Iii Pyotr Bolqaristan Cari - Wikipedia
Konstantin Bodin (XI əsr – 1108) — Duklya və Dalmaçiya kralı və III Pyotr adı ilə Bolqarıstan çarı.
Konstantin Bodin | |
---|---|
serb. Константин Бодин Војислављевић | |
1081 – 1101 | |
Əvvəlki | I Mixail |
Sonrakı | II Mixail/II Dobroslav |
Bolqarıstan çarı | |
Əvvəlki | II Pyotr |
Sonrakı | IV Pyotr |
Şəxsi məlumatlar | |
Doğum tarixi | XI əsr |
Vəfat tarixi | |
Fəaliyyəti | monarx |
Atası | I Mixail |
Anası | Neda |
Həyat yoldaşı | Yakvinta |
Uşaqları | II Mixail, Georgi |
Dini | Xristian |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəDuklya kralı I Mixailin oğlu olub, Voyislavyeviç sülaləsindən idi. Anadan olduğu tarix bilinmir.
Bolqarıstan çarı kimi
redaktə1072-ci ildə Skopye ekzarxı Georgi Voytex tərəfindən növbəti üsyan başlamışdı. Üsyançılar I Mixailə oğullarından birini onlara liderlik etməsi üçün göndərməyini xahiş etmişdilər.[1] Bodin I Samuilin nəticəsi idi. 1072-ci ildə Bodin III Pyotr adı ilə çar elan olunmuşdu.[2] Lakin elə həmin il üsyan dağıdıldı və Bodin həbs olunaraq Antakiyaya göndərildi.
Duklya kralı kimi
redaktəBodin 6 il sonra Venesiyalı tacirlər tərəfindən ölkəsinə geri gətirildi. və 1081-ci ildə kral elan olundu. 1085-ci ildə Bizansla müharibədə yenə həbs olunaraq əsir saxlanılsa da buraxıldı. 1096-cı ildə 1101-ci il səlib yürüşünə başçılıq edən IV Raymundu qonaq kimi qarşılamışdı.[3] 1108-ci ildə vəfat etdiyi güman olunur.
İstinadlar
redaktə- ↑ Scylitzes Continuatus: 163
- ↑ Georgius Cedrenus Ioannis Scylitzae ope ab I. Bekkero suppletus et emendatus II, Bonnae, 1839, pp 714-719
- ↑ "Journal of theological studies, Vol 19-20 Macmillan, 1918". 2023-07-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-05-04.