Iii Andronik Imperator - Wikipedia
III Andronik Paleoloq (yun. Ἀνδρόνικος Δούκας Ἄγγελος Κομνηνός Παλαιολόγος, Andrónikos Doúkās Ángelos Komnēnós Palaiológos; 25 mart 1297[1], Konstantinopol, Bizans imperiyası – 15 iyun 1341[1][2][…], Konstantinopol, Bizans imperiyası) — Bizans imperatoru.[4] Babası II Androniklə birlikdə ortaq imperator olaraq hökm sürmüşdür.[5]
III Andronik | |
---|---|
24 may 1328 – 15 iyun 1341 | |
Əvvəlki | II Andronik Paleoloq |
Sonrakı | V İohann |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 25 mart 1297[1] |
Doğum yeri | |
Vəfat tarixi | 15 iyun 1341[1][2][…] (44 yaşında) |
Vəfat yeri | |
Fəaliyyəti | monarx |
Atası | IX Mixail (imperator) |
Anası | Erməni Rita (imperatriça) |
Həyat yoldaşları |
|
Uşaqları | |
Vikianbarda əlaqəli mediafayllar |
25 mart 1297-ci ildə Konstantinopolda (indiki İstanbul) dünyaya gəldi. Atası IX Mixail Bizans imperatoru idi və babası II Androniklə birlikdə ortaq imperator kimi hökm sürürdü. Anası Rita isə Erməni-Kilikiya çarı II Levonun qızı idi. Bu səbəblə taxtın növbəti varisləri sırasında görülürdü. 1318-ci ildə atası və babasıyla yanaşı, Andronik də ortaq imperator elan olundu. Atasının 1319-cu ilin oktyabrında Salonikiyə göndərilməsinin ardından Andronik və qardaşı Manuel Konstantinopolda babalarının yanında qaldılar. Ancaq 1320-ci ildə qardaşı Manuellə aralarında yaşanan müəmmalı hadisənin ardından qardaşının gənc yaşda ölümünə səbəb oldu. Həmin il bacısı Annanın da gənc yaşda vəfat etməsiylə, sarsılan atası IX Mixail həmin il vəfat etdi.
Atasının ölümündə təqsirli görülən Andronik isə babası tərəfindən taxt vərasətindən məhrum edildi. Bu isə babasıyla arasında başlayan taxt mübarizəsinin başlanğıcı oldu. Bu mübarizə 1328-ci ildə babası II Andronikin taxtdan imtina edib monastıra çəkilməsiylə nəticələndi. Təkbaşına hakimiyyəti ələ aldıqdan sonra, uzun müddətdir İznik qalasını mühasirədə saxlayan Osmanlı sultanı Orxan Qaziylə mübarizəyə başlayan III Andronik 10 iyun 1329-cu ildə Maltəpə döyüşündə məğlub edildi. Bu məğlubiyyətin ardından İznik qalası Osmanlılar tərəfindən ələ keçirildi.
1332-ci ildə zəifləyən Bizans donanmasını təkmilləşdirən III Andronik bulqar çarı İvan Aleksandr üzərinə yürüşə çıxdı. Ancaq 18 iyul 1332-ci ildə Burqas yaxınlığında baş tutan Rusokastro döyüşündə məğlub edildi. Məğlubiyyətin ardından danışıqlar apardı və qızı Mariyanı çarın oğlu Mixail Asenlə evləndirdi. Ardından Epir çarlığını imperiyaya birləşdirən III Andronik daxili siyasətdə ən yaxın adamı İohann Kantakuzinin məsləhətlərinə riayət etdi. 15 iyun 1341-ci ildə malyariya səbəbilə paytaxt Konstantinopolda vəfat etdi.[6]
Ailəsi
redaktəİlk evliliyi 1318-ci ildə Brunsvikli İrina ilə baş tutdu. Bu evlilikdən bir oğlu dünyaya gəldi. Xanımının 1324-cü ildə vəfatıyla dul qaldı.
- Adı bilinməyən bir oğlan uşağı (ö. 1321)
İkinci evliliyi 1326-cı ildə Savoyya qrafı V Amadeyin qızı Anna ilə evləndi və bu nigahdan 4 övladı dünyaya gəldi.
- Mariya Paleoloq
- V İohann, Bizans imperatoru
- Mixail Paleoloq
- İrina Paleoloq
Bunlardan başqa III Andronikin bir neçə nigahdan kənar övladı vardı.
- İrina Paleoloq, Trabzon imperatriçası[7]
- Bayalun Xatun, Qızıl orda xanı Özbək xanın xanımı[8]
Mənbə
redaktə- Nicol, Donald M. (1993). The Last Centuries of Byzantium, 1261-1453. Cambridge: Cambridge University Press. ISBN 9780521439916
- Fine, John Van Antwerp (1994). The Late Medieval Balkans: A Critical Survey from the Late Twelfth Century to the Ottoman Conquest. Ann Arbor: University of Michigan Press. ISBN 978-0-472-08260-5
İstinadlar
redaktə- ↑ 1 2 3 4 Andronicus III Palaeologus // Encyclopædia Britannica (ing.).
- ↑ 1 2 3 Lundy D. R. Andronicus III Palaeologus, Emperor of Constantinople // The Peerage (ing.).
- ↑ 1 2 Амедей (rus.). // Энциклопедический лексикон СПб: 1835. Т. 2. С. 83–84.
- ↑ Nicephorus Gregoras. Byzantine History. Vol. 1. Saint Petersburg. 1862
- ↑ Grierson, Philip (1999). Catalogue of the Byzantine Coins in the Dumbarton Oaks Collection and in the Whittemore Collection: Michael VIII to Constantine XI, 1258-1453. Dumbarton Oaks. p. 95. ISBN 978-0-88402-261-9
- ↑ Melvani, N., (2018) 'The tombs of the Palaiologan emperors', Byzantine and Modern Greek Studies, 42 (2) pp.237-260
- ↑ William Miller, Trebizond: The last Greek Empire of the Byzantine Era: 1204-1461, 1926 (Chicago: Argonaut, 1969), p. 46
- ↑ Dunn, Ross E. (2005) [1986]. The Adventures of Ibn Battuta. University of California Press. ISBN 978-0-520-24385-9