Iii Axsitan - Wikipedia
III Axsitan – Şirvanşahlar dövlətinin iyirmi doqquzuncu hökmdarı, Şirvanşah II Fərruxzadın oğlu.
III Axsitan II Fərruxzad | |
---|---|
Şirvanşahlar Dövlətinin XXIX hökmdarı | |
1282 – 1294 | |
Əvvəlki | II Fərruxzad |
Sonrakı | I Keykavus |
Şəxsi məlumatlar | |
Doğum yeri | |
Vəfat tarixi | |
Vəfat yeri | Bakı |
Atası | II Fərruxzad |
Uşağı | |
Dini | Sünni İslam |
Fəaliyyəti
redaktəXIV əsrə aid "Səffət əs-səfa" adlı mənbədə XIII əsrin ikinci yarısında öz iqamətgahını, Dərbənd ərazisinin Bakıya qədər Elxanilərlə Cucilər arasında hərbi əməliyyat meydanına çevrilməsi və Şirvanşahın həmin yerlərdə qalmasının təhlükəli olması ilə bağlı Güştəsbiyə köçürən Şirvanşah Axsitan barəsində bəzi məlumatlar verilir.
Məlumdur ki, Abaqanın oğlu və Hülakü xanın nəvəsi olan Arqun 1284-cü ildən 1291-ci ilədək hökmranlıq etmişdir. II Axsitan isə Hülakü xanın əmri ilə 1260-cı ildə öldürülmüşdür.[1] Beləliklə, II Axsitan Arqunun vaxtında Şirvanda hökmranlıq edə bilməzdi. S. Aşurbəyliyə görə, söhbət II Fərruxzadın oğlu III Axsitandan gedir.
Bunu, Təvəkkül ibn Bəzzazın verdiyi başqa məlumatlar da təsdiq edir. Onun dediyinə görə, Səfəvilər sülaləsinin banisi şeyx Səyfi əd-Dinlə (d.h.650 (1252/3)-h.735 (1334/5) qohum olmaq istəyən Şirvanşah Axsitan öz qızını şeyxə ərə vermək niyyətinə düşüb, cehiz olaraq 14 000 dinar və gəliri bir neçə min taqar düyü olan suvarma kanalı verməyi vəd etmişdir. Səfi əd-Din bunun cavabında demişdir. "Mən buna nə deyə bilərəm? Şirvanşah hökmdardır, mən isə adicə dərvişəm". Əgər Şirvanşah II Axsitan 1260-cı ildə öldürülmüşdüsə, onda bu vaxt şeyxin 7-8-dən çox yaşı olmazdı və Səfi əd-Din bu yaşda şeyx ola bilməz və Şirvanşahın qızına evlənə bilməzdi. Beləliklə ehtimal etmək olar ki, II Fərruxzaddan sonra təqribən 1283-cü ildən 1294-cü ilədək onun oğlu III Axsitan hakimiyyət sürmüşdür. Bu, Təvəkkül ibn Bəzzazın Güştəsbi əhalisinin və Şirvanşahın özünün tezliklə müqəddəs şeyxlərin və zəvvarların yığıncaq yerinə çevrilən ibadətxana tikdirdikləri şeyx Zahidə Axsitanın böyük ehtiram bəsləməsi fikri ilə ziddiyyətə girmir. Onun "möcüzələri" haqda şayiələr hər tərəfə yayılır və bir çox hakimlər, əyanlar, habelə kəndlilər və sənətkarlar açıq şəkildə onun müridləri və şagirdləri olurlar. Şirvanşah Axsitan rəiyyətinin əksəriyyətinin şeyx Zahidin (d.h.615 (1218/9 – ö.h.700 (1300/l)-cü il) ardıcılı olub ibadətə uyduqlarını, təsərrüfatı, tarlaların becərilməsini başlı-başına buraxdıqlarını – bu isə dövlətin rifahına mənfi təsir göstərirdi – gördükdə müridləri suya atıb boğdurmaq, ibadətgahı isə dağıtmaqla hədələyir.
