Ii Bahadir Geray - Wikipedia
II Bahadur Gəray (1722 – 1791, Türkiyə) — XXXXVIII Krım xanı.[1]
II Bahadır Gəray | |
---|---|
14 may – noyabr 1782 | |
Əvvəlki | Şahin Gəray |
Sonrakı | Şahin Gəray |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1722 |
Vəfat tarixi | 1791 |
Vəfat yeri | |
Fəaliyyəti | suveren[d] |
Atası | Topal Əhməd Gəray (kalqay) |
Ailəsi | Gəraylar |
Dini | sünni islam |
1722-ci ildə doğuldu. Krım xanı II Dövlət Gərayın nəvəsi, Topal Əhməd Gərayın (ö. 1750) oğludur. İlk illəri haqqında məlumat yoxdur. Haqqındakı ilk məlumat isə 1777-ci ildə abazin qəbilələrinə rəhbər təyin edilməsidir. Qardaşı Şahin Gərayın 1777-ci ildə hakimiyyətə gəlməsinin ardından bölgədə radikal islahatlar aparıldı. Bu isə bəzi yerli bəylərin etirazına səbəb olmuşdu. Nəhayət bu etirazlar 1781-ci ildə üsyana çevrildi. Ayaqlanan əhali saraya hücum edərək bir çox saray əyanını öldürdü. Feodosiya qalasının üsyançılar tərəfindən ələ keçirilməsinin ardından Şahin Gəray 14 mayda Kerç limanına qaçdı və ruslara sığındı. Üsyançıların xanın qardaşı Bahadır Gərayı xan, digər qardaşı Arslan Gərayı isə kalqay təyin etdilər.
Ancaq üsyançıların əlində oyuncağa çevrilən Bahadır Gəray sarayda heç bir hökmə sahib deyildi. Qısa zamanda II Yekaterinanın dəstəyini qazanan Şahin Gəray yenidən yarımadanı ələ keçirdi. Dəstəkçilərinin bir çoxu Osmanlı imperiyasına qaçan Bahadır Gəray Xerson yaxınlığında ələ keçirilərək həbs olundu. 1783-cü ildə buradan qaçan Bahadır Gəray İstanbula gəldi və burada 1791-ci ildə vəfat etdi.
Mənbə
redaktə- Oleksa Gaivoronsky «Повелители двух материков», Kiev-Bakhchisarai, 2007, ISBN 978-966-96917-1-2
İstinadlar
redaktə- ↑ Henry Hoyle Howorth, History of the Mongols, 1880, part 2, p 479