Ii Adrian - Wikipedia
II Adrian (lat. Hadrianus II; 792[1], Roma, Frank dövləti – 14 dekabr 872, Roma, Müqəddəs Roma imperiyası) — 867–872-ci illərdə Roma Papası. Onun papalığı dövründə Qərb və Şərq kilsələri tərəfindən tanınan Ekumenik məclislərin sonuncusu baş tutmuşdur.
II Adrian | |
---|---|
Doğum tarixi | 792[1] |
Doğum yeri | |
Vəfat tarixi | 14 dekabr 872 |
Vəfat yeri | |
Dəfn yeri | |
Fəaliyyəti | katolik keşişi[d] |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəII Adrian 792-ci ildə Roma şəhərində anadan olmuşdur. O, Papa IV Stefan və II Serginin də üzvü olduğu zadəgan və nüfuzlu ailənin nümayəndəsi olmuşdur. Gəncliyində ailə qurmuş, hətta Müqəddəs Pyotr kafedrasına seçildikdən sonra da həyat yoldaşı və qızı ilə ayrılmamışdır. I Nikolayın (858–867) varisi olan II Adrianın pontifikatı Şərq və Qərb kilsələri arasında münaqişə illərinə düşmüşdür. 867-ci ildə Papa tərəfindən Konstantinopolda Foti və I Nikolayın tərəfdarları və davamçıları arasında kompromis tapmaq üçün Ekumenik məclis çağırılmışdır. Bu məclis Şərqdə Roma tərəfindən tanınan Ekumenik məclislərin sonuncusudur. 10 ildən sonra 383 yepiskop papa legatlarının iştirakı ilə onun qərarlarını ləğv etmişdir. Bunlardan ən vacibi Fotinin qınanması idi. II Adrian Kiril və Mefodi slavyan liturgiyasını təsdiqləmiş, sonuncunu Pannoniya yepiskopu təyin etmişdir.[2]
II Adrian həmçinin, I Nikolayın tamamilə müstəqil siyasət yeritdiyi İtaliya kralı ilə kompromisə getməyə məcbur olmuşdur. O, xüsusən də Romadakı Papa ailəsinə qarşı sui-qəsddən ondan qorunmaq zərurəti səbəbilə krala tabe vəziyyətdə idi.[2]
Təhlükə yepiskop Arseniyanın oğlu və Antipapa Anastasiyanın qardaşı olan, xaric edilmiş zadəgan romalı Elevteriyadan gəlmişdir. Antipapa özü əfv fərmanı almış və hətta Adrianın papalığı dövründə Papa kuriyasında görkəmli yer tutmuşdur. Elevteriya xaric edilməsinin qisasını almaq üçün Adrianın qızını qaçırmış, sonra onu və Papanın arvadını öldürmüşdür. Anastasiya, görünür, sui-qəsdçiləri dəstəkləmişdi vı bu səbəbdən monastıra sürgün edilmiş, 880-ci ildə vəfat etmişdi. İmperator ardınca Papaya dəstək vermişdir ki, onun əmri ilə Elevteriya tutulmuş və başı kəsilmişdir.[2]
İstinadlar
redaktə- ↑ 1 2 Deutsche Nationalbibliothek Record #118700014 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
- ↑ 1 2 3 Энциклопедический словарь. 2009. АДРИАН II.
Əlavə ədəbiyyat
redaktə- Dvornik, Francis. The Photian Schism: History and Legend. Cambridge, UK: Cambridge University Press. 1948.
- Ostrogorsky, George. History of the Byzantine State. Oxford: Basil Blackwell. 1956.
- Siecienski, Anthony Edward. The Filioque: History of a Doctrinal Controversy. Oxford University Press. 2010. ISBN 9780195372045.