Ii Aleksey Trabzon Imperatoru - Wikipedia
II Aleksey Paleoloq-Komnenos (yun. Ἀλέξιος Μέγας Κομνηνός Παλαιολόγος) (1282, Konstantinopol – 3 may 1330, Trabzon) — 9-cu Trabzon imperatoru.[2]
II Aleksey | |
---|---|
yun. Αλέξιος Β΄ Μέγας Κομνηνός | |
16 avqust 1297 – 3 may 1330 | |
Əvvəlki | II İohann |
Sonrakı | III Andronik |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1282 |
Doğum yeri | |
Vəfat tarixi | 3 may 1330 |
Vəfat yeri | |
Vəfat səbəbi | Bubon taunu |
Atası | II İohann (Trabzon imperatoru) |
Uşaqları | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktə1282-ci ildə Konstantinopolda dünyaya gəldi. Atası Trabzon imperatoru II İohann, anası isə Bizans imperatoru VIII Mixailin qızı Evdokiya Paleoloqdur. Atasının 1297-ci ildə vəfatının ardından taxta çıxmışdır. Səltənətinin ilk illərində dayısı olan Bizans imperatoru II Andronikin təsiri altında qaldı. Ancaq 1300-cü ildə Mesxeti atabəyi I Bekanın qızıyla gizlicə evlənməsi səbəbiylə dayısıyla münasibətləri pisləşdi. Belə ki, nikahın ləğv edilməsi üçün kilsəyə müraciət edən dayısının bu istəyi, xanımının artıq hamilə olması səbəbilə geri çevrildi. O əsnada Konstantinopolda olan anası Evdokiya oğlunu boşanmağa razı salmaq məqsədilə Trabzona göndərilsə də, o da oğlunu dəstəklədi.
Dayısının təsir dairəsindən çıxdıqdan sonra II Aleksey Komnenos müsətqil siyasət yürütməyə başladı. Trabzondan sonra imperiyanın ikinci şəhəri hesab edilən Kerasosu (indiki Giresun) türkmən basqınlarından qorumaq məqsədilə 1301–1302-ci illərdə şəhər qalasını təhkim etdirdi. Qara dəniz sahillərində ticarət koloniyaları olan Genuyalılar vergi verməkdən imtina etmiş, bu səbəblə bölgəyə hərbi birlik göndərən II Aleksey 1314 və 1316-cı illərdə bağlanan sülhlə bu koloniyalları yenidən vergiyə bağlamışdır. Ancaq onların bu hərəkətini cəzalandırmaq məqsədilə 1319-cu ildə ən güclü rəqibləri Venesiya ilə yeni əhdnamələr bağladı və onlara yeni ticarət imtiyazları verdi.
Sinopdakı Candaroğlu dənizçilərinin ticarət gəmilərinə və Trabzonun sahil qəsəbələrinə hücum etməsi səbəbilə 1324-cü ildə qala divarlarını gücləndirdi və şəhəri gecə saatlarında qoruması üçün xüsusi birlik qurdu. Bundan başqa kiçik qızı Evdokiyanı Candaroğlu Süleyman bəyin qardaşı oğlu Adil bəylə evləndirdi. Roma papası XXII İohann 1329 tarixli bir məktubla onu katolik dininə dəvət etdi. Ancaq cəmi 5 ay sonra — 3 may 1330-cu ildə bubon taunu səbəbilə vəfat etdi. Taxta isə böyük oğlu Andronik çıxdı.
Ailəsi
redaktə- III Andronik
- Vasiley
- Mixail Komnenos — 1330-cu ildə qardaşı III Andronikin əmriylə edam edilmişdir.
- Qriqori Komnenos — 1330-cu ildə qardaşı III Andronikin əmriylə edam edilmişdir.
- Anna Komnini
- Evdokiya Komnini — Candaroğlu Adil bəylə evləndirilmişdir.
Mənbə
redaktə- Claude Cahen, Pre-Ottoman Turkey: A General Survey of the Material and Spiritual Culture and History c. 1071–1330, 1968
- George Finlay, The History of Greece and the Empire of Trebizond, (1204–1461) (Edinburgh: William Blackwood, 1877)
- Alexander Kazhdan, (Ed.) (1991). The Oxford Dictionary of Byzantium (İngilizce). Oxford ve New York: Oxford University Press. ISBN 0-19-504652-8
İstinadlar
redaktə- ↑ 1 2 3 4 Lundy D. R. Alexios II Comnenos, Emperor of Trebizond // The Peerage (ing.).
- ↑ Jackson Williams, Kelsey (2007). "A Genealogy of the Grand Komnenoi of Trebizond". Foundations: The Journal of the Foundation for Mediaeval Genealogy.