | Kinq Konq | King Kong |
2005 | f | Qəddarlıq tarixi | A History of Violence |
2006 | f | Dönüklər | The Departed |
2007 | f | Sonuncu Mimzi | The Last Mimzy |
2007 | f | Hər kəsə öz filmi | To Each His Own Cinema |
2007 | f | Şərq vədləri | Eastern Promises |
2008 | f | The Betrayal – Nerakhoon | |
2008 | f | Şübhə | Doubt |
2010 | f | İntiqam | Edge of Darkness |
2010 | f | Alatoran. Saqa: Tutulma | The Twilight Saga: Eclipse |
2010 | f | Təhlükəli üsul | A Dangerous Method |
2011 | f | Hüqo | Hugo |
2012 | f | Kosmopolis | Cosmopolis |
2012 | f | Hobbit: Gözlənilməz səyahət | The Hobbit: An Unexpected Journey |
2013 | f | Cimmi Pikar | Jimmy P: Psychotherapy of a Plains Indian |
2013 | f | Hobbit: Smauqun xarabalığı | The Hobbit: The Desolation of Smaug |
2014 | f | Ulduzlar xəritəsi | Maps to the Stars |
2014 | f | Qızılgül suyu | Rosewater |
2014 | f | Hobbit: Beş ordunun döyüşü | The Hobbit: The Battle of the Five Armies |
2015 | f | Diqqət mərkəzində | Spotlight |
2016 | f | İnkar | Denial |
2018 | f | Casus oyunu | The Catcher Was a Spy |
2019 | f | Adlar mahnısı | The Song of Names |
2020 | f | Le prince oublié | |
2020 | f | Qadının parçaları | Pieces of a Woman |
2020 | f | Funny Boy |
İstinadlar
redaktə- ↑ 1 2 Howard Shore // Internet Broadway Database (ing.). 2000.
- ↑ 1 2 Howard Shore // filmportal.de. 2005.
- ↑ 1 2 Deutsche Nationalbibliothek Record #131800299 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.