Humanitar Kollec Admiu - Wikipedia
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollec (əvvəlki adı: Bakı Humanitar Kolleci) — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan orta-ixtisas təhsili müəssisəsi.[1]
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənt Universitetinin nəzdində Humanitar Kollec | |
---|---|
Tip | orta-ixtisas təhsili müəssisəsi |
Direktor | Nərmin Qaralova |
Şəhər | Bakı |
Ünvan | Bakı şəhəri, Binəqədi rayonu, Heydər Hüseynov küç. 19 |
Tarixi
redaktəƏvvəlki adı Bakı Mədəni-Maarif Texnikumu olmuş və 16 iyun 2010-cu ildən Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən Bakı Humanitar Kolleci adı ilə adlandırılmışdır[2].
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 fevral 2016-cı il tarixli, 30 nömrəli Qərarına əsasən Bakı Sosial Pedaqoji Kolleci Bakı Humanitar Kollecinə qoşulmuşdur.[3]
11 iyul 2020-ci ildə Bakı Humanitar Kolleci Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində publik hüquqi şəxs statusuna malik olan Humanitar Kollecə çevrilmə yolu ilə yenidən təşkil edildi.[4]
İxtisaslar
redaktəKollecdə aşağıdakı ixtisaslar üzrə mütəxəssislər hazırlanır:[5]
- Texnologiya müəllimliyi;
- Musiqi müəllimliyi;
- Təsviri incəsənət müəllimliyi;
- İbtidai sinif müəllimliyi;
- Ailə və ev təhsili;
- Məktəbəqədər təlim və tərbiyə;
- Kitabxana-informasiya təminatı;
- Muzey işi və abidələrin mühafizəsi;
- İnstrumental ifaçılıq (fortepiano, skripka);
- Bədii yaradıcılıq işi;
Direktorları
redaktə- Mikayıl Mirzə (1992–1995)
İstinadlar
redaktə- ↑ ""Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 iyul 2011-ci il tarixli, 118 nömrəli Qərarı. Arxivləşdirilib 2018-12-29 at the Wayback Machine (az.)
- ↑ "Orta ixtisas təhsili müəssisələrinin adlarının dəyişdirilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 iyun 2010-cu il tarixli, 112 nömrəli Qərarı. [ölü keçid] (az.)
- ↑ "Orta ixtisas təhsili müəssisələrinin şəbəkəsinin optimallaşdırılması və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 15 iyul tarixli 118 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nda dəyişikliklər edilməsi haqqında" Arxivləşdirilib 2018-08-21 at the Wayback Machine Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 fevral 2016-cı il tarixli, 30 nömrəli Qərarı. edu.gov.az (az.)
- ↑ "Arxivlənmiş surət" (PDF). 2021-04-20 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-07-11.
- ↑ 2011-ci ildə orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu planının təsdiqi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 iyul 2011-ci il tarixli, 176s nömrəli Sərəncamı. [ölü keçid] (az.)