Ii Meliksah - Wikipedia
Muizzəddin Məlikşah yaxud II Məlikşah (təq. 1099 və ya 1100 – 1105, Bağdad) — Böyük Səlcuq sultanı. Börkiyaruqun oğludur. Atası Börkiyaruq 1104-ci ildə öldükdən sonra uşaq yaşlarında sultan elan edilsə də əmisi Məhəmməd Təpər tərəfindən taxtdan salındı.Doğum tarixi və ölüm tarixin nəzərə alsaq 5 il ömür sürüb.
II Məlikşah | |
---|---|
Muizzəddin | |
1104 – 1105 | |
Əvvəlki | Börkiyaruq |
Sonrakı | Məhəmməd Təpər |
Şəxsi məlumatlar | |
Doğum tarixi | təq. 1099 və ya 1100 |
Vəfat tarixi | 1105 |
Vəfat yeri | |
Fəaliyyəti | monarx |
Atası | Börkiyaruq |
Ailəsi | Səlcuqlular |
Həyatı
redaktəTarixci Əbu Fədaya görə atası ölümündən 1 ay əvvəl Məlikşahı öz vəliəhdi elan etmişdi. Börkiyaruq bunu digər saray əyanlarına da bildirərək onlardan Məlikşaha beyət almışdı.[1] Sultan Börkiyaruq 1105-ci ildə öldükdən sonra oğlu Muizzəddin Məlikşah 4 yaşında ikən Böyük Səlcuq İmperiyasın taxtına oturdu. Qanuni hökmdar II Məlikşah olsa da hakimiyyət əmisi Məhəmməd Təpər tərəfindən idarə edilirdi. Məhəmməd təpər II Məlikşahı 1 il keçməmiş taxtdan endirdi. Həmdullah Qəzvini yazır ki, Məhəmməd Təpər hakimiyyətdən endirdiyi qardaşı oğlunu həbs etdirdi.[2]
Lakin Məhəmməd Təpər də imperiyanın tam hakimi deyildi. Xorasandakı qardaşı Səncər daha böyük gücə malik idi və mərkəzi hakimiyyətə tabe deyildi.
Bir ildən də az hakimiyyətdə olan Muizzəddin Məlikşahın haqqında dövrün mənbələrində çox az məlumat var.
İstinadlar
redaktə- ↑ Cawley, Charles (2008-07) West Asia & North Africa, Chapter 5. Iran and Iraq. Seljukid Sultanat, Foundation for Medieval Genealogy TURKS.htm#_Toc179089990 Arxivləşdirilib 2011-05-11 at the Wayback Machine (ing.)(ing.)
- ↑ Hamdullah Müstevfî Kazvînî, (1362) (ed. Abdu'l-Hüseyin Nevâ'î) Târîh-i Güzîde, Tahran 1362 (fars.)