Ii Ebdulmalik Derbend Emiri - Wikipedia
II Əbdülmalik (Dərbənd – 10 mart 1043, Dərbənd) — Dərbənd əmiri.[2]
II Əbdülmalik | |
---|---|
1034 – 1043 | |
Əvvəlki | Mənsur ibn Maymun |
Sonrakı | Mənsur ibn Əbdülmalik |
Şəxsi məlumatlar | |
Doğum yeri | Dərbənd |
Vəfat tarixi | |
Vəfat yeri | Dərbənd |
Milliyyəti | ərəb |
Atası | Mənsur ibn Maymun |
Anası | Səriyə (Sərir hökmdarı Buxt Yişonun qızı) |
Həyat yoldaşı | Şəmkuyə binti Yezid ibn Əhməd |
Uşağı | Mənsur ibn Əbdülmalik |
Hakimiyyəti
redaktə1034-cü ildə əmir olmuşdu. Lakin 9 fevral 1034-cü ildə rəislər tərəfindən devrilərək Əbu Mənsur Əli ibn Yezidə beyət etdilər, Şirvanşah vəziri Mənsur ibn Müsəddidi öz canişini təyin edərək onu "hökumət binası"nda yerləşdirdi, özü isə 1035-ci ildə paytaxtı Yezidiyyəyə qayıtdı. Həmin ilin apreli Əbdülmalik geri qayıdaraq şəhəri ələ keçirdi, Şirvanşahı sülhə məcbur etdi və 1035-ci ilin dekabrında onun bacısı, Yəzidin qızı Şəmkuyə ilə evləndi.[3]
Üsyan
redaktəƏmirin güclənməsini görən digər rəislər vəzir Səqlab ibn Məhəmmədin evinə hücum çəkdilər və onu bıçaqladılar. Həyatının təhlükədə olduğunu görən əmir Əbd ül-Malik ailəsi ilə Şirvana qaçdı. Rəislər onu paytaxta qaytarıb gətirmək üçün Şirvana iki ağsaqqal göndərdilər. Lakin Şirvanşah elçiləri həbs etdi, onları qandallayıb qalalardan birinə saldı. Bundan sonra o, əmirə əl-Babda öz hakimiyyətini bərpa etməkdə kömək göstərdi. 1038-ci ildə rəis Əli ibn Həsən onu devirməyə çalışsa da, saray çevrilişinin qarşısı alındı.
Qonşularla münasibətlər
redaktə1040-cı ildə Xaydaq kəndi sakinləri Dərbəndi tutdular və əmirlə arvadını həbs etdilər. Onlar əmirin üstünə hücum çəkdilər, onun arvadı Şəmkuyyəni ələ keçirib qardaşı Qubad ibn Yezidin yanına göndərdilər. Qubad Şəmkuyyəni qalaya saldı, lakin sonra azad etdi və h.437 (1045)-cı ildə ərinin yanına qaytardı.