Iii Mehemmed Xan - Wikipedia
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalə böyük ölçüdə və ya tamamilə tək mənbəyə əsaslanır. |
Məhəmməd xan ibn Əbdürrəşid xan (1538, Yarkənd – 1610) — Yarkənd xanlığının hakimi.
III Məhəmməd xan | |
---|---|
1591 – 1610 | |
Əvvəlki | Əbdürkərim xan |
Sonrakı | Şücaəddin Əhməd xan |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1538 |
Doğum yeri | |
Vəfat tarixi | 1610 |
Atası | I Əbdürrəşid xan |
Uşağı | |
Ailəsi | Cığataylılar |
Dini | islam, sünni islam |
Həyatı
redaktəƏbdülkərim xanın vəfatından sonra yerinə keçən, qardaşı Məhəmməd xan (1591–1610), qardaşı oğlu Əbdürrəhim xanı Çalış[1]- Qaşqar — Turfan yörələrinə əsas vali olaraq göndərir. Bu arada Əbdürrəşid xanın nəvələrindən Xudanbəndə sultanın, Qazaxların lideri Təvəkə xanın yardımıyla Çalış və Turfanı işğal etməsi ölkədə var olan siyasi hüzursuzluğu daha da artırmışdır.
Çətin duruma düşən Əbdürrəhim xan, əmisi Məhəmməd xandan yardım istəyincə, kalmıklara müraciət edərək Xudabəndə sultanın ölkədən çıxarılmasını istədi. Kalmıkların bir istəyə uyması üzərinə Xudabəndə sultan keçici bir müddət üçün ələ keçirdiyi Çalış və Turfandan çıxarıldığı kimi özü də yaxalanaraq Əbdürrəhim xana təslim edildi. Sonunda ruhani olan bir şəxsin ricası ilə Xudabəndə sultan sərbəst buraxılmış və Yarkənd yörəsinə göndərilmişdir. Bu arada Kalmıklarla dostluğu irəlilədən Əbdürrəhim xan, Kalmık öndəri Düreng Tayşinin qızı ilə evlənərək onlarla qohumluq qurmuşdur. Əbdürrəhim xanın Kalmık xanımından dünyaya gələn oğlu Abdulla irəlidə Şərqi Türkistana son parlaq dövrünü yaşadacaqdır.
İstinadlar
redaktə- ↑ Karashahr-- thən known as Chálish--A History of thə Moghuls of Cəntral Asia [ölü keçid]