Ii Bohemond Antioxiya Knyazi - Wikipedia
II Bohemond (it. Boemondo II) (təq. 1108, Bari – fevral 1130, Kilikiya) — 2-ci Antioxiya knyazı.[1][2]
II Bohemond | |
---|---|
1111 – 1130 | |
Əvvəlki | I Bohemond |
Sonrakı | Konstansa |
Şəxsi məlumatlar | |
Doğum tarixi | təq. 1108 |
Doğum yeri | |
Vəfat tarixi | fevral 1130 |
Vəfat yeri | |
Vəfat səbəbi | döyüşdə ölüm |
Fəaliyyəti | hərbi qulluqçu |
Atası | I Bohemond |
Anası | Fransalı Konstansa |
Həyat yoldaşı | Alisa |
Uşağı | Konstansa |
Dini | katolisizm |
Vikianbarda əlaqəli mediafayllar |
Atası ilk Antioxiya knyazı I Bohemond, anası isə Fransa kralı I Filippin qızı Konstansa idi. Hələ 4 yaşında ikən atası vəfat etdi və anası onu da alaraq İtaliyaya - Torontoya döndü. Burada atasının mülklərinə sahibləndi. Antioxiya knyazlığı isə onun adından bir neçə naib tərəfindən idarə edildi.
1126-cı ilin payızında Antioxiyaya qayıdan II Bohemond hakimiyyəti ələ aldı. Yaxınlıqdakı müsəlman əmirliklərinə qarşı uğurlu hərbi səfərlər təşkil etdi. Ancaq Edessa qrafı Kurtenaylı Joslenlə olan ədavəti səbəbilə, mərkəzi hakimiyyət zəiflədi, zəngi hakimi İmadəddin Zəngi Mosul və Hələbi işğal etdi. Digər tərəfdən 1128-ci ildə onun yoxluğundan istifadə edən Siciliya kralı II Rocer Toronto bölgəsini işğal etdi.
1130-cu ildə Kilikiya çarlığı üzərində planladığı səfər əsnasında Danişməndi hakimi Məlik qazi tərəfindən məğlub edildi və döyüş meydanında həlak oldu. Kəsilən başı isə mumyalanaraq Abbasi xəlifəsinə göndərildi.
Mənbə
redaktə- Asbridge, Thomas (2000). The Creation of the Principality of Antioch, 1098–1130. Boydell Press. ISBN 978-0-85115-661-3
- Barber, Malcolm (2012). The Crusader States. Yale University Press. ISBN 978-0-300-11312-9
- Brown, Gordon S. (2003). The Norman Conquest of Southern Italy and Sicily. McFarland&Company, Inc. ISBN 978-0-7864-1472-7
- Lilie, Ralph-Johannes (1993). Byzantium and the Crusader States, 1096–1204. Oxford: Oxford University Press. ISBN 978-0-19-820407-7
- Runciman, Steven (1989b). A History of the Crusades, Volume II: The Kingdom of Jerusalem and the Frankish East, 1100–1187. Cambridge University Press. ISBN 0-521-06162-8
İstinadlar
redaktə- ↑ Fink, Harold S. (1969). "The Growth of the Latin States, 1118–1144". In Setton, Kenneth M.; Baldwin, Marshall W. (eds.). A History of the Crusades, Volume I: The First Hundred Years. The University of Wisconsin Press. pp. 368–409. ISBN 0-299-04844-6
- ↑ Hailstone, Paula Z. (6 Dec 2019). Recalcitrant Crusaders?: The Relationship Between Southern Italy and Sicily, Crusading and the Crusader States, c. 1060–1198. Routledge. ISBN 9781000764628