III Axsitan 1283-1294-cü illər arasında hakimiyyət sürmüşdür. Bu vaxt şeyx Zahidin 65-76 yaşı var idi ki, bu da həqiqətə uyğundur. Həmin mənbədə Şirvanşah Axsitanın Güştəsbidə ruhi xəstəlikdən öldüyü də xəbər verilir.[2] II Axsitanın isə 1260-cı ildə Hülakü xan tərəfindən öldürüldüyü məlumdur. Beləliklə, güman etmək olar ki, Şirvanda Fərruxzaddan sonra 1283-cü ildən 1294-cü ilə qədər onun oğlu hakimiyyət illəri Abaqa xanın oğlu Arqunun səltənət dövrünə (1284- 1291-ci illər) müvafiq gələn III Axsitan hökmranlıq edə bilərdi. III Axsitanın h.700 (1300/l)-cü ilə qədər yaşayan şeyx Zahidin sağlığında öldüyü məlumdur. Akademik Dornun Pir Hüseyin xanəgahında oxuduğu və 693-cü il rəcəb ayına (iyun, 1294-cü ilə) aid kitabədə "məlik Keykavus ibn Axsitanın" adı çəkilir.[3][4] Deməli, III Axsitan h.682 (1283)-ci ildən h.693 (1294)-cü ilədək hakimiyyət sürmüşdür. 1294-cü ildə isə hakimiyyətə onun oğlu məlik I Keykavus ibn III Axsitan gəlmişdir.
Ailəsi
redaktəTəvəkkül ibn Bəzzaz Axsitanı Şirvanşah və Güştəsbinin hökmdarı adlandırır ki, bu da Şirvanşahın tabeliyində olan ərazinin kiçildiyini göstərir. Şirvanşahın monqol işğalçılarından asılılığı həmin mənbədə söylənilən aşağıdakı epizoddan da görünür. Axsitanın Siamərk adlı oğlu var idi. Bir dəfə Siamərk xanın iqamətgahına getdi. Atası Axsitan tərəfindən xan qarşısında üstünə şər atılan Siamərk saraya çatarkən Arqunun əmri ilə onu həbs edərək qara ölüm demək olan qara mahuda bükdülər və təpiklə döyüb öldürdülər.[5] Monqollar xoşları gəlməyən vassallarına, onların hakimiyyətdə olan hökmdar ailəsi üzvləri olmasına baxmayaraq, beləcə divan tuturdular. Digər oğlunun adı Keykavus olmuşdur.
Ailə üzvləri
redaktə- Atası II Fərruxzad. Şirvanşah.
- Atasının həyat yoldaşı Sayaluna. Anadolu Səlcuq sultanı II Keyqubadın bacısı.[6]
- Qardaşı Keyqubad
- Adı bilinməyən bacısı. Əmir Çobanın oğlunun həyat yoldaşı.
- Oğlu Siamərk. Elxani hökmdarı Arqun tərəfindən öldürülmüşdür.
- Oğlu I Keykavus. Xələfi.
SƏLƏF II Fərruxzad |
III Axsitan Kəsranilər |
XƏLƏF I Keykavus |
İstinadlar
redaktə- ↑ 3,Бyниятoв. Hoвыe мaтepиaлы, c.71
- ↑ Təvəkkül ibn Bəzzaz, v.83b-84a, 54b, 142b, 155b,160a,332b, 484b, 497a, 539b
- ↑ Дopн. Oтчeт oб yчeнoм пyтeшecтвии, c.26, 378-380, 386, 388
- ↑ Cыcoeв. Дpeвнocти в Xaнeкa, c.61-62
- ↑ Taвaккyл ибн Бaззaз. Caфвaт ac-caфa. Pyкoпиcь ЛГПБ, Kaтaлoг Б. Д o p н a, №300
- ↑ David Hughes - Possible Seljuk connection Arxivləşdirilib 2018-08-06 at the Wayback Machine