Ii Albantepe Nekropolu - Wikipedia
II Albantəpə nekropolu — Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Axura kəndinin yaxınlığındakı Albantəpə yaşayış yerinin şərqində, Axurçayın sol sahilində yerləşən nekropol.
Nekropol antik dövrə aid olub, küp qəbirlərdən ibarətdir. Nekropoldakı armudvari xumlar dik (azacıq şərqə meyilli) vəziyyətdə basdırılmışdır. Tədqiq edilmiş qəbirlərdən biri dağıdılmış, ikincisi isə daha yaxşı vəziyyətdə qorunmuşdur. Xumun içərisində insan skeleti ilə yanaşı bir ədəd kiçik ölçülü bozumtul küpə də aşkar olunmuşdur.
3 saylı qəbirdən iki ədəd saxsı qab — biri təkayaqlı vaza, ikincisi dulud çarxında səliqəli şəkildə formalaşdırılmış ördəkburun — əldə edilmişdir. Bu tip qablar antik dövrdə şimallı-cənublu bütün Azərbaycan ərazisində geniş yayılmışdır. Tədqiqatçılar tapıntılara əsasən nekropolu e.ə. III-II əsrlərə aid edirlər.[1][2]
İstinadlar
redaktə- ↑ Ə.İ.Novruzlu, V.B.Baxşəliyev. Şərurun arxeoloji abidələri. Bakı: 1993.
- ↑ Vəli Bахşəli оğlu Bахşəliyеv. Nахçıvаnın аrхеоlоji аbidələri. Bаkı: Еlm, 2008, 301 s.[1] Arxivləşdirilib 2019-04-12 at the Wayback Machine